Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək
Cəmiyyət 10 İyun 2026, 13:07
382
Kitabxanalarda informasiya texnologiyaları ixtisasları üzrə çalışanlar attestasiyadan keçiriləcək.
Citypost.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün təşkil etdiyi "2026-cı il 10 iyun tarixində “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə mədəniyyət naziri Adil Kərimli deyib.
Həmçinin oxuyun
Nazir bildirib ki, bu ildən etibarən informasiya texnologiyaları ixtisasları üzrə kitabxanalarda çalışan 1000-ə yaxın şəxsin attestasiyası həyata keçiriləcək: “Attestasiya nəticələrinə görə peşəkar, vəzifəsinə uyğun olan şəxslərin işlərində qalacaq və yeni sistemdə onların prosesə cəlb ediləcək. Nazirlik ilk növbədə, peşəkar kadrların təyin edilməsini hədəf hesab edir. Kimlər peşəkardır və kimlər bu sahədə fəaliyyəti davam etdirməyə uyğundursa, fəaliyyətini davam etdirəcəklər. Kimlərsə uyğunsuz hesab ediləcəksə, yəni nəticəyə əsasən, onlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq mexanizmlər tətbiq olunacaq”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Bildirilib ki, proses hazırda davam edir:"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.
10 İyun 2026, 14:52
Azərbaycanda fermerlər üçün əkin kreditləri üzrə faizləri dövlət ödəyəcək
Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizminin tətbiqi cərcivəsində, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və fermerlər kredit müddətinin sonunda yalnız əsas borcu geri ödəyəcəklər.Citypost.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq etməklə yanaşı, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmağı hədəfləyir."Əsas məqsəd kredit faizlərini dövlətin qarşılaması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bankların fermerlərə ayırdığı əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin...
10 İyun 2026, 14:33
Bakıda avtomobil yanıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.Hadisə zamanı xəsarət alan olmayıb.Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub....
10 İyun 2026, 14:17
Azərbaycanın NATO yanındakı missiyası xeyriyyə yarmarkasında iştirak edib
Azərbaycanın NATO yanındakı missiyası Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilən xeyriyyə yarmarkasında iştirak edib.Bu barədə Citypost.az nümayəndəliyin "X" sosial şəbəkəsindəki paylaşıma istinadən xəbər verir."Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsindəki təşəbbüslərin fəal iştirakçısı kimi xeyriyyə və ictimai yönümlü layihələrdəki çoxillik iştirakı tamamlayan və humanitar əməkdaşlığın inkişafını dəstəkləyən bu cür tədbirləri yüksək qiymətləndirir. Biz Azərbaycanın kulinariya ənənələrini, mədəniyyətimizin müxtəlifliyini əks etdirən ev təamlarının çeşidlərini təqdim edərək həmkarlarımız və mənzil-qərargahın qonaqları ilə ünsiyyət qurmaqdan şad olduq", - paylaşımda bildirilib....
10 İyun 2026, 14:11
Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib
Ukrayna Ali Radası 2026-cı il dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərclərinin 1,56 trilyon qrivna (39 milyard dollar) artırılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib.Bu barədə "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.Məlumata görə, qərarı 242 deputat dəstəkləyib. 19 deputat qərarın əleyhinə səs verib, 17 nəfər isə bitərəf qalıb.Qeyd olunub ki, təhlükəsizlik və müdafiə xərclərinin əsasən Avropa İttifaqının "Ukraine Support Loan" (USL) proqramı hesabına artırılması planlaşdırılır....
10 İyun 2026, 13:53
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.APA xəbər verir ki, media nümayəndələri müəssisədə yaradılan şəraitlə, burada yaşayan uşaqlara göstərilən xidmətlərlə yaxından tanış olublar.Mediaturda bildirilib ki, müəssisə 5-18 yaşlı əlilliyi olan və təhsilə cəlb olunmayan uşaqlara stasionar və yarımstasionar sosial xidmətlər göstərir. Burada sakinlər sosial-məişət, sosial-pedaqoji, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb edilirlər. Eləcə də uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.Bildirilib ki, hazırda müəssisədə 173 uşağa xidmət göstərilir.Müəssisənin direktoru Sevinc Məlikova jurnalistlərə bildirib ki, 200 nəfərlik müəssisə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosiallaşmasına dəstək...
10 İyun 2026, 13:40