Dermatoloq açıqladı: Saçı həftədə neçə dəfə yumaq lazımdır?
Tibb 16 İyun 2026, 08:30
527
Saç baxımı ilə bağlı ən çox verilən suallardan biri də saçların hansı tezliklə yuyulmasının daha düzgün olmasıdır. Bir çox insanlar tez-tez saç yumağın zərərli olduğunu düşünsələr də, mütəxəssislər bildirirlər ki, saçların yuyulma tezliyi hər kəs üçün eyni deyil və bu, ilk növbədə saç dərisinin xüsusiyyətlərindən asılıdır.
Citypost.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, yağlı saç dərisinə malik insanlarda saçların daha tez-tez yuyulmasına ehtiyac yaranır. Belə şəxslər saçları yağlandıqca, hətta hər gün belə yumaqda narahatlıq keçirməməlidirlər. Çünki saç dərisində yığılan artıq piy, toz və digər çirklər həm narahatlıq yarada, həm də müxtəlif dəri problemlərinin meydana çıxmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, saç yuma tezliyi təkcə saçın tipi ilə deyil, həm də yaşanılan iqlim şəraiti, mövsüm və gündəlik həyat tərzi ilə əlaqədardır. Məsələn, yay aylarında yüksək temperatur və tərləmənin artması səbəbindən saçlar daha tez yağlana bilər. Bu halda daha tez-tez yumaq ehtiyacı yaranır. Qış aylarında isə saç dərisi nisbətən az yağlandığından saçları 48–72 saatdan bir yumaq kifayət edə bilər.
Dermatoloqlar bildirirlər ki, saçların hər gün yuyulmasının zərərli olması barədə yayılan fikirlər tam doğru deyil. Əgər saç dərisi yağlıdırsa və yuyulmağa ehtiyac duyursa, gündəlik yuma saç sağlamlığı üçün problem yaratmır. Əsas məsələ düzgün qulluq vasitələrinin seçilməsi və saç dərisinin xüsusiyyətlərinə uyğun məhsullardan istifadə edilməsidir.
Mütəxəssislər xüsusilə suyun temperaturuna diqqət yetirməyi tövsiyə edirlər. Çox isti su ilə tez-tez yuyulan saçlarda və saç dərisində müəyyən problemlər yarana bilər. İsti su dəri baryerini zəiflədə, saç dərisini quruya və qıcıqlandıra bilər.
Həmçinin oxuyun
Nəticədə orqanizm bu vəziyyəti kompensasiya etmək üçün daha çox piy ifraz etməyə başlayır. Bu isə saçların daha sürətli yağlanmasına gətirib çıxarır.
Həkimlərin sözlərinə görə, saçların tez yağlanmasının səbəblərindən biri də məhz yüksək temperaturda yuyulmasıdır. Buna görə də saçları ilıq su ilə yumaq, həm saç tellərinin, həm də saç dərisinin sağlamlığını qorumaq baxımından daha məqsədəuyğundur.
Dermatoloqlar vurğulayırlar ki, saç baxımında əsas prinsip müəyyən olunmuş standart qrafik deyil, saç dərisinin ehtiyaclarıdır. Kiminsə saçını həftədə iki dəfə yuması kifayət edə bilər, digərində isə gündəlik yuma zəruri ola bilər. Buna görə də saç yuma tezliyi fərdi şəkildə müəyyən edilməli, saç dərisinin vəziyyəti nəzərə alınmalıdır.
Mütəxəssislər sonda bildirirlər ki, düzgün şampun seçimi, uyğun su temperaturu və saç dərisinin ehtiyaclarına uyğun qulluq saç sağlamlığının qorunmasının əsas şərtləridir. Saçlarda həddindən artıq yağlanma, qaşınma, tökülmə və ya digər problemlər müşahidə olunarsa, dermatoloqa müraciət etmək tövsiyə olunur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gənclik sızanaqları ilə sızanaq xəstəliyini qarışdırmaq olmaz
Sızanaqlar yeniyetməlik dövrünün ən geniş yayılmış problemlərindən biridir və əksər hallarda insan orqanizmində baş verən təbii dəyişikliklərlə əlaqədardır. Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, gənclik sızanaqları adlandırılan bu hallar əsasən keçid dövrünün əlaməti hesab olunur və əksər insanlarda müxtəlif dərəcələrdə müşahidə edilir.Dermatoloqların sözlərinə görə, yeniyetməlik dövründə orqanizmdə hormonal və endokrin dəyişikliklər baş verir. Bu dəyişikliklər nəticəsində dəri piy vəziləri daha aktiv işləməyə başlayır, nəticədə dəridə sızanaqlar əmələ gəlir. Bu səbəbdən də gənclik sızanaqları əksər hallarda təbii fizioloji proses kimi qiymətləndirilir və ciddi narahatlıq doğurmur.Mütəxəssislər qeyd edirlər ki, belə hallarda əsas məsələ düzgün dəri qulluğu və vaxtında aparılan müalicədir. Sızanaqların müalicəsində yalnız...
16 İyun 2026, 09:15
Ağcaqanad sancması niyə bəzi insanlarda güclü şişkinlik yaradır?
Yay aylarının gəlişi ilə birlikdə ağcaqanad sancmaları da insanların gündəlik həyatında daha çox rast gəlinən problemlərdən birinə çevrilir. Əksər hallarda ağcaqanad sancması yüngül qaşınma və kiçik qızartı ilə müşahidə olunsa da, bəzi insanlarda vəziyyət daha fərqli olur. Göz qapağının tamamilə şişməsi, yanağın qabarması, ətraflarda iri ölçülü şişkinliklərin yaranması və güclü qaşınma halları müşahidə edilə bilər. Bu isə çox vaxt ağcaqanad sancmasına qarşı yaranan allergik reaksiyanın göstəricisi hesab olunur.Citypost.az xəbər verir ki, Mütəxəssislərin sözlərinə görə, ağcaqanad hər insanı sancsa da, hər orqanizm bu sancmaya eyni şəkildə reaksiya vermir. Ağcaqanad qan sorarkən dərinin altına öz ağız suyunu ifraz edir. Bu mayenin tərkibində...
15 İyun 2026, 10:45
Allergiyanın səbəbi həmişə qurd və ya parazitdirmi?
Allergik xəstəliklərlə bağlı cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri də hər bir allergiyanın qurd və ya parazit infeksiyaları ilə əlaqələndirilməsidir. Bir çox insan dəri qaşınması, səpkilər, uzunmüddətli öskürək və ya digər allergik əlamətlərlə qarşılaşdıqda ilk növbədə bunun səbəbini qurd xəstəliklərində axtarır. Citypost.az xəbər verir ki, hətta bəzi hallarda heç bir müayinə aparılmadan qurd əleyhinə dərmanlardan istifadə edilir.Mütəxəssislər bildirirlər ki, qurd və parazit infeksiyaları həqiqətən də bəzi allergik reaksiyaların yaranmasına və ya mövcud allergik xəstəliklərin şiddətlənməsinə səbəb ola bilər. Lakin hər allergik xəstəliyin səbəbini qurdlarla əlaqələndirmək tibbi baxımdan düzgün deyil və bu yanaşma bir çox hallarda yanlış müalicəyə gətirib çıxarır.Parazitlər orqanizmə daxil...
15 İyun 2026, 09:59
Burnunuzun üzərində bu xətt varsa, allergik rinitin əlaməti ola bilər
Bir çox insan burnunun üzərində əmələ gələn üfüqi xəttə diqqət yetirmir və bunun sadəcə dəri qırışı və ya anatomik xüsusiyyət olduğunu düşünür. Citypost.az-ın məlumatına görə, halbuki mütəxəssislər bildirirlər ki, burnun orta hissəsində görünən horizontal xətt bəzi hallarda allergik rinitin xarakterik əlamətlərindən biri hesab olunur.Bu xətt adətən uzun müddət allergik rinitdən əziyyət çəkən insanlarda meydana çıxır. Allergik rinit zamanı burun selikli qişasında davamlı iltihabi proses yaranır və nəticədə burun tutulması, asqırma tutmaları, burundan sulu ifrazat gəlməsi, qaşınma və nəfəsalma çətinliyi kimi əlamətlər ortaya çıxır.Belə vəziyyətlərdə pasiyentlər narahatlığı azaltmaq üçün tez-tez əlləri ilə burnun ucunu yuxarı qaldırmağa çalışırlar. Bu hərəkət onlara qısa müddətlik...
15 İyun 2026, 08:45
Kompüter tomoqrafiyası nə qədər təhlükəsizdir?
Müasir tibbdə diaqnostikanın ən vacib üsullarından biri hesab edilən kompüter tomoqrafiyası (KT) bir çox xəstəliyin vaxtında aşkar edilməsində mühüm rol oynayır. Xüsusilə travmalar, daxili orqan xəstəlikləri, damar patologiyaları və onkoloji proseslərin müəyyənləşdirilməsində KT müayinəsi həkimlər üçün əvəzsiz məlumat mənbəyidir. Bununla belə, pasiyentləri ən çox maraqlandıran suallardan biri kompüter tomoqrafiyasının təhlükəsizliyi, müayinədən əvvəl xüsusi hazırlığın lazım olub-olmaması və kontrast maddənin orqanizmə təsiri ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, əksər hallarda kompüter tomoqrafiyası üçün xüsusi və mürəkkəb hazırlığa ehtiyac olmur. Müayinə qısa müddətdə həyata keçirilir və pasiyent üçün ciddi narahatlıq yaratmır. Həkimin təyinatı və tibbi göstəriş olduğu halda aparılan KT...
12 İyun 2026, 10:48
Hallux Valqus deformasiyası nədir və niyə yaranır?
Ayaq sağlamlığı ilə bağlı ən çox rast gəlinən problemlərdən biri hallux valqus deformasiyasıdır. Xalq arasında bu problem daha çox "baş barmaq əyriliyi" və ya "ayaqda çıxıntı" kimi tanınır. Hallux valqus ayağın baş barmağının öz normal mövqeyindən kənara, digər barmaqlara doğru əyilməsi nəticəsində yaranan deformasiya hesab olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, bu zaman baş barmaq metatarsofalangeal oynaq səviyyəsində xaricə doğru yer dəyişir. Nəticədə baş barmaq ikinci barmağın altına və ya üstünə keçə bilir. Bu vəziyyət isə yalnız estetik problem yaratmır, eyni zamanda ciddi ağrı və hərəkət məhdudiyyəti ilə müşayiət olunur.Deformasiya irəlilədikcə barmaqlar arasında sıx təmas yaranır. Bu da dəridə qıcıqlanma,...
12 İyun 2026, 09:49