Bizə yazın

Baku

-°C

USD

-

Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib 

Cəmiyyət 10 İyun 2026, 13:53

525

Ukrayna Ali Radası 2026-cı il dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərclərinin 1,56 trilyon qrivna (39 milyard dollar) artırılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib.

Bu barədə "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir.

Məlumata görə, qərarı 242 deputat dəstəkləyib. 19 deputat qərarın əleyhinə səs verib, 17 nəfər isə bitərəf qalıb.

Qeyd olunub ki, təhlükəsizlik və müdafiə xərclərinin əsasən Avropa İttifaqının "Ukraine Support Loan" (USL) proqramı hesabına artırılması planlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MEDİA rəhbəri: Rəqəmsal mühit daha təhlükəsiz olmalıdır

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan qanun layihəsi ictimai müzakirəyə çıxarılıb.Citypost.az xəbər verir ki, MEDİA-nın təşkilatçılığı ilə keçirilən müzakirələrdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, aparılan araşdırmalar uşaqların erkən yaşlardan sosial şəbəkələrdən nəzarətsiz istifadəsinin gələcəkdə müxtəlif psixoloji və sosial problemlərə yol aça biləcəyini göstərir.Onun sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərə biləcək rəqəmsal məzmunun qarşısının alınması üçün qanunvericilik səviyyəsində müxtəlif tədbirlər həyata keçirilir.Əhməd İsmayılov qeyd edib ki, hazırda müzakirə olunan qanun layihələri uşaqların rəqəmsal mühitdə daha etibarlı şəkildə qorunmasına, təhlükəsiz informasiya məkanının formalaşdırılmasına və...

10 İyun 2026, 15:34

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib 

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.Citypost.az xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və ekspertlər iştirak edirlər.Müzakirələr zamanı qanun layihəsində nəzərdə tutulan yeniliklər və onların tətbiqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

10 İyun 2026, 15:25

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilir 

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrində keçirilən döyüş atışlı taktiki təlimin gedişini izləyiblər.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Baş Qərargah rəisinə məruzə edilib ki, təlimə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri cəlb olunub.Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə...

10 İyun 2026, 15:12

“Son zəng”də bunlar qadağandır - Rəsmi 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.Bildirilib ki, Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb.Xəbəri rus dilində oxuyun: Названы главные запреты "Последнего звонка"“Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya 10:00-da başlamalı və ən...

10 İyun 2026, 15:05

Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb 

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Bildirilib ki, proses hazırda davam edir:"Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır".Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır.

10 İyun 2026, 14:52

Azərbaycanda fermerlər üçün əkin kreditləri üzrə faizləri dövlət ödəyəcək 

Azərbaycanda birillik əkin aparan fermerlər üçün yeni güzəştli maliyyələşdirmə mexanizminin tətbiqi cərcivəsində, əkin məqsədilə götürülən kreditlər üzrə illik faiz dərəcəsinin 19 %-ə qədər olan hissəsi dövlət büdcəsi hesabına maliyyələşdiriləcək və fermerlər kredit müddətinin sonunda yalnız əsas borcu geri ödəyəcəklər.Citypost.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yeni dəstək aləti aqrar sahəyə özəl sektor vəsaitlərinin yönəldilməsini təşviq etməklə yanaşı, fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmağı hədəfləyir."Əsas məqsəd kredit faizlərini dövlətin qarşılaması yolu ilə aqrotexniki xidmətlər üçün maliyyə əlçatanlığını yaxşılaşdırmaq və aqrar sahənin inkişafına töhfə verməkdir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bankların fermerlərə ayırdığı əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin...

10 İyun 2026, 14:33