Bizə yazın

Baku

-°C

USD

-

Aİ Patriarx Kirill, Rusiyanın idman naziri və FİDE rəhbərinə sanksiyalar tətbiq etməyi təklif edib 

Dünya 10 İyun 2026, 14:14

530

Avropa Komissiyası Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, idman naziri Mixail Deqtyarev və Beynəlxalq Şahmat Federasiyası – FİDE-nin rəhbəri Arkadi Dvorkoviçin Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə daxil edilməsini təklif edib.

Bu barədə “Euobserver” sanksiya layihəsinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, “Rusiyanın Ukraynaya qarşı təcavüzünü ardıcıl şəkildə əsaslandırdığı və dəstəklədiyi” üçün Patriarx Kirillin sanksiya siyahısına daxil edilməsi təklif edilib.

Eyni zamanda, “Euobserver”in məlumatına görə, Avropa İttifaqı iyunun 15-də Rusiyaya qarşı “mini-paket” sanksiyalar qəbul etməyi planlaşdırır. Paketə 8 fiziki şəxs və 46 təşkilat daxil ediləcək. (APA)

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp: İran əlverişli razılaşmadan imtina etdiyinə görə bədəl ödəyəcək 

İran Tehran üçün əlverişli olan razılaşma ilə bağlı danışıqları uzatdığına görə bədəl ödəyəcək."Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

10 İyun 2026, 16:08

Rusiya Duması miqrantlar üçün rüsumları artıran qanunu qəbul edib 

Rusiya Dövlət Duması bu gün miqrantlar üçün dövlət rüsumlarını artıran qanunu, o cümlədən Rusiya vətəndaşlığını almaq üçün 12 dəfə artımı qəbul edib.APA-nın Moskva bürosu xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya vətəndaşlığı və vətəndaşlıqdan imtina 4 200 əvəzinə 50 000 rubl, yaşayış icazəsi (VNJ) isə 6 000 əvəzinə 30 000 rubla başa gələcək.Miqrantlar üçün iş icazələrinin verilməsi üçün rüsum da 15 000 rubla qədər artacaq....

10 İyun 2026, 16:03

Ərdoğan Netanyahuya xəbərdarlıq etdi 

İsrail Baş naziri Benyamin Netanyahu və onun cinayətkar şəbəkəsinin Suriya və Livana qarşı hücumları təkcə bu iki qardaş ölkəni deyil, həm də Türkiyəni təhdid edən bir nöqtəyə çatıb.Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.“Türkiyənin təhlükəsizliyi yalnız Hatayda deyil, həm də Hələb, Dəməşq və Beyrutda başlayır. Qardaş xalqlarımızda heç bir uğursuzluğa dözməyəcəyik və onlara qarşı təcavüzə göz yummayacağıq.“Böyük İsrail” xəyalının əsas məqsədinin nə olduğunu bilirik. Allah qoysa, buna heç vaxt icazə verməyəcəyik”, - o əlavə edib....

10 İyun 2026, 15:45

Rusiya XİN: Avrasiya strukturları Ermənistana boş vədlər deyil, real fayda gətirir  

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan cəmiyyəti Rusiya ilə münasibətlərin inkişaf etdirilməsini və ölkənin Avrasiya inteqrasiya birliklərində iştirakının davam etdirilməsini tələb etməyə davam edir və bu, konkret nəticələr verir.Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, onun sözlərinə görə, Avrasiya strukturları çərçivəsində əməkdaşlıq Ermənistana "boş vədlər"dən fərqli olaraq real və hiss olunacaq faydalar verir.Zaxarova Sputnik Radiosunda bildirib ki, "Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin mütərəqqi inkişafına və Ermənistanın real, hiss olunacaq fayda gətirən Avrasiya inteqrasiya strukturlarında davamlı iştirakına açıq tələbat var".O qeyd edib ki, Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərə dəstək bu cür qarşılıqlı fəaliyyətin praktik faydalarının anlaşılmasına əsaslanır.Diplomatın...

10 İyun 2026, 11:36

Brüssel Moldova və Ukrayna ilə ilk danışıqlar qrupunu açır

Avropa İttifaqı (Aİ) yaxın günlərdə Moldova Respublikası və Ukrayna ilə üzvlük danışıqlarında növbəti mərhələyə keçid edəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Aİ sözügedən ölkələrlə ilk danışıqlar qrupunu (klasteri) açmağa hazırlaşır ki, bu da üzvlük prosesinin növbəti mərhələsinin rəsmi başlanğıcı hesab olunur.“Yaxın günlərdə Ukrayna və Moldova ilə ilk klasteri açacağıq. Bu, faktiki olaraq üzvlük prosesinin növbəti mərhələsinə, danışıqların rəsmi başlanğıcına qapı açır”, – deyə Ursula fon der Leyen bildirib.Qərar Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketi fonunda elan edilib. Avropa Komissiyasının...

10 İyun 2026, 11:30

Belfastda baş verən bıçaqlı hücumdan sonra genişmiqyaslı iğtişaşlar qeydə alınıb.  

Şimali İrlandiyada 8 iyun tarixində baş verən insidentdən sonra etirazçılar küçələrə axışaraq evləri, avtomobilləri və ictimai nəqliyyat vasitələrini yandırıblar. Citypost.azBBC-yə istinadən xəbər verir ki, 9 iyun axşam saatlarında təcili yardım xidmətləri yanğınlar nəticəsində binalardan təxliyə olunan insanlara yardım göstərib. Yanğınsöndürmə xidmətinin açıqlamasına əsasən, saat 19:00-dan 24:00-dək 256 çağırış daxil olub, onlardan 62-nə müdaxilə edilib.Hadisə 8 iyun saat 22:30 radələrində baş verib. 30 yaşlı Sudan vətəndaşı 40 yaşlı kişiyə hücum edərək ona göz, boyun və bel nahiyəsindən ağır xəsarətlər yetirib. Hücum edən şəxs qəsdən adam öldürməyə cəhd, ictimai yerdə kəsici alət saxlamaq və hədələmə ittihamları ilə saxlanılıb.İyunun 9-da hücuma cavab olaraq...

10 İyun 2026, 11:27