Kənan Rövşənoğlu: “Dövlət vətəndaşlarının ona olan inamı qədər güclüdür”
Siyasət 12 Oktyabr 2026, 09:28
458
Jurnalist Kənan Rövşənoğlu ölkədə baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. O, kütləvi təbliğatın cəmiyyətə təsirindən və totalitar düşüncənin hələ də güclü olmasından məyus olduğunu bildirsə də, ümidini itirmədiyini vurğulayıb.
Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.
Kənan Rövşənoğlu qeyd edib ki, tanıyanlar onun hər zaman, hər mövzuda ağlın, məntiqin və sağlam düşüncənin üstün gələcəyinə inandığını bilirlər.
“Neçə gündür müxtəlif təbəqələrdən insanlarla ünsiyyətdə oluram, insanlar maraqlanır, bu gedişatın hara gedəcəyini soruşur. Hələ də ümid edirəm, dövlətin hansısa yerlərində oturan vətənpərvər, müdrik insanların ağılsəlim, müdrik qərar verəcəyinə ümidimi itirməmişəm, sabah və ya qarşıdakı günlərdə bu mənasız, məntiqsiz, ölkəni, xalqı məyus edəcək qərardan geri addım atılacağına – hansısa bir formada – ümid edirəm.
Bu düşüncəmi dostlarla bölüşmüşəm, hətta insanlara ümid vermişəm. Çünki özüm də dövlət başçısının bu vəziyyəti dəyişəcəyinə hələ də ümid edirəm”, – deyə jurnalist bildirib.
Kənan Rövşənoğlunun sözlərinə görə, dövlətin gücü vətəndaşlarının ona olan inamı və etimadı ilə sıx bağlıdır.
“Çünki bəzi şeylər gözlə görülmür, əllə tutulmur. Dövlət öz vətəndaşlarının ona olan inamı, etimadı qədər güclüdür”, – deyə o vurğulayıb.
Jurnalist hesab edir ki, mübahisə doğuran qərarın icrası əhalinin böyük bir qisminin öz dövlətinə olan inamını və güvənini sarsıda bilər. Onun fikrincə, bu halda insanların daxilindəki “öz dövlətim məni atmaz” düşüncəsi zədələnəcək.
Həmçinin oxuyun
Kənan Rövşənoğlu qeyd edib ki, bu narazılıq mütləq küçə etirazları və ya açıq qarşıdurma formasında özünü göstərməyə bilər. O, Azərbaycan dindarlarının baş verənlərin ölkə daxilində və xaricində siyasi oyunlar üçün materiala çevrilməsinə imkan verməyəcəyini düşündüyünü bildirib.
“Amma səssiz və sakit şəkildə inciyəcək, öz dövlətindən küsəcək, səssiz və sədasız”, – deyə jurnalist yazıb.
O, həmçinin vurğulayıb ki, insanların inancına və dini həyat tərzinə məhdudiyyət qoyulması, onların inanclarına görə sınağa çəkilməsi, qızların və qadınların baş örtüyünün zorla açılması cəmiyyətdə dərin iz buraxa bilər.
“Azərbaycan insanı ümidini itirəcək, öz dövlətinin onun inancını yaşamasına, Allahın, Peyğəmbərin (s) buyurduğu kimi həyat sürməsinə məhdudiyyət qoymasına, inancı ilə imtahan edilməsini, qız və qadınlarının başının zorla açılmasını unutmayacaq, içində sarsılacaq. Bunu kənarda görməyəcəksiniz, amma bu olacaq”, – deyə o qeyd edib.
Bununla belə, jurnalist haqqın, doğrunun, ağlın və müdrikliyin üstün gələcəyinə inandığını bildirib.
“Buna görə də mən hələ də ümidimi itirməmişəm, haqqın, doğrunun, ağlın, müdrikliyin üstün gələcəyinə, qaranlığın məğlub olacağına inanıram. Sona qədər ümidimi itirməyəcəm. Bu xalq tarixinin bir çox dövrlərində qaranlıq günlər yaşayıb, bir daha yaşamasına inanmıram, inanmaq istəmirəm”, – deyə Kənan Rövşənoğlu yazıb.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Paşinyan sülh adı ilə Ermənistanı gücləndirir” – Şəhla Cabbarlıdan SƏRT AÇIQLAMA
Araşdırmaçı-jurnalist, ictimai fəal Şəhla Cabbarlı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti, Ermənistanın xarici əlaqələri və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş. Cabbarlının sözlərinə görə, Paşinyanın əsas məqsədi sülh adı altında Ermənistanı təhlükəsiz bölgəyə çevirmək, ABŞ və Avropa şirkətlərini ölkəyə cəlb etmək, iqtisadi böhrandan çıxmaq və Ermənistanı Cənubi Qafqazın ən etibarlı dövlətinə çevirməkdir.Araşdırmaçı-jurnalistin fikrincə, Ermənistan rəhbərliyinin məqsədlərindən biri də Qərbə açılan nəqliyyat yolunun Ermənistan ərazisindən keçməsinə nail olmaq, bununla da Gürcüstanı və İranın Arazboyu bölgəsini arxa plana keçirməkdir.Şəhla Cabbarlı Ermənistanın müdafiə sahəsində siyasətinə də toxunaraq ölkənin Qərbdən və Hindistandan silah aldığını, müdafiə imkanlarını gücləndirdiyini qeyd edib.O, sosial...
12 Oktyabr 2026, 09:39
Elçin Rüstəmli: Trampın siyasəti Ukraynaya xəyanətdir
Siyasi şərhçi Elçin Rüstəmli ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini və Ukraynada prezidentin dəyişdirilməsi barədə səsləndirdiyi fikirləri tənqid edib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bildirib ki, Tramp əvvəlcə Rusiyaya qarşı sanksiyaları dayandıraraq dizel sövdələşməsinə gedib, bu gün isə Ukraynada prezidentin dəyişməli olduğunu deyir.“Dünən Rusiyaya sanksiyaları dayandırıb dizel sövdələşməsinə getdi. Bu gün də deyir, Ukraynada prezident dəyişməlidir. Deyiləsi söz yoxdur artıq...Şübhəsiz ki, almanlar Hitlerdən utanc keçirdikləri kimi, amerikalılar da uzun illər Trampa görə bəşəriyyət qarşısında özlərini günahkar biləcəklər.Təkcə Ukraynaya xəyanət etdiyinə görə yox, bəşəri dəyərlərə vurduğu ağır zərbələrə görə...” – deyə siyasi şərhçi yazıb.Əli...
12 Oktyabr 2026, 09:23
“Energetika barışığı” Ukraynanın planlarını dəyişə bilər – Ədalət Verdiyevdən ŞƏRH
ABŞ Prezidenti Donald Trampın oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan “energetika barışığı” elan etməsi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, əgər bu razılaşma ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kəskin yumşaldılmasını nəzərdə tutarsa, bu, Ukraynanın maraqlarına tam uyğun gəlməyəcək.Ədalət Verdiyevin sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Rusiyanın hərbi hədəflərindən əlavə, data mərkəzlərinə, rabitə qovşaqlarına və istilik sistemlərinə daha çox zərbələr endirəcək.Turan...
12 Oktyabr 2026, 09:17
Qulu Məhərrəmli Trampın qərarını “biabırçılıq” adlandırdı
Professor Qulu Məhərrəmli ABŞ prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağı məsələsində əldə etdiyi razılaşmanı tənqid edib. O, bu addımın Ukraynanın maraqlarına zidd olduğunu, Rusiyanın müharibəni davam etdirməsinə maliyyə dəstəyi verə biləcəyini və ABŞ-nin dövlət imicinə ciddi zərbə vurduğunu bildirib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə yazısında qeyd edib ki, dizel yanacağı məsələsində Tramp-Putin sövdələşməsi ABŞ prezidenti üçün əxlaqsızlıq, siyasi ləyaqətsizlik və Ukraynanı açıq şəkildə Rusiyaya satmaqdır.Onun sözlərinə görə, ABŞ-nin Rusiyadan dizel yanacağı alması işğalçı Putinə birbaşa dəstək verməkdir.“Trampın bu addımı müharibəni dayandırmağa yox, onu uzatmağa yatırılan sərmayədir, ABŞ-nin dövlət imicinə ciddi zərbədir, biabırçılıqdır”, – deyə professor vurğulayıb.Qulu Məhərrəmli...
12 Oktyabr 2026, 09:12
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib
Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.X X XÇeçenistan Respublikasının başçısı...
10 Oktyabr 2026, 15:50
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.Bu barədə Citypost.az xəbər verir
09 Oktyabr 2026, 15:34