Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
Dünya 17 İyun 2026, 08:00
354
Roma Papası XIV Leo ABŞ və İran arasında memorandumun imzalanmasının onların münaqişəsini həll edəcəyinə və hərbi əməliyyatların yenidən başlamasının qarşısını alacağına ümid etdiyini deyib.
Citypost.az APA-ya istinadən xəbər verir ki, Papa XIV Leo bu barədə Roma yaxınlığındakı iqamətgahında jurnalistlərə açıqlaması zamanı danışıb.
Həmçinin oxuyun
"Allaha şükür ki, cümə günü rəsmi olaraq imzalayacaqları bir memorandum var. Deyirlər ki, hələ də bir neçə məqamda razılığa gəlinməlidir. Amma bunu müharibəyə qayıtmaqdansa, dialoq yolu ilə, danışıqlar yolu ilə etmək həmişə daha yaxşıdır. Buna görə də ümid edirəm ki, bu, həqiqətən də müharibənin həllidir, müharibə həqiqətən də bitəcək", - Papa deyib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyə parlamentinin iş müddəti uzadılıb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) iş müddəti uzadılıb."Report" xəbər verir ki, bununla bağlı TBMM qərarı "Resmi Gazete"də yayımlanaraq qüvvəyə minib.Beləliklə, iyulun 1-də tətilə çıxması planlaşdırılan TBMM-in iş müddəti qeyri-müəyyən vaxtadək uzadılıb.
17 İyun 2026, 09:00
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələrin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib."Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.Məlumata görə, hücum nəticəsində bir narkotacir öldürülüb."SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə "Cənub nizəsi" birləşmiş əməliyyat qrupu iyunun 16-da gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatları təsdiqləyib ki, o, Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirdi və narkotrafik həyata keçirmək üçün istifadə olunurdu", - məlumatda bildirilib."Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç kim xəsarət almayıb", - SOUTHCOM-dan dəqiqləşdirilib....
17 İyun 2026, 08:43
Çin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib
Çin, Rusiya əleyhinə sanksiyalar paketinin bir hissəsi olaraq Böyük Britaniyanın Çin şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyinin verdiyi açıqlamada bildirilir."Çin Böyük Britaniyanın beynəlxalq hüquqda heç bir əsası olmayan və Çin şirkətlərinin qanuni hüquq və mənafelərinə zərər verən birtərəfli sanksiyalar tətbiq etməsinə qəti şəkildə qarşı çıxır. Biz Böyük Britaniya tərəfini səhvlərini dərhal düzəltməyə və müvafiq Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyə çağırırıq", - açıqlamada deyilir....
17 İyun 2026, 08:25
Rubinyan müxalifətə çağırış etdi: Seçkilərin nəticələrini tanımırsınızsa, mandatı almayın
Ölkədə parlament seçkilərinin nəticələrini tanımayan müxalifət qüvvələri deputat mandatı almamalıdırlar."Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.Onun sözlərinə görə, müxalifət özünü buraxmalıdır: "Biz əvvəldən hesab edirdik ki, bu qüvvələrin qeydiyyatı ləğv edilməli idi, çünki onlar seçki rüşvəti paylamaqla məşğul idilər".R.Rubinyan qeyd edib ki, "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırmır: "Seçkilərin nəticələrinə gəlincə, biz seçkilərin ləğv olunmasını istəmirik. Çünki parlament çoxluğu legitimdir, səslərimiz legitimdir və biz hökuməti formalaşdıracağıq"....
16 İyun 2026, 17:48
Argentina və Əlcəzair azarkeşləri arasında Nyu-Yorkda dava baş verib
Argentina və Əlcəzair milliləri arasında keçiriləcək futbol üzrə dünya çempionatının oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında dava düşüb."Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Nyu-York şəhəridəki Tayms meydanında baş verib.Polis münaqişədə iştirak edən fanatları ayırmaq məcburiyyətində qalıb və onlardan bir neçəsi saxlanılıb.Xatırladaq ki, Argentina - Əlcəzair oyunu iyunun 17-də, Bakı vaxtı ilə saat 05:00-da start götürəcək. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq....
16 İyun 2026, 17:40
Gürcüstan Dəmir Yollarının keçmiş rəhbəri axtarışa verilib
Gürcüstan Dəmir Yollarının keçmiş rəhbərliyinin korrupsiya sxemi işi üzrə aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 8 nəfər cinayət məsuliyyətinə cəlb olunub.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş brifinqdə bildirilib.İş üzrə iki nəfərə qiyabi ittiham irəli sürülüb və barələrində axtarış elan edilib. Həmin şəxslərdən biri Gürcüstan Dəmir Yollarının sabiq baş direktoru Davit Peradzedir.İstintaqla müəyyən edilib ki, Davit Peradze 2019-cu ilin payızında şirkətin iri əmlaklarını saxtakarlıqla ələ keçirmək məqsədi ilə mütəşəkkil cinayətkar qrup yaradıb. Qrup əvvəlcədən planlaşdırılmış sxemə əsasən şirkətin dəmir metal qırıntılarını dəqiq orijinal həcmini müəyyən etmək mümkün olmayan şəkildə toplamalı, daşımalı, kəsməli və çeşidləməli...
16 İyun 2026, 17:05