Bizə yazın

Baku

-°C

USD

-

Ukrayna məhkəməsi Yermakın həbsinə qərar verdi

Dünya 14 May 2026, 10:51

276

Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin mayın 14-də Prezident Volodimir Zelenskinin yaxın çevrəsinə daxil olan, onun keçmiş administrasiya rəhbəri Andriy Yermak barəsində qərar qəbul etdiyi bildirilir.

Citypost.az Ukrayna mediasına istinadən xəbər verir ki, məhkəmə Yermakın həbsi barədə qərar çıxarıb və alternativ qətimkan tədbiri kimi 140 milyon qrivna (təxminən 3,19 milyon ABŞ dolları) məbləğində girov müəyyən edib.

İddialara əsasən, Andriy Yermak Kiyev ətrafında elit yaşayış komplekslərinin tikintisi zamanı çirkli pulların yuyulması ittihamı ilə üzləşib.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İranın xarici işlər naziri İsraillə "sui-qəsd" edən ölkələri təhdid etdi  

İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə "sui-qəsdə girən" dövlətlərin məsuliyyəti barədə xəbərdarlıq edib.Citypost.az xəbər verir ki, Əraqçi X sosial şəbəkədə yazıb: "Böyük İslam millətinə, İran millətinə qarşı düşmənçilik axmaq bir macəradır. Bu halda İsraillə sui-qəsd bağışlanmazdır. İsraillə parçalanma yaratmaq üçün sui-qəsdə girənlər məsuliyyətə cəlb olunacaqlar".Onun sözlərinə görə, "Netanyahu artıq İran təhlükəsizlik xidmətlərinin rəhbərliyimizə uzun müddətdir çatdırdığı məlumatları açıq şəkildə açıqlayıb".Əli...

14 May 2026, 10:59

ABŞ qoşunlarının Almaniyadan Polşaya çıxarılması ilə bağlı danışıqlar başlayıb.

Varşava ABŞ qoşunlarının Almaniyadan mümkün çıxarılması fonunda onların Polşaya yerləşdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlara başlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşa müdafiə nazirinin müavini Pavel Zalevski bildirib. Məlumata görə, o, “Armenpress”ə istinadən TVP World-ə açıqlamasında iki ölkə arasında ikitərəfli danışıqların davam etdiyini qeyd edib.Zalevski bildirib ki, məsələ mayın 11-də ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə müavini Tomas DiNanno ilə görüşdə də müzakirə olunub.Onun sözlərinə görə, Polşa ABŞ hərbçilərinin ölkədə mövcudluğunun genişləndirilməsinə hazırdır və bu istiqamətdə siyasi konsensus mövcuddur. O həmçinin qeyd edib ki, Polşa həm rotasiya əsaslı hərbi iştirakın artırılmasına, həm də bunun...

14 May 2026, 10:55

Moldova MDB ilə bağlı sazişi ləğv etmək niyyətindədir

Moldova Parlamentinin Xarici Siyasət və Avropa İnteqrasiyası Komitəsi Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar əməkdaşlıq üzrə dövlətlərarası fondunun yaradılması haqqında sazişin ləğvi ilə bağlı parlamentə təklif təqdim etməyə hazırlaşır.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşəbbüs Moldova Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülüb. Nazirlik sənədin effektiv olmadığını və Moldova üçün real fayda vermədiyini əsas gətirir.Saziş 2006-cı ildə MDB çərçivəsində mədəniyyət, təhsil, elm, idman, turizm, media və gənclər siyasəti sahələrində birgə layihələrin maliyyələşdirilməsi məqsədilə imzalanmışdı. Rəsmi məlumatlara əsasən, Moldova indiyədək fonda heç bir ödəniş etməyib və bu mexanizm çərçivəsində maliyyə fəaliyyəti həyata keçirilməyib.Nazirlik bildirir ki, ölkə hazırda beynəlxalq əməkdaşlığını daha çox Avropa İttifaqı...

14 May 2026, 10:53

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.

14 May 2026, 10:22

Körfəzdə gərginlik: İrana ani hücum başladı 

Küveyt Fars körfəzində İran gəmisinə hücum edib və dörd İran vətəndaşını saxlayıb.Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat yayıb. Nazirin sözlərinə görə, hadisə beynəlxalq sularda baş verib və Tehran bunu qanunsuz addım kimi qiymətləndirir.Əraqçi məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma apardığını və İranın öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün bütün addımları atacağını bildirib.Hadisə ilə bağlı Küveyt tərəfindən hələlik açıqlama verilməyib....

14 May 2026, 09:15

Rubio: Dünyada Rusiya-Ukrayna münaqişəsini həll edə biləcək yeganə ölkəyik

Ukrayna hələ iyirmi ilini yenidənqurma işlərinə sərf edəcək. Rusiya iqtisadiyyatına dəyən ziyan fövqəladə dərəcədədir.AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio Çinə uçarkən təyyarədə “Fox News”a müsahibəsində deyib. O bildirib ki, ABŞ Prezidenti və onun komandası müharibənin diplomatik şəkildə sona çatmasını təmin etməyə hazırdır.“Ümid edirik ki, yaxın zamanda hər iki tərəf yenidən dialoqa qayıdacaq. Biz isə vasitəçilik etməyə və bu prosesi sona çatdırmağa hazırıq. Düşünürəm ki, hazırda dünyada bunu edə biləcək yeganə ölkə bizik. Əgər başqa bir ölkə də cəhd göstərmək istəyirsə, buyursun. Amma hər iki tərəf bizə bildirir ki, bu rolu səmərəli şəkildə yerinə yetirə biləcək yeganə...

14 May 2026, 08:56