Valideyn evdən qovan və ya əl qaldıran övladı nə gözləyir?
Hüquq 28 İyul 2026, 08:56
461
Valideynə qarşı zorakılıq, onu yaşadığı evdən zorla çıxarmaq, əşyalarını küçəyə atmaq və fiziki xəsarət yetirmək son dövrlər cəmiyyətdə narahatlıq doğuran hallardan biridir. Belə vəziyyətlərlə üzləşən vətəndaşlar isə çox vaxt hansı hüquqlara malik olduqlarını və hara müraciət etməli olduqlarını bilmirlər.
Citypost.az xəbər verir kii, mütəxəssislərin sözlərinə görə, ilk növbədə hadisənin bütün təfərrüatları araşdırılmalıdır. Çünki hüquqi qiymətləndirmə evin kimə məxsus olmasından, həmin şəxsin evdə hansı hüquqi əsasla yaşamasından, qeydiyyat məsələsindən və zorakılığın hansı formada baş verməsindən asılıdır.
Hüquqşünaslar bildirirlər ki, əgər övlad anasını və ya atasını döyərək evdən çıxarıbsa, əşyalarını küçəyə atıbsa və fiziki xəsarət yetiribsə, bu artıq sadəcə ailədaxili mübahisə hesab edilmir. Belə hərəkətlər cinayət və ya inzibati məsuliyyət yarada biləcək hüquq pozuntusudur.
Mütəxəssislər qeyd edirlər ki, onların icraatında da buna bənzər hadisələr olub. Hətta bəzi hallarda mənzilin çıxarışı ananın adına olsa belə, övlad valideyninə qarşı zor tətbiq edərək onu evdən uzaqlaşdırıb. Belə vəziyyətlərdə hüquqi yolla həmin şəxsin yenidən mənzilə köçürülməsi, hüquqlarının bərpası və təqsirkar şəxsin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
Hüquqşünasların fikrincə, valideynə əl qaldırmaq, onu döymək, qolunu sındırmaq və ya evdən qovmaq heç bir halda qəbul edilə bilməz. Bu, yalnız qanun qarşısında deyil, həm də mənəvi baxımdan ağır və qəbuledilməz davranış hesab olunur.Əgər valideynə fiziki zor tətbiq olunubsa, o, dərhal polisə müraciət etməlidir. Polis tərəfindən hadisə araşdırılmalı, xəsarətin dərəcəsi müəyyən edilməli və zərurət yarandıqda cinayət işi başlanmalıdır. Ailə üzvü olması heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Övlad da valideynə qarşı zorakılığa görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıya bilər.
Həmçinin oxuyun
Mütəxəssislər bildirirlər ki, qeydiyyatdan çıxarılma məsələsi isə ayrıca hüquqi prosedurdur. Əgər şəxs qeydiyyatdan məhkəmə qərarı ilə çıxarılıbsa, həmin qərarın hansı əsaslarla qəbul edildiyi araşdırılmalıdır. Əgər qeydiyyatdan çıxarılma qanunsuz hesab edilirsə və ya şəxsin hüquqları pozulubsa, bu halda məhkəməyə müraciət etməklə qərardan şikayət vermək mümkündür.Digər tərəfdən, əgər söhbət sadəcə qeydiyyatdan yox, valideynin fiziki olaraq evdən zorla çıxarılmasından gedirsə, bu artıq tamamilə başqa hüquqi məsələdir. Belə hallarda həm zorakılıq faktı, həm də yaşayış hüququ ayrıca qiymətləndirilir.
Hüquqşünaslar vurğulayırlar ki, hər bir iş fərdi qaydada araşdırılır. Mənzilin kimə məxsus olması, valideynin həmin evdə hansı hüquqi statusla yaşaması, evin nə vaxt və necə əldə olunması, qeydiyyatın hansı əsaslarla ləğv edilməsi kimi bütün hallar məhkəmə tərəfindən qiymətləndirilməlidir.
Onların sözlərinə görə, sənədlər və iş materialları tam araşdırılmadan qəti hüquqi nəticə çıxarmaq düzgün deyil. Buna görə də belə vəziyyətlə üzləşən şəxslərə hüquqi yardım almaq, polisə və zərurət olduqda məhkəməyə müraciət etmək tövsiyə olunur. Yalnız hüquqi prosedurlar vasitəsilə həm yaşayış hüququnun bərpasına, həm də zorakılıq törədən şəxsin qanun qarşısında cavab verməsinə nail olmaq mümkündür.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Leyvi işıqdan istifadəyə görə hansı cərimələr tətbiq olunur?
Elektrik enerjisindən qanunsuz istifadə, yəni ictimaiyyət arasında "leyvi işıq" kimi tanınan hallara görə Azərbaycan qanunvericiliyində həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur. Hüquqşünasların sözlərinə görə, məsuliyyətin növü vurulan ziyanın məbləğindən və əməlin nəticələrindən asılı olaraq müəyyən edilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, elektrik enerjisinin sayğacdan kənar qoşulma yolu ilə mənimsənilməsi, sayğacın göstəricilərinə müdaxilə edilməsi, plombun qırılması və ya digər qanunsuz üsullarla elektrik enerjisindən istifadə edilməsi qanun pozuntusu hesab olunur.Onların sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsinə əsasən, elektrik enerjisinin qanunsuz istehlakı nəticəsində az miqdarda ziyan vurulduqda fiziki şəxslər 100 manatdan 150 manatadək, vəzifəli şəxslər 800 manatdan...
28 İyul 2026, 09:58
Zaminin ölümündən sonra hüquqi vəziyyət necə olur?
Kredit münasibətlərində ən çox müzakirə olunan hüquqi məsələlərdən biri də zaminin vəfat etməsindən sonra onun öhdəliklərinin taleyidir. Xüsusilə vətəndaşlar arasında "zamin ölərsə, onun borcu avtomatik silinirmi?" və ya "zaminin varisləri bu borca görə məsuliyyət daşıyırmı?" kimi suallar tez-tez səsləndirilir.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirib ki, bu məsələ ilə bağlı hüquqşünaslar arasında fərqli yanaşmalar mövcuddur və hüquqi praktikada da müxtəlif mövqelər irəli sürülür.Bir qrup hüquqşünas hesab edir ki, zamin vəfat etdikdən sonra onun varisləri mirası qəbul etdikləri halda, miras əmlakının onlara çatan hissəsi həcmində zaminlik öhdəliyinə görə məsuliyyət daşıya bilərlər. Yəni varislər şəxsi əmlakları ilə deyil, yalnız miras olaraq qəbul etdikləri...
27 İyul 2026, 10:21
Qaynana və gəlin ev mübahisəsi: Qanun nə deyir?
Daşınmaz əmlakla bağlı ailədaxili mübahisələr məhkəmələrdə ən çox rast gəlinən işlərdən biridir. Xüsusilə uzun illər eyni evdə yaşamış gəlin və qaynana arasında yaranan mülkiyyət mübahisələri bir çox suallar doğurur. Oxuculardan biri də məhz bu mövzu ilə bağlı müraciət edərək bildirib ki, 19 ildir qayınanası ilə birlikdə sənədsiz evdə yaşayırlar. Sonradan qayınanası evi öz adına rəsmiləşdirib və indi ailənin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət edib.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, belə hallarda ilk növbədə evin hüquqi statusu və mülkiyyət hüququ araşdırılır. Əgər yaşayış evi artıq dövlət qeydiyyatına alınıb və çıxarış (kupça) qayınananın adına rəsmiləşdirilibsə, həmin şəxs qanun qarşısında həmin...
27 İyul 2026, 09:48
Uzun illər yaşamayan şəxsi qeydiyyatdan çıxarmaq mümkündürmü?
Daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsini qeydiyyatda olan, lakin uzun illərdir həmin evdə yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı işlər təşkil edir. Oxuculardan biri də bu mövzuda müraciət edərək bildirib ki, qardaşı artıq 16 ildir həmin evdə yaşamır. Mənzil isə 2021-ci ildə onun adına özəlləşdirilib. Oxucu soruşur ki, qardaşını qeydiyyatdan çıxarmaq üçün ona kompensasiya ödəməsi tələb oluna bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, belə hallarda kompensasiya ödənilməsi üçün hüquqi əsas hər zaman mövcud olmur.Mütəxəssislərin bildirib ki, əgər mənzil özəlləşdirilərkən qardaş öz razılığını verərək mənzilin digər ailə üzvünün adına rəsmiləşdirilməsinə etiraz etməyibsə və bununla bağlı müvafiq razılıq ərizəsi imzalayıbsa,...
27 İyul 2026, 08:55
Etibarnamə ilə alınan avtomobil niyə risklidir?
Avtomobil alqı-satqısı zamanı vətəndaşların qarşılaşdığı problemlərdən biri də nəqliyyat vasitəsinin əvvəlki sahibinin borclarına və ya məhkəmə qərarlarına görə üzərinə həbs qoyulmasıdır. Belə hallarda alıcı həm avtomobildən istifadə etməkdə çətinlik çəkir, həm də ödədiyi vəsaiti geri qaytara bilmədiyi üçün hüquqi çıxış yolu axtarır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirir ki, belə vəziyyətlərdə ilk növbədə avtomobilin hansı qaydada alındığı müəyyənləşdirilməlidir. Çünki bir çox vətəndaş "maşını almışam" desə də, əslində nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə əsasında istifadə edir.Mütəxəssislərin sözlərinə görə, qanunvericilik baxımından avtomobil yalnız rəsmi alqı-satqı müqaviləsi bağlanaraq dövlət qeydiyyatında yeni sahibin adına rəsmiləşdirildiyi halda həmin şəxsin mülkiyyəti hesab olunur. Əgər avtomobil...
24 İyul 2026, 11:30
Atadan qalan ev gəlinin adına keçə bilər? – Hüquqşünas açıqladı
Vərəsəlik hüququ ilə bağlı vətəndaşların ünvanladığı suallar arasında ən çox rast gəlinən mövzulardan biri də miras qalmış daşınmaz əmlakın ailə üzvlərinin adına keçirilməsi ilə bağlıdır. Xüsusilə də "rəhmətə getmiş atanın evi birbaşa oğlunun həyat yoldaşının, yəni gəlinin adına keçirilə bilərmi?" sualı tez-tez müzakirə olunur.Citypost.az-ın xəbərinə görə, hüquqşünasın sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, bu mümkün deyil. Çünki miras əmlakı ilk növbədə qanun və ya vəsiyyət üzrə müəyyən edilmiş vərəsələr arasında bölüşdürülür. Əgər vəfat etmiş şəxsin oğlu qanuni vərəsədirsə, həmin daşınmaz əmlak əvvəlcə onun adına rəsmiləşdirilməlidir.Mütəxəssis bildirir ki, vərəsəlik hüququ şəxsi hüquq hesab olunur və bu hüquq yalnız qanunda göstərilən vərəsələrə məxsusdur....
24 İyul 2026, 10:00