Bizə yazın

Baku

-°C

USD

-

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub 

Cəmiyyət 27 May 2026, 16:33

421

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqrebdə 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin media nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlətin məhz 1918-ci il mayın 28-də Azərbaycanda yaradıldığını, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, çox mühüm və tarixi addımların atıldığını, həmin dövrdə milli parlamentin yaradıldığını, dövlət atributlarının təsis edildiyini, demokratik idarəçilik prinsiplərinin müəyyən olunduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Səfir ümumilikdə bu hadisənin Azərbaycan xalqının siyasi yetkinliyinin, milli özünüdərkinin və müasir dövlət quruculuğu iradəsinin parlaq təzahürü olduğunu vurğulayıb. 1920-ci ilin aprelində Azərbaycan xalqının əlindən alınan dövlət müstəqilliyinin, milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də yenidən bərpa edildiyini vurğulayan səfir tariximizin mürəkkəb və çətin dövrlərinə baxmayaraq, Azərbaycan xalqının müstəqillik ideyalarına daim sadiq qaldığını bildirib.

Ölkəmizin müasir inkişafından söz açan səfir 1993-cü ildə dünyaşöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığını, apardığı uğurlu siyasət nəticəsində demokratik, dünyəvi və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar əldə edildiyini diqqətə çatdırıb. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa, regional əməkdaşlığın fəal iştirakçısına və qlobal təşəbbüslərə töhfə verən məsuliyyətli dövlətə çevrildiyini bildirən diplomat müasir Azərbaycanın öz inkişaf modelini siyasi sabitlik, iqtisadi tərəqqi və milli həmrəylik üzərində qurduğunu vurğulayıb. Səfir, həmçinin son illərdə ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və insan kapitalının inkişafı istiqamətində mühüm uğurlar əldə etdiyini, Azərbaycanın Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynadığını, beynəlxalq ticarət və enerji layihələrinin əsas iştirakçılarından birinə çevrildiyini diqqətə çatdırıb.

Anar İmanov Azərbaycanın müasir tarixində əsas hadisə olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etdiyini qeyd edib.

Daha sonra səfir Azərbaycan-Xorvatiya münasibətlərinə toxunub, ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Xorvatiyanın müdafiə nazirinin müavini Tomislav Qalic Azərbaycan xalq Cumhuriyyətinin yaradılmasını Azərbaycan xalqı üçün tarixi hadisə adlandıraraq onun Şərqdə demokratik, dünyəvi dəyərlərə əsaslanan ilk müstəqil respublika olduğunu vurğulayıb. O, hər iki ölkənin müstəqillik əldə etdikdən sonra oxşar tale yaşadığını, aparılan uzunmüddətli mücadilədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini bildirib. Tomislav Qalic çıxışında Azərbaycanı ölkəsinin Cənubi Qafqazda əsas strateji tərəfdaşı adlandıraraq, son illər ölkələrimiz arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, bu gün Azərbaycanın nəinki regionda, o cümlədən dünyada söz sahibinə çevrildiyini, beynəlxalq nüfuzunu gücləndirərək hərtərəfli inkişaf yolunda inamla addımladığını bildirərək, dost Azərbaycan xalqına və dövlətinə daima firavanlıq və tərəqqi diləyib.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib və rəsmi ziyafət təşkil olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

De Vever: Aİ İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək 

Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək.Teleqraf xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever deyib."Düşünürəm ki, İsrailə qarşı Avropa sanksiyaları heç vaxt olmayacaq”, - De Vever deyib.Belçika mətbuatının məlumatına görə, ölkə adətən İsrailə qarşı mümkün sanksiyalar və hərbi cinayətlərlə bağlı Aİ Şurasında aparılan müzakirələrdə fəal mövqe tutmur.Mediada yayılan məlumatlarda Belçikanın İsrailə qarşı sanksiyaların qəbulunu əngəlləyən Aİ üzvü ölkələr sırasında göstərildiyi qeyd olunur....

27 May 2026, 17:58

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb 

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı Mingəçevir şəhərində də ənənələrinə uyğun qeyd edilir.AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq heyvanlar kəsilib. 500-dən çox şəhid ailəsinə, qaziyə və 135 aztəminatlı ailəyə qurban payları çatdırılıb.Qurban bayramı münasibətilə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, hər bir ocağa ruzi-bərəkət, əmin-amanlıq arzulanıb....

27 May 2026, 17:42

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib 

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində...

27 May 2026, 17:33

Rəhman Mustafayev Vasili Osmakov ilə görüşüb 

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib."Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Müdafiə Nazirliyində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub", - məlumatda qeyd olunub....

27 May 2026, 17:23

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq 

Azərbaycanın avtomobil yollarında mayın 28-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

27 May 2026, 17:13

Gəncədə restoranda yanğın olub 

Gəncədə yanğın hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır....

27 May 2026, 17:06