Bizə yazın

Baku

-°C

USD

-

Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək 

Cəmiyyət 19 May 2026, 13:30

354

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir "İngla İnternational ETC", Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunacaq.

Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndənin iştirakı gözlənilir. Hazırda müraciət prosesi davam edir.

Özbəkistandan gələn qonaqlar Azərbaycandakı ali məktəblərdə görüşlər keçirəcək, buradakı təhsil və elmi mühitlə tanış olacaqlar.

Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, millət vəkilləri, elm-təhsil, ictimai-siyasi xadimlər, eləcə də QHT və media nümayəndələri iştirak edəcəklər. Sərgidə, həmçinin, iki mindən çox gəncin iştirak edəcəyi gözlənilir.

Tədbir mayın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək.

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. İkinci sərgi isə bu ilin yanvar ayında keçirilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonunda növbəti əmək yarmarkası təşkil edəcək.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, aktiv məşğulluq tədbiri mayın 22-də saat 15:00-da “Lachin Resort & Spa” hotelində keçiriləcək.Tədbirdə işaxtaran şəxslərə 21 müəssisə tərəfindən informasiya texnologiyaları üzrə mühəndis, rabitə mühəndisi, elektrik-qaz qaynaqçısı, ofisiant, yük avtomobili sürücüsü, qənnadıçı, fəhlə, dəmirçi, gözətçi və s. peşə istiqamətləri üzrə 90-a yaxın vakansiya təqdim ediləcək.Yarmarkaya gələn şəxslərə Agentliyin icra etdiyi aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumatlar veriləcək.Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir....

19 May 2026, 14:28

Sabah pensiyalar tam ödəniləcək 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

19 May 2026, 13:59

İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu qəbul edib.Citypost.az xəbər verir ki, dövlət başçısı Belarusun Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) yüksəksəviyyəli nümayəndə heyəti ilə iştirak etdiyini dedi.Sıx dostluğa əsaslanan Azərbaycan-Belarus münasibətlərinin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bütün sahələr üzrə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Bu xüsusda parlamentlərarası formatın əhəmiyyəti qeyd edilib. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığa toxunan dövlət başçısı birgə layihələrin uğurla icra olunduğunu deyib.Qəbula görə minnətdarlığını bildirən İqor Sergeyenko Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Aleksandr...

19 May 2026, 13:45

Azərbaycanlı yazıçı Bakıdan deport olundu 

Güney azərbaycanlı yazıçı, Azərbaycan Respublikasında da yaxşı tanınan Əli Çağla Bakı Beynəlxalq Hava Limanından ölkəyə buraxılmayıb və İrana deport olunub.Bu barədə Əli Çağla özü məlumat yayıb.O bildirib ki, bu gün Tehrandan saat 11:00 reysi ilə Bakıya uçub. Yalnız Bakıya enəndə yadına düşüb ki, yeni qaydalara əsasən, aeroportda viza almaq proseduru ləğv edilib:“İndi vizalar elektron şəkildə 3-5 gün öncədən alınır. Bakıya - Heydər Əliyev Beynəlxalq Hava Limanına çatdığımda Sərhəd Xidmətinin əməkdaşları vizanın olmadığını bildirib, məni deportasiya sənədi ilə Tehrana geri qaytardılar”.Əli Çağla qeyd edib ki, Bakıya VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvət olunub və festivala görə də Bakıya gəlirmiş.Qeyd...

19 May 2026, 13:27

Şuşa və Trabzon şəhərləri qardaşlaşıb 

Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri qardaşlaşıb.Citypost.az xəbər verir ki, bununla bağlı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Sənədi Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genc imzalayıblar. (Report)

19 May 2026, 13:15

Qobustandakı qəzalı körpünün söküntüsünə başlanılıb 

M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpünün sökülməsi ilə bağlı qərar qəbul olunub.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, hazırda ərazidə yeni körpünün layihələndirilməsi və nəqliyyatın dayanıqlı təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir.Bu müddət ərzində təhlükəsizlik məqsədilə Bakı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb, avtomobillər isə alternativ marşrut üzrə istiqamətləndirilib. Alternativ yol üzrə hərəkətin təhlükəsiz və fasiləsiz təşkili üçün aidiyyəti dövlət qurumları gücləndirilmiş rejimdə fəaliyyət göstərir, əraziyə davamlı nəzarət təmin olunur.Xatırladaq ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım...

19 May 2026, 13:10