Bizə yazın

Baku

-°C

USD

-

Qapaq qoyulan diş niyə ağrıyır? – Stomatoloqlar əsas səbəbləri açıqlayırlar

Tibb 13 İyul 2026, 09:26

324

Dişə qapaq qoyulduqdan sonra müəyyən müddət keçdikdən sonra həmin dişdə ağrı və narahatlıq yaranması pasiyentlərin ən çox rastlaşdığı problemlərdən biridir. Bir çox insan hesab edir ki, qapaq qoyulduqdan sonra dişlə bağlı bütün problemlər aradan qalxmalıdır. Lakin həkimlər bildirirlər ki, qapağın altında yaranan ağrı heç də normal hal hesab olunmur və mütləq araşdırılmalıdır.

Citypost.az xəbər verir ki, stomatoloqların sözlərinə görə, düzgün hazırlanmış və peşəkar şəkildə yerləşdirilmiş qapağın altında ağrı olmamalıdır. Əgər müəyyən müddətdən sonra ağrı başlayırsa, bu, ağız boşluğunda və ya həmin dişdə hansısa problemin mövcudluğundan xəbər verir.

Mütəxəssislər bildirirlər ki, qapaq altında ağrının ən çox rast gəlinən səbəblərindən biri kanal müalicəsinin tam aparılmamasıdır. Bəzi dişlərdə iki, üç, hətta dörd kanal ola bilər. Əgər həmin kanallardan biri tam təmizlənməyibsə və sinir toxumasının bir hissəsi qalarsa, zaman keçdikcə iltihab yaranaraq ağrıya səbəb ola bilər.Digər səbəb isə diş kökü ətrafında yaranan iltihabi prosesdir. Həkimlər qeyd edirlər ki, bəzən qapaq qoyulan zaman heç bir problem görünməsə də, sonradan kök nahiyəsində infeksiya və ya iltihab inkişaf edə bilər. Tibb dilində periodontit adlandırılan bu vəziyyət xüsusilə dişə basarkən və ya çeynəmə zamanı ağrı ilə özünü göstərir.

Stomatoloqlar diqqətə çatdırırlar ki, ağrının səbəbi hər zaman kanal problemi olmur. Bəzən qapağın hazırlanması zamanı dişləmənin hündürlüyü düzgün hesablanmır. Bu zaman qapaq digər dişlərdən bir qədər yüksək qalır və çeynəmə zamanı bütün yük həmin dişin üzərinə düşür. Nəticədə diş daim təzyiq altında qaldığı üçün ağrı yaranır.

Mütəxəssislərin sözlərinə görə, bəzi hallarda isə problem protez konstruksiyasının düzgün planlaşdırılmaması ilə bağlı olur. Əgər dişlərin sayı, çeynəmə yükü və ağız boşluğunun biomekanikası düzgün qiymətləndirilməzsə, qapaq normaldan artıq yüklənir. Uzun müddət davam edən bu artıq yük həm ağrıya, həm də gələcəkdə diş kökü və ətraf toxumalarda ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Həkimlər bildirirlər ki, qapaq qoyulduqdan sonra yaranan ağrını ağrıkəsicilərlə gizlətmək düzgün yanaşma deyil. Çünki problemin səbəbi aradan qaldırılmadıqca ağrılar təkrarlanacaq və vəziyyət daha da ağırlaşa bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, qapaq qoyulan dişdə davamlı ağrı, dişləmə zamanı narahatlıq, şişkinlik, qızartı və ya çeynəmə çətinliyi yaranarsa, vaxt itirmədən stomatoloqa müraciət edilməlidir. Rentgen və digər müayinələr vasitəsilə problemin dəqiq səbəbi müəyyənləşdirildikdən sonra uyğun müalicə aparılmalıdır.

Həkimlərin fikrincə, düzgün diaqnostika, keyfiyyətli kanal müalicəsi və peşəkar hazırlanmış qapaq həm dişin uzunömürlü olmasını təmin edir, həm də gələcəkdə yarana biləcək ağrı və ağırlaşmaların qarşısını alır.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bağırsaqlarınız sizə siqnal verir – Qəbizliyin əsas səbəbləri açıqlandı

Bağırsaqların sağlam işləməsi insan orqanizminin ümumi sağlamlığı üçün ən vacib amillərdən biridir. Həkimlər bildirirlər ki, bağırsaqların fəaliyyəti birbaşa qidalanma tərzi, qəbul edilən maye miqdarı, fiziki aktivlik və gündəlik vərdişlərlə əlaqəlidir. Əslində, bağırsaqlar hər gün insanın necə qidalandığını və həyat tərzinin nə qədər sağlam olduğunu öz fəaliyyəti ilə göstərir.Mütəxəssislərin sözlərinə görə, sağlam bağırsaq fəaliyyəti zamanı insan gündə bir dəfə və ya gün aşırı rahat şəkildə nəcis ifraz etməlidir. İfraz prosesi ağrısız və gücənmədən baş verməli, sanitar qovşaqda isə uzun müddət oturmaq vərdişə çevrilməməlidir. Çünki həddindən artıq gücənmək və tualetdə uzun vaxt keçirmək müxtəlif bağırsaq problemlərinə, o cümlədən babasil və digər xəstəliklərə...

13 İyul 2026, 10:30

Stres doğrudanmı xərçəng yaradır?

Son illər cəmiyyət arasında ən çox müzakirə olunan sağlamlıq mövzularından biri də stresslə xərçəng arasında əlaqənin olub-olmamasıdır. Bir çox insanlar yaxınını itirdikdən, ağır psixoloji sarsıntı keçirdikdən, uzun müddət davam edən ailə problemləri və ya gərgin iş rejimindən sonra onlarda xərçəng aşkarlandığını bildirir və bunun səbəbini məhz stresslə əlaqələndirirlər. Bəs həqiqətənmi stress təkbaşına xərçəng yarada bilər?Citypost.az xəbər verir ki, həkimlər bildirirlər ki, bu suala birmənalı "bəli" və ya "xeyr" cavabı vermək düzgün deyil. Müasir tibb elminə görə, stress birbaşa sağlam hüceyrəni xərçəng hüceyrəsinə çevirmir. Lakin uzunmüddətli və davamlı stress orqanizmin müdafiə sisteminə mənfi təsir göstərərək bəzi xəstəliklərin, o cümlədən xərçəngin inkişafı...

13 İyul 2026, 08:15

Süd vəzisində ağrı yoxdursa, xərçəng ola bilməz? – Mütəxəssislər təsəvvürləri açıqlayır

Süd vəzi xəstəlikləri ilə bağlı cəmiyyətdə çoxsaylı yanlış təsəvvürlər mövcuddur. Bu yanlış məlumatlar bəzən qadınların həkimə gec müraciət etməsinə, nəticədə isə xəstəliyin daha gec mərhələdə aşkarlanmasına səbəb olur. Mütəxəssislər bildirirlər ki, süd vəzi xərçəngi erkən mərhələdə aşkar edilərsə, müalicə imkanları və sağalma ehtimalı xeyli yüksək olur. Buna görə də insanlar sosial şəbəkələrdə yayılan yanlış məlumatlara deyil, həkim məsləhətlərinə etibar etməlidirlər.Citypost.az xəbər verir ki, onkoloqların sözlərinə görə, pasiyentlərin ən çox verdiyi suallardan biri biopsiya ilə bağlıdır. Bir çox insan hesab edir ki, biopsiya zamanı şişə toxunmaq xəstəliyin orqanizmə yayılmasına səbəb olur. Halbuki bu fikir tamamilə yanlışdır.Mütəxəssislər bildirirlər ki, biopsiya süd vəzisində...

10 İyul 2026, 11:05

Epilepsiya xəstələri normal həyat yaşaya bilərmi? – Mütəxəssis məqamları açıqladı

Epilepsiya diaqnozu alan insanların ən çox narahat olduqları məsələlərdən biri bundan sonra normal həyat yaşayıb-yaşaya bilməyəcəkləridir. Mütəxəssislər bildirirlər ki, düzgün müalicə, həkim nəzarəti və sağlam həyat tərzinə əməl edildiyi halda epilepsiya xəstələrinin böyük əksəriyyəti normal həyat sürə, təhsil ala, işləyə və cəmiyyətin aktiv üzvü ola bilər.Citypost.az-ın məlumatına görə, həkimlərin sözlərinə görə, epilepsiya xəstələrinin əsas məqsədi tutmaları artıran risk faktorlarından uzaq durmaq və müalicəni fasiləsiz davam etdirməkdir. Çünki bir çox hallarda tutmaların təkrarlanması məhz gündəlik həyat tərzində edilən səhvlərlə əlaqəli olur.Mütəxəssislər vurğulayırlar ki, epilepsiya xəstələrinin yol verməməli olduğu ən ciddi səhvlərdən biri **yuxusuz qalmaqdır**. Uzun müddət kifayət qədər yatmamaq beyin fəaliyyətinə...

10 İyul 2026, 09:28

Nevrozun ilk əlamətləri hansılardır? – Mütəxəssis xəbərdarlıq edir

Son illər gündəlik həyatın sürətli ritmi, iş yükü, ailə problemləri və uzunmüddətli psixoloji gərginlik nəticəsində nevroz və digər stress mənşəli pozğunluqlarla bağlı müraciətlərin sayı artıb. Bir çox insan bu vəziyyəti adi yorğunluq və ya müvəqqəti stress hesab edərək həkimə müraciəti gecikdirir. Halbuki vaxtında diaqnoz və düzgün yanaşma gələcəkdə daha ciddi psixoloji problemlərin qarşısını ala bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, nevroz psixoloji mənşəli funksional pozğunluqdur və insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Xəstəlik adətən tədricən inkişaf edir və ilk mərhələlərdə sadə stress kimi qəbul olunduğu üçün diqqətdən kənarda qalır. Lakin əlamətlər həftələrlə, hətta aylarla davam etdikdə artıq...

10 İyul 2026, 08:20

Osteopatiya nədir? Bədənin özünü bərpa etməsinə necə kömək edir?  

Son illər dünyada olduğu kimi Azərbaycanda da osteopatiyaya maraq artmaqdadır. Bir çox insan bu üsulu sadəcə bel və boyun ağrılarının müalicəsi kimi tanısa da, əslində osteopatiya orqanizmə bütöv şəkildə yanaşan və bədənin özünü bərpa etmə mexanizmlərini aktivləşdirməyə yönəlmiş manual müalicə üsuludur.Citypost.az-ın məlumatına görə, inteqrativ tibbin əsas istiqamətlərindən biri hesab edilən osteopatiyanın əsas məqsədi yalnız ağrını aradan qaldırmaq deyil, həmin ağrının və ya narahatlığın yaranmasına səbəb olan amilləri müəyyənləşdirmək və onları aradan qaldırmağa kömək etməkdir. Çünki bəzən ağrının mənbəyi hiss olunan nahiyədən tamamilə fərqli bir bölgədə ola bilər.Osteopat həkim və ya bu sahə üzrə ixtisaslaşmış mütəxəssis xüsusi yumşaq manual texnikalar vasitəsilə...

09 İyul 2026, 10:45