Tariximizə səlib yürüşü: Milli yaddaşı kimlər və nə üçün hədəf alır?
Maraqlı 25 Avqust 2026, 17:35
375
Son dövrlər yenidən fəallaşan millətçi erməni nağılbazlarla yanaşı içimizdəki bəziləri də xalqın tarixinə, ənənələrinə qarşı səlib yürüşünə çıxıblar. Biri məzhəb bəhanəsi ilə Səfəviləri, digəri çayxana söhbətləri ilə qaçaqların mübarizəsini, üçüncülər isə müstəqillik uğrunda xalq hərəkatını hədəfə alıb.
Bütün bunlar da başqaları özlərinə "tarix" yazdığı bir dövrə təsadüf edir. Məqsəd nədir? Bunun cavabı çox sadədir: xalqı ayaqları üstündə saxlayan dayaqlarından məhrum etmək. Ən dəhşətlisi isə bunların nadir istisnalarla mütəxəssislərin susqunluğu fonunda baş verməsidir.
Söhbət ilk növbədə tarixçi alimlərdən gedir.
Nəticədə bu gün yaşadıqlarımızı əldə etmişik və sonra da hamımız cəmiyyətdə baş alıb gedən mənəviyyatsızlıqdan gileylənirik, insanlarımızın bir-birinə güvənmədiyindən şikayətlənirik. Başqa necə olmalıdır ki?
Bu gün Azərbaycanda şər atmaq, böhtan yağdırmaq adi bir hala çevrilib, çuğulluq həyat norması olub. Halbuki bu xalq belə davranışlara heç vaxt göz yummayıb. Onun əsrlər boyu göz bəbəyi kimi qoruyub saxladığı, nəsildən nəslə ötürdüyü polad kimi əyilməz qaydaları olub.
2002-ci ildə Qurban Bayramı günü təzə qohum olduğumuz bir insanın atamla maraqlı söhbətinin şahidi oldum. Atam əslən Qərbi Azərbaycandan olan təzə qohumdan kimlərdən olduğunu soruşanda o, Qaçaq Misirin bacısı oğlu olduğunu dedi.
Amma ən maraqlısı bundan sonra baş verdi: atam Qaçaq Misir haqqında danışanda kişi mat qalıb, bunları haradan bildiyini dedi. Qısası, məlum oldu ki, Qaçaq Misiri xeyli vaxt babam evində gizlədib. Bundan sonra danışdıqları mənə çox da maraqlı deyildi.
Həmçinin oxuyun
Ən maraqlısı bu idi: təsəvvür edin, 1940-cı illərin sonu, tüğyan edən Stalin despotizmi, Beriya NKVD-si dövründə kimsə evində qaçaq gizlədir və istənilən kənd yerində olduğu kimi bu barədə məlumat sızmış olsa da, kənddən bir nəfər də bununla bağlı donos vermir.
Bununla əsla o dövrdə hər şeyin ideal olduğunu iddia etmirəm. Hər şey olub: satqınlıq da, donosbazlıq da, üzə durmaq da, amma əminəm ki, bugünkü miqyasda olmayıb. Bugünkü miqyasda baş verənlər isə əsl fəlakətdir ki, hələlik onun gələcək ağır nəticələrini görə bilmirik.
Odur ki, yaxşı-yaxşı düşünməli, yaxın və uzaq tariximizi qaralayanlara sərt təpki verməliyik. Tarix təkcə oxumaq, müzakirə etmək üçün deyil, tarix gələcəyə aparan siyasətin ən mühüm təməllərindən biridir. Elə olmasaydı bir çox xalqlar özlərinə tarix uydurmazdılar.
Bizim isə uydurma tarixə ehtiyacımız yoxdur, elə mövcud olan tariximizi qoruyub saxlamaq bəs edər. Gündəm yaratmaq, diqqəti mövcud reallıqlardan yayındırmaq məqsədilə tarixi şəxsiyyətləri və hadisələri bugünkü şəkildə aşağılamaq isə bir xalqı məhvə aparmaqdır.
Bunun adı cılız siyasi maraqlar naminə pozuculuq etməkdir. Bu heç siyasət də deyil, çünki əsl siyasət dürüst tarix üzərində qurulub, dürüst tarix yaratmaqdır. Odur ki, bunun üzərində düşünməli və pozuculuq edənlərə ciddi təpki verməliyik. Sonra gec olmasın deyə.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Böyük yük gəmiləri dənizdə necə tarazlıqda qalır? – Ballast suyu mexanizmi
Böyük yük gəmiləri, konteynerdaşıyanlar, tankerlər okeanlarda minlərlə ton ağır yüklə hərəkət edərkən dalğaların, fırtınaların təsirinə qarşı mühəndislik möcüzəsi sayılan xüsusi tarazlıq mexanizmlərindən istifadə edirlər. Gəminin dənizdə aşmadan, batmadan sabit üzməsini təmin edən əsas amil "ballast suyu" sistemidir. Yüksüz gəmilərin gövdəsi sudan yuxarı qalxdığı üçün dalğalarda aşma riski artır, ballast suyu mexanizmi precisely bu təhlükənin qarşısını almaq üçün tətbiq olunur.Citypost.az xəbər verir ki, ballast suyu mexanizmi gəminin dibində, yan tərəflərində yerləşən xüsusi ballast çənlərinin (çənlər zəncirinin) dəniz suyu ilə doldurulub-boşaldılması prinsipinə dayanır. Gəmi limanda yükünü boşaltdıqda mərkəz ağırlığı yuxarı sürüşür, batma dərinliyi (osadka) azalır. Bu zaman xüsusi nasoslar vasitəsilə dəniz suyu...
25 Avqust 2026, 16:33
Niyə dəniz suyunu içmək olmaz? – Hüceyrə səviyyəsində suyun təsiri
Dəniz suyunu içməyin insan orqanizmi üçün ölümcül risk yaratması tərkibindəki yüksək duz konsentrasiyası ilə birbaşa bağlıdır. Dünya okeanında suyun duzluluq səviyyəsi təxminən 3,5 faiz təşkil edir, bu da insan qanındakı duz nisbətindən üç dəfədən çox yüksəkdir. Orqanizm daxilə daxil olan maddələrin balansını qorumağa çalışsa da, dəniz suyu insan biologiyasının həyati funksiyalarını hüceyrə səviyyəsində pozur.Citypost.az xəbər verir ki, bu təhlükəli prosesin mərkəzində "osmos" adlanan fiziki-bioloji qanunauyğunluq dayanır. Osmos qanununa əsasən, maye tərkibində duz az olan mühitdən duz qatılığı daha yüksək olan mühitə tərəf hərəkət edir. Dəniz suyu mədə-bağırsaq sisteminə daxil olduqda hüceyrədənkənar mühitdə duz sıxlığı kəskin artır. Nəticədə hüceyrələr öz daxilindəki...
25 Avqust 2026, 16:09
Paltarların etiketinə vurulan yuyulma rəmzləri nə deməkdir?
Paltarların daxili etiketinə vurulan simvollar geyimlərin ilkin görünüşünü, rəngini, strukturunu uzun müddət qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq qulluq təlimatlarıdır. Müxtəlif parça növlərinin özünəməxsus yuyulma, ütülənmə, qurutma tələbləri var. Bu rəmzləri doğru oxumaq geyimlərin tez sıradan çıxmasının, kiçilməsinin, rənginin solmasının qarşısını almağa kömək edir.Citypost.az xəbər verir ki, yuma rejimini bildirən simvollar adətən içi su ilə dolu qab işarəsi ilə təsvir olunur. Qabın içərisində göstərilən rəqəmlər (30°, 40°, 60°) suyun maksimum icazə verilən temperaturunu ifadə edir. Qab işarəsinin altında tək xəttin olması həssas yuma rejimini, cüt xətt isə ultra-həssas (zəif sıxma) rejimini bildirir. Qaba əl şəklinin çəkilməsi məhsulun yalnız əldə yuyulmalı olduğunu,...
25 Avqust 2026, 15:46
Plastik qabların altındakı üçbucaq kodları nəyi bildirir? – Hansılar təhlükəsizdir?
Plastik qabların, şüşələrin, qida konteynerlərinin alt hissəsində yerləşən oxlardan ibarət üçbucaq simvolları materialın təkrar emal olunma imkanını, kimyəvi tərkibini əks etdirən beynəlxalq markalamadır. Üçbucağın daxilində yazılmış 1-dən 7-yə qədər rəqəmlər plastikin növünü, istifadə təhlükəsizliyini, qida ilə təmas şərtlərini müəyyənləşdirməyə kömək edir. Bu kodları düzgün oxumaq gündəlik həyatda sağlamlığa zərər vura biləcək toksik maddələrdən qorunmaq üçün vacibdir.Citypost.az xəbər verir ki, istehlakçılar üçün ən təhlükəsiz sayılan plastik növləri 2, 4, 5 rəqəmləri ilə işarələnmiş qablardır. "2" kodlu HDPE (yüksək sıxlıqlı polietilen) milk şüşələri, detergant qabları üçün istifadə olunur, kimyəvi maddə sızdırmır, yüksək etibarlılığı ilə seçilir. "4" kodlu LDPE (aşağı sıxlıqlı polietilen) paketlər,...
25 Avqust 2026, 15:28
Yalan danışan insanı bədən dilindən necə tanımaq olar?
Yalan danışan insanı bədən dili, şüuraltı davranışlar vasitəsilə müəyyən etmək psixoloji, verbal müşahidələrə dayanır. İnsan yalan uydurarkən beyni eyni vaxtda həm həqiqəti gizlətmək, həm də inandırıcı hekayə qurmaq üçün əlavə zehni gərginlik keçirir. Bu daxili stres, həyəcan fizioloji reaksiyalara təkan verir, insanın özündən asılı olmadan jest, mimikalarında özünü büruzə verir.Citypost.az xəbər verir ki, yalanın ən qabarıq göstəricilərindən biri göz təması, göz hərəkətləridir. Yalan danışan şəxs adətən birbaşa göz təmasından qaçır, baxışlarını tez-tez yana, aşağı yayındırır. Əksinə, bəzi hallarda inandırıcı görünmək üçün həddindən artıq, süni göz təması qurmağa cəhd edirlər. Bununla yanaşı, göz qırpmalarının tezliyinin birdən-birə artması, göz bəbəklərinin genişlənməsi beynin...
25 Avqust 2026, 13:14
Nəriman Nərimanov Atatürkə nə cavab vermişdi? – İki ölkə arasındakı tarixi yardım faktları
1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. Və bununla Azərbaycandan Türkiyəyə qardaş əli 1921-ci ildə, Nərimanovun şəxsi əmriylə uzanıb. Azərbaycanın Xarici İşlər Naziri Mirzə Davud Hüseynov savaşda qazanılan uğurlar münasibətilə göndərdiyi teleqramda “…Qazanılan büyük zəfərlərə görə Türk xalqını...
25 Avqust 2026, 13:06