Ötən il 36 məktəb direktoru işdən azad edilib
Cəmiyyət 15 Aprel 2025, 17:48
36277
Ötən il 36 məktəb direktoru işdən azad edilib.
Bu barədə CityPost.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
"Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb. Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb....
12 Oktyabr 2026, 14:14
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından oktyabrın 12-də Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib.Bu barədə Citypost.az xəbər verib.
12 Oktyabr 2026, 13:51
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub.Citypost.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə çox məmnunam, ölkəmizə rəsmi səfərə gəlmək barədə dəvətimi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.Biz elə indicə ikitərəfli gündəliyimizin geniş məsələləri ilə bağlı yaxşı müzakirələr apardıq. Əminəm ki, tərəfdaşlığımızı gücləndirmək üçün böyük potensial mövcuddur. Elə indicə keçirdiyimiz görüşdə qeyd etdiyim kimi bizim çox yaxşı siyasi münasibətlərimiz var və müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlərdən, həmçinin Sizin...
12 Oktyabr 2026, 13:18
Peyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub? - ZAHİD ORUC YAZIR
DÖVLƏTİN LİBASI-KONSTİTUSİYA ƏVƏZİNƏ FƏTVA VERƏNLƏRPeyğəmbərimiz məktəbi məscidə, yoxsa məscidi məktəbə çevirməyi buyurub?Dünyada məktəb, din və geyim münasibətləri üçün vahid model yoxdur. Fransa 2004-cü ildən dövlət tədris binalarında şagirdin dini mənsubiyyətini açıq şəkildə göstərən simvolları – islam örtüyünü, yəhudi kipasını və böyük ölçüdə xaçı – dünyəvilik prinsipi əsasında məhdudlaşdırır. ABŞ-da isə dövlət məktəbi dini tədris edə bilməz, amma şagirdin geyiminə qarşı ayrıca qadağa qoymaq da yolverilməz sayılır. İngiltərədə məktəblərə vahid forma siyasəti qurmaq səlahiyyəti verilir, lakin dini geyimlə bağlı yasaqlar əsaslandırılmalı, məktəb nizam-intizamı, təhlükəsizlik və bərabərlik meyarlarına uyğun olmalıdır. Almaniya Konstitusiya Məhkəməsi isə müəllimin hicabını sırf abstrakt təhlükə ilə qadağan etməməyi,...
12 Oktyabr 2026, 13:15
Prezident: Kamboca ilə tərəfdaşlığımız güclüdür
Biz yaxşı dostlar və tərəfdaşlarıq.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kambocanın Baş naziri Hun Manet ilə mətbuata bəyanatında söyləyib.“Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik, bir-birimizə dəstək oluruq”, - deyə dövlətimizin başçısı qeyd edib.
12 Oktyabr 2026, 11:51
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kamboca Krallığının Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış edirlər.Bu barədə Citypost.az əməkdaşı xəbər verir.
12 Oktyabr 2026, 11:35