Bakının bu ərazilərində 3 saat işıq olmayacaq
Cəmiyyət 12 Oktyabr 2026, 09:08
470
Bakının Yasamal rayonunun bir sıra ərazilərində oktyabrın 12-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən transformator məntəqəsində təmir işləri aparılacaq.
Həmçinin oxuyun
Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, E. Ağayev, Ə. Əhmədov, Vasif Əliyev və Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərin elektrik enerjisi ilə təchizatının keyfiyyəti artırılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ABŞ səfirliyi bu gün fəaliyyət göstərməyəcək – SƏBƏB AÇIQLANDI
ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün, oktyabrın 12-də fəaliyyət göstərməyəcək.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında məlumat paylaşılıb.Bildirilib ki, ABŞ-nin Azərbaycandakı səfirliyi Kolumb Günü ilə əlaqədar işləməyəcək.Xatırladaq ki, Kolumb Günü hər il oktyabrın 12-də Xristofor Kolumbun 1492-ci ildə Amerika qitəsinə çatmasının ildönümü münasibətilə qeyd olunur.
12 Oktyabr 2026, 09:41
Nigar Sabirqızından hicab mübahisəsinə SƏRT TƏNQİD: “Cəmiyyəti parçalamaq istəyirlər”
İTV-nin aparıcı jurnalisti Nigar Sabirqızı hicab mübahisəsi ətrafında yaranan müzakirələrlə bağlı fikirlərini bölüşüb. O, bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünən insanlara münasibətini tənqid edib.Citypost.az xəbər verir ki, Nigar Sabirqızının sözlərinə görə, hicab mübahisəsi özünü dindar adlandıran bəzi şəxslərin başı açıq qadınlara, namaz qılmayanlara və fərqli düşünənlərə qarşı nifrətini üzə çıxarıb.“Fürsət düşən kimi özləri özlərini ifşa etdilər. Cəmiyyəti rəsmən parçalamaq istəyirlər. İranın köləsi olduqları o qədər açıq bəlli olur ki. Çox təhlükəli haldır”, – deyə jurnalist bildirib.Nigar Sabirqızı qeyd edib ki, onun fikrincə, İran illərdir Azərbaycanda müəyyən şəxslərin düşüncəsinə təsir göstərib və bu, onların hadisələrə yanaşmasında özünü...
12 Oktyabr 2026, 09:36
Tanınmış şairdən hicab AÇIQLAMASI: Vahid məktəbli forması...
VAHİD MƏKTƏBLİ GEYİMİ ƏN İDEAL SEÇİMDİR.İslami dəyərlər hər bir türk insanı, eləcə də Azərbaycan vətəndaşı üçün əzizdi. Biz bu dəyərlər daxilində tarixi ənənələrimizə və inanclarımıza sahib çıxdıq. Bütün hallarda islam əxlaqına tapındıq. Peyğəmbər əfəndimizin təbirincə, İslamı gözəl əxlaq bildik. Bu əxlaqa düşüncəmizlə, xalq, millət , vətən , milli ənənələrə sadiqlik, vəfadalıq duyğumuzla, sevgimizlə sahib çıxdıq.Bunu Oxu24.com-a açıqlamasında tanınmış şair və publisist Sərvaz Hüseynoğlu bildirib. Şairin sözlərinə görə,ən çətin dövrlərdə belə türkçülük düşüncəmiz, islami dəyərlərimiz bizi ayaqda saxladı. Bütün bunlar tarixi həqiqət, millətimizin yaşam tərzidi.Bu tarixi və zəngin irsi siyasi oyunların ayağına vermək, suyu bulandırmaq cəhdləri isə həmişə olub. Necə ki, son...
12 Oktyabr 2026, 09:34
FHN ötən həftənin statistikasını açıqladı: 49 nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 135 yanğına çıxış, 40 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-dən Citypost.az-a verilən xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 12-si azyaşlı olmaqla 49 nəfər xilas edilib, 9 nəfər xəsarət alıb, 3-ü azyaşlı olmaqla 21 nəfər təxliyə olunub, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 8 nəfərin meyiti təhvil verilib....
12 Oktyabr 2026, 09:33
Etibar Əliyev təhsilin ana dilində olması məsələsini gündəmə gətirdi
Sabiq deputat, təhsil eksperti Etibar Əliyev professor Oqtay Sinanoğlunun təhsil dili, milli təhsil sistemi və xarici dilin tədrisi ilə bağlı fikirlərini paylaşıb.Citypost.az xəbər verir ki, o, paylaşımında Oqtay Sinanoğlunun elmi fəaliyyətinə diqqət çəkərək qeyd edib ki, alim 26 yaşında ABŞ-ın Yel Universitetində professor olub, iki dəfə Nobel mükafatına namizəd göstərilib. Fizika, kimya, biologiya və riyaziyyat sahələrindəki fəaliyyəti ilə tanınan Sinanoğlu “Türk Eynşteyni” kimi də yad edilir.Etibar Əliyev alimin “Mühacir Hamamı” kitabından təhsilin ana dilində olması və xarici dilin tədrisi ilə bağlı fikirləri sitat gətirib.Oqtay Sinanoğlu kitabında Türkiyədə 1953-cü ilə qədər orta və lisey təhsilinin dünyanın ən yaxşı təhsil sistemlərindən biri...
12 Oktyabr 2026, 09:32
Sədrin müşavirindən AÇIQLAMA: Hicab məsələsinə gəldikdə isə...
HİCAB, DÜNYƏVİLİK VƏ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ MƏSƏLƏSİMəlum olduğu kimi, Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərar qəbul edib. Məsələ ətrafında yaranan geniş müzakirələri nəzərə alaraq demək istəyirəm ki, güclü dövlətlərin gücü insanların nə geyinməsində deyil, hansı düşüncəyə, hansı mənəvi dəyərlərə və hansı dövlətçilik şüuruna sahib olmasındadır.Bununla yanaşı Azərbaycan cəmiyyəti indiki həssas dönəmdə hər hansı bir məsələyə münasibətini müəyyənləşdirərkən təkcə hadisənin zahiri tərəfinə deyil, onun arxasında dayanan ictimai, siyasi və mənəvi məzmuna da diqqət yetirməlidir. Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan...
12 Oktyabr 2026, 09:28