Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
Cəmiyyət 27 May 2026, 15:53
390
Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Həmçinin oxuyun
Yunanıstan Azərbaycanla qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa əsaslanan güclü və dinamik tərəfdaşlığı yüksək qiymətləndirir. Enerji sahəsinin ikitərəfli münasibətlərimizin təməl daşı olmasına baxmayaraq, əməkdaşlığımızın davamlı şəkildə ümumi maraq doğuran yeni istiqamətlərdə genişlənməsini görməkdən məmnunam.
Biz beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş prinsipləri, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörməti rəhbər tutaraq əlaqələrimizi daha da dərinləşdirməyə sadiqik. Azərbaycan xalqına davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 28-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
27 May 2026, 17:13
Gəncədə restoranda yanğın olub
Gəncədə yanğın hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.Belə ki, sözügedən ərazidə yerləşən restoranların birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.Yanğın yanğınsöndürənlərin çevikliyi nəticəsində söndürülüb, restoran yanğından mühafizə edilib.Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır....
27 May 2026, 17:06
Azərbaycanın turizm potensialı Çində tanıdılır
Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 6 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə Çin Xalq Respublikasının Sian, Şanxay və Pekin şəhərlərində silsilə tanıtım tədbirləri keçirilir.Bu barədə Citypost.az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, bununla yanaşı, ATB mayın 26-28-də Şanxay şəhərində təşkil olunan “ITB China 2026” beynəlxalq turizm sərgisində AZAL və 10 yerli turizm sənayesi nümayəndəsi ilə birlikdə milli stendlə təmsil olunur.Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən silsilə tədbirlər və “ITB China 2026” sərgisi B2B görüşlər, şəbəkələşmə və yeni əməkdaşlıq imkanlarının yaradılması, eləcə də Azərbaycanın inkişaf edən işgüzar turizm (MICE) potensialının...
27 May 2026, 16:45
Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə Yevlaxda da qurbanlıqlar kəsilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə kəsilən qurbanlıq heyvanların əti şəhid ailələri, imtiyazlı və aztəminatlı şəxslər olmaqla, ümumilikdə 3 minə yaxın ailəyə çatdırılıb.Rayondakı məscidlərdə xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi xatırlanıb.Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər....
27 May 2026, 16:34
Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqrebdə 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, Xorvatiya Parlamentinin üzviləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Xorvatiyada yaşayan azərbaycanlılar, həmçinin media nümayəndələri iştirak ediblər.Tədbirdə əvvəlcə Azərbaycan və Xorvatiyanın Dövlət himnləri səsləndirilib.Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlətin məhz 1918-ci il mayın 28-də Azərbaycanda yaradıldığını, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, çox mühüm və tarixi addımların atıldığını, həmin dövrdə milli parlamentin yaradıldığını, dövlət...
27 May 2026, 16:33
Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir
Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvanların satışı və kəsiminin müvafiq norma və qaydalara uyğun şəkildə təşkili məqsədilə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti dövlət qurumları tərəfindən bütün zəruri tədbirlər görülüb.Agentliyin mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 9 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur. Ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Çadırlardan 7-də həm kəsim, həm satış, 2-də isə yalnız diri...
27 May 2026, 16:26