Bizə yazın

Baku

-°C

USD

-

Aynur Dadaşova: "36 il keçsə də sevilirəm"  

Sənət aləmi 26 Yanvar 2026, 12:10

138

Tanınmış müğənni Aynur Dadaşova Arb TV-nin Günaydın Azərbaycan verlişində 1991-ci ildə başlayan məşhur 7-17 müsabiqəsi barədə danışıb.

Citypost.az xəbər verir ki, sənətçi bildirib ki, həmin verilişdən bu günə qədər tamaşaçı sevgisi onu daim ruhlandırır:"Bəli, o müsabiqədən Allaha şükürlər olsun ki, bugünkü günə qədər tamaşaçılar bizi sevir, bizi görəndə sevinir. Mən həmişə deyirəm ki, xoşbəxt müğənnilərdən biriyəm ki, illər keçsə də, 36 il keçsə də, tamaşaçıların sevgisi hələ də mənimlədir," – deyə Dadaşova bildirib.

O həmçinin müsahibəsində öz karyerasının başlanğıc dövrünü xatırlayıb. Dadaşova qeyd edib ki, verilişə qatılmadan əvvəl Rəşid Behbudov adına Mahnı Teatrında Kamil Müəllim Vəzirovun rəhbərlik etdiyi ansamblda çalışıb və Nurlan Əzibəli ilə duet də ifa ediblər.

Müğənni əlavə edib ki, müsabiqəyə dəvət olunmaları gənc istedadların axtarışı ilə bağlı olub və o vaxt televiziyada əsasən vətənpərvər mahnıların ifa edildiyini vurğulayıb.

Dadaşova sözlərinə belə yekun vurub: "O illər çox arzuolunan illər idi və mən həmişə bu dövrü sevgi ilə xatırlayıram."

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rəqsanədən həyat yoldaşına TƏBRİK:"Səssizliyinlə sığınacağımsan"

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla bağlı instagram hesabından paylaşım edib.Citypost.az xəbər verir ki, sənətçi həyat yoldaşının doğum günü münasibətilə sosial şəbəkədə paylaşım edərək ona ünvanladığı səmimi sözləri izləyiciləri ilə bölüşüb.Rəqsanə İsmayılova paylaşımında həyat yoldaşını həyatının ən dəyərli hədiyyəsi adlandırıb, onun gücünü dayaq, səssizliyini isə sığınacaq kimi xarakterizə edib və doğum günü münasibətilə təbrik edib.Qeyd edək ki, müğənninin bu nikahdan iki övladı var. Bir müddət əvvəl cütlüyün ayrılması ilə bağlı yayılan məlumatlar daha sonra hər iki tərəf tərəfindən təkzib olunub və müxtəlif televiziya proqramlarında bu iddialara aydınlıq gətirilib....

26 Yanvar 2026, 08:10

Lalə Azərtaş atasından YAZDI:"Bu böyük sərvət üçün çox sağ ol"

Aparıcı Lalə Azərtaş atası ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, aparıcı atasının doğum günü münasibətilə sosial şəbəkə hesabında paylaşım edərək onu ürəkdən təbrik edib.Paylaşımda deyilir:“Əziz atam – Qabil Azərtaş. Ömrünüzün 74-cü səhifəsi sağlıq, sevgi və bərəkətli olsun. Zaman keçdikcə anlayırsan ki, valideyinin təmiz adı sənin ən böyük mirasındır. Bu böyük sərvət üçün çox sağ ol. Doğulduğun gün bir insan artmadı bu dünyaya, bir ömür arxalandığımız səbəb gəldi.Doğum günün mübarək olsun, ata. Sən varsan, biz tamamlanırıq.”*Turan...

26 Yanvar 2026, 08:00

Tanınmış aktrisa vəfat etdi 

Tanınmış teatr aktrisası, uzun illər Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış etmiş Məsumə Babayeva vəfat edib.Citypost.az xəbər verir ki, aktrisa 74 yaşındadünyasını dəyişib.Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərindən səhnə fəaliyyətinə başlayan aktrisa 1972-ci ildən etibarən Gənc Tamaşaçılar Teatrında çalışıb və bu teatrın aparıcı simalarından biri olub. Səhnə fəaliyyəti dövründə 100-ə yaxın müxtəlif obraz yaradıb. “Qaraca qız”, “Aycan”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim” kimi tamaşalardakı rolları ilə tamaşaçıların yaddaşında qalıb. Aktrisa həmçinin Azərbaycan Televiziyasının bir sıra televiziya tamaşalarında da çəkilib.Məsumə...

24 Yanvar 2026, 17:50

Dilarə Əliyeva ilə gənclərin görüşü keçirilib 

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramı çərçivəsində keçirilən “Aktyorluq sənəti - 2” layihəsində könüllülər Azərbaycanın əməkdar artisti, aktrisa və teleaparıcı Dilarə Əliyeva ilə görüşüblər.Citypost.az xəbər verir ki, görüş zamanı iştirakçılar komediya janrlarının xüsusiyyətləri və aktyorluqda emosiyaların ifadə olunması barədə həm nəzəri, həm də praktik biliklər əldə ediblər.Sonda Dilarə Əliyeva müəllifi olduğu “Dilarənin Monoloqları” kitabını layihə iştirakçılarına hədiyyə edib.Turan

24 Yanvar 2026, 16:17

Gənc rəssamımız beynəlxalq uğura imza atıb 

Azərbaycanlı rəssam Ülviyyə İman Londonda, Gazelli Art House qalereyasında keçirilən sərgidə əsərlərini təqdim edib.Citypost.az xəbər verir ki, sərgi barədə məlumatı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli yayıb.Ülviyyə son dövrlərdə yaratdığı dörd əsərini nümayiş etdirib: “The End (Meyxana)”, “Aşurə” və iki avtoportret.Məlumat üçün bildirək ki, sərgidə digər istedadlı Azərbaycan rəssamları – Ramina Saadatxan, Agil Abdullayev və Fərhad Fərzali ilə birlikdə iştirak ediblərYeganə...

24 Yanvar 2026, 14:45

“Aldanmış ər” tamaşasının premyerası OLDU

Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının klassiki Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” əsəri əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası keçirilib.Citypost.az xəbər verir ki, premyera nümayişində Milli Məclisin deputatı Elnarə Akimova, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, Sumqayıt ictimaiyyəti, teatr xadimləri və sənətsevərlər iştirak ediblər.Dövlət sifarişi ilə ərsəyə gətirilən səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadədir.Tamaşanın quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.Yeni səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir...

24 Yanvar 2026, 13:00