Bizə yazın

Baku

-°C

USD

-

 Qulu Məhərrəmli Trampın qərarını “biabırçılıq” adlandırdı

Siyasət 12 Oktyabr 2026, 09:12

578

Professor Qulu Məhərrəmli ABŞ prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağı məsələsində əldə etdiyi razılaşmanı tənqid edib. O, bu addımın Ukraynanın maraqlarına zidd olduğunu, Rusiyanın müharibəni davam etdirməsinə maliyyə dəstəyi verə biləcəyini və ABŞ-nin dövlət imicinə ciddi zərbə vurduğunu bildirib.

Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli bu barədə yazısında qeyd edib ki, dizel yanacağı məsələsində Tramp-Putin sövdələşməsi ABŞ prezidenti üçün əxlaqsızlıq, siyasi ləyaqətsizlik və Ukraynanı açıq şəkildə Rusiyaya satmaqdır.

Onun sözlərinə görə, ABŞ-nin Rusiyadan dizel yanacağı alması işğalçı Putinə birbaşa dəstək verməkdir.

“Trampın bu addımı müharibəni dayandırmağa yox, onu uzatmağa yatırılan sərmayədir, ABŞ-nin dövlət imicinə ciddi zərbədir, biabırçılıqdır”, – deyə professor vurğulayıb.

Qulu Məhərrəmli qeyd edib ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya ABŞ ilə dizel razılaşması müqabilində Ukrayna ilə bağlı heç bir güzəşt təklif etməyib. Əksinə, satışdan gələn əlavə gəlirlər Kremlə Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək imkanı verə bilər.

Professorun yazısında bildirilir ki, Donald Tramp dizel razılaşmasını “olduqca mühüm” adlandırsa da, dünya mediası – Reuters, Associated Press, CNN, The Guardian və Axios – Putinlə əldə olunan sövdələşməni tənqidi planda təhlil edir və bunu Ağ Ev üçün son dərəcə xoşagəlməz, iqtisadi effekti isə şübhəli olan addım kimi qiymətləndirir.

Qulu Məhərrəmli Reuters-in mövqeyinə istinad edərək yazıb ki, Rusiya bu sövdələşmədən milyardlarla dollar gəlir əldə edə bilər ki, bu da Putinə müharibəni davam etdirməyə kömək edəcək.

CNN isə “Pickering Energy Partners” şirkətinin rəhbəri Den Pikerinqin sözlərini sitat gətirir: “Əsas məsələ odur ki, bu faydalıdır, lakin qlobal dizel bazarındakı vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyəcək”.

Telekanalın materialında, həmçinin qeyd olunur: “Trampın həcmləri barellə deyil, tonla qeyd etməsinin bir səbəbi var. Tonla ifadə olunan miqdar sıravi müşahidəçiyə daha çox görünür. Burada real dəyişikliklərdən çox siyasət var”.

Associated Press baş verənləri “Titanik”də şezlonqların yerini dəyişməyə” bənzədən analitik Maykl Linçin fikirlərinə yer verib. Linç izah edib ki, dizelin Rusiyadan alınması mahiyyət etibarilə Rusiya yanacağının hazırkı alıcılarının həmin yanacağı əldə edə bilməməsi ilə nəticələnə bilər. Bu halda onlar başqa mənbələrə üz tutmalı olacaqlar və nəticədə qiymət təxminən indiki səviyyədə qalacaq.

The Guardian bu razılaşmanı ABŞ siyasətində kəskin dönüş adlandırıb və bunun Kremlin üzərinə illərdir tətbiq olunan Qərb təzyiqinin üstündən xətt çəkdiyini vurğulayıb. Qəzet xüsusilə diqqətə çatdırıb ki, Tramp ABŞ və İsrailin İranla müharibəsi nəticəsində yaranan enerji böhranının fəsadlarını Rusiyaya qarşı sanksiyaları zəiflətmək hesabına aradan qaldırmağa çalışır.

Qulu Məhərrəmli Axios nəşrinin Ukrayna prezidenti Volodimir Zelenskinin tənqid və qınaq dolu müsahibəsini dərc etdiyini də qeyd edib. Zelenski razılaşmanı “Putinin ad gününə hədiyyə” və ümumilikdə “dəhşət” adlandırıb.

Ukrayna prezidenti X sosial şəbəkəsində də mövqeyini ifadə edib. O yazıb: “Rusiyaya qarşı sanksiyaların hər hansı şəkildə zəiflədilməsi zəifliyin bariz təzahürüdür. Bu, Rusiyanın xeyrinə işləyir, ona daha çox insanı öldürməyə, müharibəni daha uzun müddət aparmağa, Amerikaya daha az hörmət etməyə və dünyaya daha böyük itkilər və zərər vurmağa şərait yaradır”.

Professorun yazısında vurğulanıb ki, Trampın qərarına qarşı amerikalı qanunvericilər də çıxış ediblər. Demokrat senatorlar bunu Ukraynaya, avropalı müttəfiqlərə və ABŞ-nin milli təhlükəsizliyinə xəyanət adlandırıblar. Onların tələbi isə son dərəcə konkretdir: “Prezident Rusiyanın hərbi maşınını maliyyələşdirmək əvəzinə İranla müharibəsini dayandırmalıdır”.

Respublikaçı Don Bekon da razılaşmanı tənqid edib. O bildirib: “Diktator dinc ukraynalılara zərbələr endirməyə və onları öldürməyə davam etdiyi bir vaxtda ona əlavə pul verərək mükafatlandırmaq yox, məhz indi bu sanksiyalardan Putinin hərbi maşınına təzyiq göstərmək üçün istifadə etmək vaxtıdır”.

Qulu Məhərrəmli diqqətə çatdırıb ki, bütün bunlar ABŞ Konqresinə aralıq seçkilərə bir aydan da az vaxt qalmış, yanacağın rekord qiymətlərinin respublikaçıların səs itirməsi ilə hədələdiyi bir vaxtda baş verir.

Professorun fikrincə, nəticə son dərəcə riyakar görünür: Tramp əvvəlcə İrandakı avantürası ilə qlobal enerji böhranı yaradıb, indi isə hərbi təcavüzkarla sövdələşmə hesabına öz siyasi uğursuzluğunu xilas etməyə çalışır.

“Üstəlik, bu sövdələşmə amerikalıları baha yanacaqdan çətin ki xilas etsin, lakin Rusiyaya müharibəni davam etdirmək üçün pul qazanmağa imkan verəcək”, – deyə Qulu Məhərrəmli yazıb.

Turan

Professor yazısını “Doğrudanmı siyasətdə əxlaq yoxdur?!” sualı ilə yekunlaşdırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Paşinyan sülh adı ilə Ermənistanı gücləndirir” – Şəhla Cabbarlıdan SƏRT AÇIQLAMA

Araşdırmaçı-jurnalist, ictimai fəal Şəhla Cabbarlı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti, Ermənistanın xarici əlaqələri və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ş. Cabbarlının sözlərinə görə, Paşinyanın əsas məqsədi sülh adı altında Ermənistanı təhlükəsiz bölgəyə çevirmək, ABŞ və Avropa şirkətlərini ölkəyə cəlb etmək, iqtisadi böhrandan çıxmaq və Ermənistanı Cənubi Qafqazın ən etibarlı dövlətinə çevirməkdir.Araşdırmaçı-jurnalistin fikrincə, Ermənistan rəhbərliyinin məqsədlərindən biri də Qərbə açılan nəqliyyat yolunun Ermənistan ərazisindən keçməsinə nail olmaq, bununla da Gürcüstanı və İranın Arazboyu bölgəsini arxa plana keçirməkdir.Şəhla Cabbarlı Ermənistanın müdafiə sahəsində siyasətinə də toxunaraq ölkənin Qərbdən və Hindistandan silah aldığını, müdafiə imkanlarını gücləndirdiyini qeyd edib.O, sosial...

12 Oktyabr 2026, 09:39

Kənan Rövşənoğlu: “Dövlət vətəndaşlarının ona olan inamı qədər güclüdür”

Jurnalist Kənan Rövşənoğlu ölkədə baş verən proseslərlə bağlı fikirlərini bölüşüb. O, kütləvi təbliğatın cəmiyyətə təsirindən və totalitar düşüncənin hələ də güclü olmasından məyus olduğunu bildirsə də, ümidini itirmədiyini vurğulayıb.Citypost.az xəbər verir ki, Jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.Kənan Rövşənoğlu qeyd edib ki, tanıyanlar onun hər zaman, hər mövzuda ağlın, məntiqin və sağlam düşüncənin üstün gələcəyinə inandığını bilirlər.“Neçə gündür müxtəlif təbəqələrdən insanlarla ünsiyyətdə oluram, insanlar maraqlanır, bu gedişatın hara gedəcəyini soruşur. Hələ də ümid edirəm, dövlətin hansısa yerlərində oturan vətənpərvər, müdrik insanların ağılsəlim, müdrik qərar verəcəyinə ümidimi itirməmişəm, sabah və ya qarşıdakı günlərdə bu mənasız, məntiqsiz, ölkəni, xalqı məyus edəcək...

12 Oktyabr 2026, 09:28

Elçin Rüstəmli: Trampın siyasəti Ukraynaya xəyanətdir

Siyasi şərhçi Elçin Rüstəmli ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı siyasətini və Ukraynada prezidentin dəyişdirilməsi barədə səsləndirdiyi fikirləri tənqid edib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli bildirib ki, Tramp əvvəlcə Rusiyaya qarşı sanksiyaları dayandıraraq dizel sövdələşməsinə gedib, bu gün isə Ukraynada prezidentin dəyişməli olduğunu deyir.“Dünən Rusiyaya sanksiyaları dayandırıb dizel sövdələşməsinə getdi. Bu gün də deyir, Ukraynada prezident dəyişməlidir. Deyiləsi söz yoxdur artıq...Şübhəsiz ki, almanlar Hitlerdən utanc keçirdikləri kimi, amerikalılar da uzun illər Trampa görə bəşəriyyət qarşısında özlərini günahkar biləcəklər.Təkcə Ukraynaya xəyanət etdiyinə görə yox, bəşəri dəyərlərə vurduğu ağır zərbələrə görə...” – deyə siyasi şərhçi yazıb.Əli...

12 Oktyabr 2026, 09:23

“Energetika barışığı” Ukraynanın planlarını dəyişə bilər – Ədalət Verdiyevdən ŞƏRH

ABŞ Prezidenti Donald Trampın oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturuna hücumların dayandırılmasını nəzərdə tutan “energetika barışığı” elan etməsi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev açıqlama verib.Citypost.az xəbər verir ki, ekspert bildirib ki, əgər bu razılaşma ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kəskin yumşaldılmasını nəzərdə tutarsa, bu, Ukraynanın maraqlarına tam uyğun gəlməyəcək.Ədalət Verdiyevin sözlərinə görə, belə bir vəziyyətdə Ukrayna Rusiyanın hərbi hədəflərindən əlavə, data mərkəzlərinə, rabitə qovşaqlarına və istilik sistemlərinə daha çox zərbələr endirəcək.Turan...

12 Oktyabr 2026, 09:17

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Qonağı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:-Sizi Azərbaycan torpağında bir daha görməkdən şadam. Xoş gəlmisiniz.Qısa səfər olmasına baxmayaraq, düşünürəm ki, çox məhsuldar olacaq.Yaxşı bilirik ki, xalqlarımız arasında qardaşlıq münasibətləri qədim tarixə malikdir və bu gün biz həmrəylik, dostluq, əməkdaşlıq nümayiş etdiririk.Çeçenistan Respublikasının fəal və sürətli inkişafında qazandığınız bütün uğurlara görə sizi təbrik edirəm. Uğurlarınıza sevinirik və respublikanın inkişafında, rifahın yaxşılaşdırılmasında sizə yeni nailiyyətlər arzulayırıq.Bilirsiniz ki, sizi burada görməyimizə həmişə şadıq.X X XÇeçenistan Respublikasının başçısı...

10 Oktyabr 2026, 15:50

Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib.Bu barədə  Citypost.az xəbər verir

09 Oktyabr 2026, 15:34