Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir
Cəmiyyət 27 May 2026, 16:26
307
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.
Agentliyin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur. Ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Çadırlardan 7-də həm kəsim, həm satış, 2-də isə yalnız diri heyvanların satışı təklif olunur. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.
Həmçinin oxuyun
Vətəndaşlardan bayram günlərində heyvan satışı və kəsimi ilə bağlı hər hansı xoşagəlməz hallarla qarşılaşdıqları təqdirdə aidiyyəti dövlət qurumlarına və ya agentliyin “1003 - Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində...
27 May 2026, 17:33
Rəhman Mustafayev Vasili Osmakov ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib."Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Müdafiə Nazirliyində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub", - məlumatda qeyd olunub....
27 May 2026, 17:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 28-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
27 May 2026, 17:13
Gəncədə restoranda yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır....
27 May 2026, 17:06
Azərbaycanın turizm potensialı Çində tanıdılır
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, bununla yanaşı, ATB mayın 26-28-də Şanxay şəhərində təşkil olunan “ITB China 2026” beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə milli stendlə təmsil olunur.Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən silsilə tədbirlər və “ITB China 2026” sərgisi B2B görüşlər, şəbəkələşmə və yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də Azərbaycanın inkişaf edən işgüzar turizm (MICE) potensialının...
27 May 2026, 16:45
Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Yevlaxda da qurbanlıqlar kəsilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq heyvanların əti şəhid ailələri, imtiyazlı və aztəminatlı şəxslər olmaqla, ümumilikdə 3 minə yaxın ailəyə çatdırılıb.Rayondakı məscidlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər....
27 May 2026, 16:34