Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev  Mavriki Prezidenti ilə görüşdü

Cəmiyyət 19 May 2026, 14:45

267

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb.

Citypost.az xəbər verir ki, WUF13 tədbirində iştirak etdiyinə görə Mavriki Prezidentinə təşəkkürünü bildirən dövlət başçısı onun səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq baxımından da yaxşı imkan yaratdığını deyib.

Prezident İlham Əliyev siyasi münasibətlərimizin səviyyəsindən məmnunluğunu bildirib.

Mavriki Prezidenti bu tədbirə dəvətə görə dövlət başçısına təşəkkür edib. Daramber Qoxul ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etmək baxımından da səfərinin roluna toxunub.

Bakıya səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət etdiyini deyən Mavriki Prezidenti oradakı şəraitin onda zəngin təəssürat hissi yaratdığını bildirib və ölkəsində də bu cür təcrübənin tətbiqində maraqlı olduğunu vurğulayıb.

ASAN modelinin yaradılması ilə əlaqədar Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, bu xüsusda ölkəmiz Mavrikiyə də dəstək verməyə və təcrübəsini bölüşməyə hazırdır.

Qonaq WUF13 kimi qlobal səviyyəli tədbirin Azərbaycanda keçirilməsinin önəmini vurğulayıb.

Daramber Qoxul Mavrikidən olan tələbələrə verilmiş təhsil təqaüdləri ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, gələcəkdə bunun daha da artırılması imkanlarına baxılmasını xahiş edib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda əməkdaşlığına toxunulub, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların tərəfdaşlığın genişləndirilməsi baxımından rolu vurğulanıb. İqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Konqoda Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb 

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 131 nəfərə çatıb.AZƏRTAC xəbər verir ki, Konqonun səhiyyə nazirinin açıqlamasına əsasən, ümumilikdə, 513 nəfərin virusa yoluxduğu ehtimal olunur.Ebola virusunun sürətlə yayılması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyində ciddi narahatlıq yaradıb. ÜST Konqoda və Uqandada Ebola virusunun yayılması ilə əlaqədar beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus epidemiyanın miqyası və yayılma sürətindən ciddi şəkildə narahat olduğunu bildirib. Qeyd edib ki, vəziyyətlə bağlı tövsiyələrin hazırlanması məqsədilə fövqəladə hallar komitəsinin iclası keçiriləcək. Fövqəladə hallar komitəsinin iclasının gün ərzində baş tutması planlaşdırılır.Təşkilat daha əvvəl yaydığı açıqlamada bildirmişdi ki, Konqoda və Uqandada yayılan Ebola virusu...

19 May 2026, 15:50

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub 

“Uşaq qaynar xətti”nə hansı məsələlərlə bağlı müraciət edildiyi məlum olub.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.Ötən il “Uşaq qaynar xətti”nə 5520 müraciət daxil olub. Daxil olan müraciətlərdən 1606-i (29%) psixoloji, 823-ü (15%) sosial, 808-i (15%) zorakılıq, 730-u (13%) hüquq, 3023-i (5%) təhsil, 56-ı (1%) səhiyyə, 1196-ı (22%) digər məsələlərlə bağlı olub....

19 May 2026, 15:22

“Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb 

Keçən il “Qadın dəstək xətti”nə daxil olan müraciətlərin statistikası açıqlanıb.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda əksini tapıb.Məlumatda bildirilir ki, 2025-ci ildə “Qadın dəstək xətti”nə ümumilikdə 924 müraciət daxil olub. Bu müraciətlərdən 382-i (41,3%) psixoloji, 351-i (38%) fiziki, 59-u (6,4%) cinsi zorakılıq halları, 132-i (14,3%) isə etinasızlıqla bağlı olub....

19 May 2026, 15:20

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.Slovakiya Baş nazirinin müavini dedi ki,...

19 May 2026, 15:05

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, aktiv məşğulluq tədbiri mayın 22-də saat 15:00-da “Lachin Resort & Spa” hotelində keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

19 May 2026, 14:28

Sabah pensiyalar tam ödəniləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

19 May 2026, 13:59