Bizə yazın

Baku

-°C

USD

-

Kitab tapırıq ki oxuyaq!!! - SƏRRAF BALAXAN YAZIR

Söz adamı 20 Avqust 2026, 18:37

437

Ölkəmizdə kitab müəllifi olmaqla bağlı qızğın mübarizənin getdiyinə şahidlik edirik. Bu mübarizə əsasən pandemiya dövründə başladı və hazırda ən yüksək səviyyəsinə çatmışdır. İctimai, siyasi, hüquqi, tarixi, iqtisadi, mədəni, dini və fəlsəfi mövzuda mübarizə daha kəskin hal almışdır. Bəzən bir müəllif il ərzində 5-7 kitab çıxarmaq zirvəsinə qədər dırmaşa bilmişdir. 

Taleyin qismətindənmi deyim, bəxtəvərlikdəmi deyim, belə kitabların böyük bir qismi qapı-qapı gəzib-gəzib gəlib axırda məni tapır. Bu kitabların demək olar ki, hamısı eyni formatdadır. Kitabın əvvəlində müəllifin özünə məxsus olduğunu iddia etdiyi bir məqaləsi verilir. Bu bəzən sadəcə ön söz də ola bilir. Qalanı haqqında isə bənd-bənd yazım ki, xalqımızın ərinmədən oxuduğu formada – şeir kimi görünsün:

İctimai mövzuda kitab - əvvəlində məqalə, sonra isə dövlətin və ya hökumətin bu mövzuda qəbul etdiyi qərarların, fərman və sərəncamların surəti, dövlət rəsmilərinin çıxışları və küllü miqdarda şəkillər;

Siyasi mövzuda kitab - əvvəlində məqalə, sonra isə siyasi qərarlar, dövlət rəsmilərinin çıxışları, müsahibləri, təbrik mətnləri;

Hüquqi mövzuda kitab - əvvəlində məqalə, sonra isə yerli və beynəlxalq qanunvericilik aktları, bu aktların qəbul edildiyi binaların cürbəcür şəkilləri;

Tarixi mövzuda kitab - əvvəlində məqalə, sonra isə mütləq və mütləq Gülüstan və Türkmənçay müqavilələri, Çar dövrünün və Sovet dövrünün xəritələri, qala, mağara şəkilləri;

İqtisadi mövzuda kitab - əvvəlində məqalə, sonra isə iqtisadi sahədə qəbul edilmiş hüquqi-normativ aktlar, Statistika Komitəsinin cədvəlləri;

Mədəni mövzuda kitab - əvvəlində məqalə, sonra isə bütün mədəniyyət adamlarının tərcümeyi-halları, mədəni irsin qorunması ilə bağlı yerli və beynəlxalq qanunvericilik aktları, şəkillər, şəkillər;

Dini mövzuda kitab - əvvəlində məqalə, sonra isə bütün müqəddəs kitablardan mövzu ilə bağlı hissələr, hətta bəzən dini kitab bütövlükdə, dualar, peyğəmbərlərdən seçilmiş kəlamlar;

Fəlsəfi mövzuda kitab - əvvəlində məqalə, sonra isə həmin mövzudan bəhs etmiş filosofların hər birindən bir məqalə və ya bütöv bir traktat.

Ən dəhşətli məqam isə budur ki, bu kitabların hamısının üz qabığında ən yuxarıda mütləq şəkildə bold şriftlə şan-şöhrətli müəllifin adı və soyadı həkk olunur.

Sonra da deyirlər, niyə kitab oxumursuz?! Kitab tapırıq ki oxuyaq!!!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aslan Aslanov kimdir? – Həyatı, elmi irsi və 100 illik yubileyi

Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995), fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur. Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O,...

20 Avqust 2026, 17:30

​"Təskinlik üçün də gücsüz hiss edirəm özümü..." – Mədət Coşqunun acı taleyi

MƏDƏT COŞQUNA təskinlik əvəzi…Ölüm haqdır. Hər şey zamanında daha gözəldi. Zaman anlayışı da nisbidi. Ən gənc yaşlarında xilaskar olub şəhadətə ucalanlar da, 100-ü keçib ətaflar üçün fayda verməyənlər də yaşayır.Biz ən əzizimizə uzun ömür arzulayırıq. Amma bu arzu dilə gələndə hər ucalan yaşın məziyyətlərini unuduruq. Uzun ömür yaşayan insan 70-80-dən sonra dramatik ömür yaşamaq zorunda qalır. Əzizləri azalır, onların ağrısını yaşamaq qismətin olur. Ata-ana, bacı-qardaş, qohum itkilərinin hər biri streslər yaşadır. Ən pisi 100 yaş ömür arzuladığımız əzizimizin həyat yoldaşını, oğul, qızını itirməsidir, o dəhşətli ağrını yaşamasıdır. Mədət Coşqun ləyaqətli kişidir. Gözümün qabağında hansı ağrılar yaşadığını görnüşəm. Həyat yoldaşını itirdi. Uzun...

20 Avqust 2026, 17:13

​"Hər gün ürəyimdən gəlib-gedirsən..." – Vasif Süleymanın "Səyyah" şeiri

Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını sən eyləyirsən,Qorxuram, başqası gələ, getməyə.Birdən səsə düşər, qulağın səsə,Dinlə o sözləri bir yalan kimi.Hələ harasıdır, ürəyim üstə,Dünyanı gəzəcən Magellan kimi.Elə sənsizlikmiş ümid, pənahım,Hər şeyi yazıram qəmin boynuna,Heç qubar eyləmə mənim səyyahım,Dəmir çarığın da mənim boynuma.Tələsmə, bu yolda, astaca, aram,Gör neçə gecəmiz, səhərimiz var.İndidən deməyə bir az qorxuram,Hələ o dünyaya səfərimiz var.Tələsmə, adına biçilib bu yol,Tələsmə, bu yolla tən gedənin yox.Mənim ürəyimdə sən arxayın ol,Qapıdan çıxanda ləngidənin yox.Bu yol nə uzundu, nə də ki, qısa,Bu yol ömür ilə ölüm arası.Qəlbimə yol saldın, amma..Hardasa,Yolunu gözləyir kimsə, qadası.Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını...

19 Avqust 2026, 20:50

Sözdə müqəddəslikdən gerçək dəyərə: Ailəni qorumaq üçün nə yetmir?

Ailə önəmli deyil. Ailə hər şeydir.Bu gün Sürixdə maşınla gedərkən yol kənarında bir plakat diqqətimi çəkdi. Almandilli şəhərdə ingiliscə yazılmışdı:”Family is not an important thing. It’s everything.”(Ailə önəmli şeylərdən biri deyil. Ailə hər şeydir.)Bir anlıq düşündüm.Bu cümlənin Avropanın ortasında, Sürixdə böyük bir plakata yazılması özü maraqlıdır.Biz uzun illər Qərb haqqında danışanda onu ailə dəyərlərinin zəiflədiyi, insanların getdikcə fərdiləşdiyi bir dünya kimi təqdim etmişik.Amma görünür, Qərbdə də ailənin dəyəri yenidən düşünülür, onun insan həyatındakı yeri haqqında danışılır.Bəlkə məsələ ailəni sadəcə “önəmli” hesab etməkdə deyil.İnsanın həyatında çox önəmli şeylər var: iş, pul, karyera, dostlar, uğur, rahatlıq…Amma bu plakat başqa şey deyirdi:Ailə onların...

19 Avqust 2026, 20:47

Tədqiqatçı-tarixçi İldırım Şükürzadənin şair Oqtay Rza ilə bağlı xatirə yazısı

Oqtay Rzanın vəfatı və ya müəllim, alim və şair itkisi.Dünən sosial şəbəkədə şair Oqtay Rzanın vəfatı xəbərini oxudum. Bu acı xəbər hamı kimi məni də bərk sarsıtdı. Oqtay Rzanı qiyabi olaraq ötən əsrin 80-ci illərindən mətbuat vasitəsilə tanımışam. Həmin vaxtlarda respublika mətbuatında dərc olunmuş şeirlərini oxuyurdum. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Univesitetinin tarix fakültəsində təhsil alarkən o da universitetdə dərs deyirdi. Günlərin birində universitetin dəhlizində tələbə yoldaşlarımla söhbət edərkən kimsə yanımızdan keçən orta boylu və həm də orta yaşlı kişinin şair Oqtay Rza olduğunu söylədi. Bu təqribən 1993-cü ilə təsadüf edir. Beləliklə mətbuatda şeirlərini oxuduğum Oqtay Rzanı ilk dəfə...

19 Avqust 2026, 20:39

İki eli birləşdirən qürur simvolu: Əlirza Həsrətdən "Xudafərin" şeiri

İki eli birləşdirən,Bir qucaqdır Xudafərin.Qəldən qəlbə şəfəq saçan,Gur çıraqdır Xudafərin.Aramızda dönüb dağa,Nə qul keçir,nə də ağa.Zalımdan qisas almağa,Bir yaraqdır Xudafərin.Sərhəd telindən asdığı,Dərdli Xan Araz yastığı.Vətən bağrına basdığı,Bir bayraqdır Xudafərin.Yavaş-yavaş qızarır dan,Üzün gülsün Azərbaycan. Budaqdan asılıb qalan,Son yarpaqdır Xudafərin.

19 Avqust 2026, 20:30