Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: WUF13 Azərbaycanın şəhərsalma sahəsində qlobal təqdimatıdır

Siyasət 19 May 2026, 14:05

425

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın keçmişdən gələcəyə doğru atdığı inamlı  addımları 182 ölkədən 45 mindən artıq iştirakçıya təqdim edir

Mayın 17-dən başlayaraq Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edən Azərbaycanın 182 ölkədən 45 mindən artıq qeydiyyatdan keçmiş iştirakçını bir araya gətirməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təqdimatıdır. Mayın 22-dək davam edəcək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu mötəbər beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur. Forumun açılış mərasimində, həmçinin bu nüfuzlu beynəlxalq tədbir çərçivəsində keçirilən Liderlərin Sammitində səsləndirilən fikirlər Azərbaycanın malik olduğu zəngin şəhərsalma təcrübəsinin yüksək səviyyədə dəyərləndirildiyini, bu toplantının uğurlu nəticələrlə yadda qalacağına böyük əminliyin ifadəsi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin  Forumun açılış mərasimindəki çıxışında böyük əminliklə qeyd etdiyi kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Bu mühüm məqam da xüsusi vurğulandı ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq.  182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir.

Son illərdə Azərbaycan və UN-Habitat bir sıra mühüm təşəbbüsləri birgə həyata keçiriblər. Belə ki, 2022-ci ildə  Ağdam şəhərində 1-ci, 2023-cü ildə Zəngilanda 2-ci, 2025-ci ildə isə Xankəndi şəhərində  3-cü Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi.  Bu tədbirlər Azərbaycanın şəhərsalma sahəsində topladığı təcrübənin, tətbiq etdiyi innovativ yanaşmaların və dayanıqlı inkişaf modelinin beynəlxalq müstəvidə təqdimatı baxımından mühüm platformaya çevrilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun və geniş müzakirələrin aparıldığı beynəlxalq platforma rolunu oynayıb. Azərbaycan Milli Şəhərsalma forumlarının uğurlu nəticələri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da yüksək səviyyədə keçirilməsi ilə yanaşı, mühüm nəticələrin əldə ediləcəyinə  böyük əminlik yaratmışdı. Azərbaycanın bu günədək ev sahibliyi etdiyi hər bir mötəbər beynəlxalq tədbirə yüksək təşkilatçılıq səviyyəsində hazırlaşması, gündəmə gətirdiyi mövzuların aktuallığı və günümüzün çağırışları ilə vəhdət təşkil etməsi ilə diqqətdə olub. Ümumiyyətlə, qlobal problemlərin həllinə Azərbaycanın verdiyi töhfələr göz qabağındadır. 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim konfransı bir daha bu reallığı təsdiqlədi ki, qlobal problemlərin həlli beynəlxalq səviyyədə birgə səylərin göstərilməsini, ümumi yanaşmanın ortaya qoyulmasını tələb edir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, ölkəmizin ev sahibliyi etdiyi hər bir beynəlxalq tədbir Azərbaycan haqqında dolğun məlumatların əldə olunmasına geniş imkanlar açır. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası da beynəlxalq əhəmiyyəti ilə diqqətdədir. Prezident İlham Əliyevin çıxışında bildirdiyi kimi, Bakıda keçirdikləri bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlət başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd etdi. Bildirdi ki, Bakı həm qədimlik, həm yenilik, həmçinin tarixi irsin qorunması, həm müasir üslubda şəhərsalmanın inkişafı baxımından aydın şəkildə onu göstərir ki, bizim ulu babalarımızın istedadı olub, tarixi və memarlıq irsimizi qoruyub saxlayırıq. Şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. “Nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. Mən onlardan bəzilərini qeyd edəcəyəm”  söyləyən Prezident İlham Əliyev diqqəti vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan və XIV əsrdə yazıb-yaratmış dahi Azərbaycan şairi Nəsiminin doğulduğu yerə - Şamaxıya yönəldərək burada  743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən birinin olduğunu  vurğuladı. Bununla yanaşı,  bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsindən bəhs etdi.  Dünyanın ən qədim şəhərlərindən biri olan, XII əsrdə yaşayıb-yaratmış digər dahi Azərbaycan şairi Nizami Gəncəvinin vətəni Gəncənin  bu gün Bakı kimi inkişaf etdiyini, tarixi simasını qoruduğunu vurğulayan Prezident İlham Əliyev, həmçinin  Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələrin olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdırdı. Eyni zamanda, bildirdi ki, 30 il ərzində işğal altında qalan Qarabağın tacı Şuşa indi sıfırdan yenidən qurulur və onun zədələnmiş qalası bərpa edilib.

Təbii ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin keçmişi olduğunu təsdiqləyən xeyli sayda faktları sadalaya bilərik. Bu da təkzibolunmaz faktdir ki, Azərbaycanda hər dövrün çağırışlarına uyğun olaraq  qabaqcıl yanaşmaları və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradıllb.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan  dövləti  belə qlobal beynəlxalq  tədbirə ev sahibliyi  etməklə  bir daha şəhərsalmaya, onun inkişafına olan diqqətini, yeniliklərə, təkmilləşməyə verdiyi önəmi  nümayiş etdirir. Prezident İlham Əliyevin  çıxışında qeyd etdiyi kimi,  biz qədim tariximizlə qürur duyuruq. Bütün bunlar bizim, sadəcə, musiqi və şeirimizdə deyil, eyni zamanda, memarlıq abidələrimizdə öz əksini tapmaqdadır. Hazırda  hökumətin qarşısında duran əsas vəzifələrdən birinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki,  bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında oldu. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.

Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyaya  şəhərsalmanın müasir təcrübəsini təqdim edir. Ölkəmizdə səfərdə olan tədbir iştirakçıları bu reallıqları yaxından görmək imkanı qazanıblar. Bu gün azad Qarabağımız və azad Şərqi Zəngəzurumuz   hazırda Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində mərhələ-mərhələ sakinlərinə qovuşur. Onların  yüksək həyat səviyyəsinin təmin edilməsi üçün bu torpaqlarda yaradılan şəraitdən geniş bəhs edən Prezident İlham Əliyev bildirdi ki, yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və  məşğulluğun təmin edilməsi hökumətimizin ən mühüm hədəflərindən biridir.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət yönəltdiyi istiqamətlərdən biri ətraf mühit sahəsində görülən işlər oldu.  Bakıda həyata keçirilən Ağ Şəhər və “Sea Breeze” layihələrindən bəhs edən dövlət başçısı vurğuladı ki,  Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib.  Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü, Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Müasir şəhərsalmanın nümunəsi olan Ağ şəhəri yaratmışıq. Prezident İlham Əliyev  şəhərsalmanın inkişafının digər təzahürü kimi isə “Sea Breeze”i vurğuladı  və qonaqlara sahilyanı zonada yerləşən həmin yerə baş çəkməyi tövsiyə etdi. Bu rəqəmlər də diqqətə çatdırıldı ki, son 20 il ərzində  Bakıda 100 park və ictimai yer, bağlar yaradılıb. Onların 19-u tam yenilənib. İctimai nəqliyyata, mikromobilliyə, metro və elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan və ətraf mühitə uyğun şəhərlər paytaxt və nəinki paytaxt üçün, bütöv konsepsiyanın tərkib hissələri kimi icra olunur.

Bunlar Azərbaycanda şəhərsalma və ətraf mühitin qorunması istiqamətində görülən işlərin az bir hissəsidir. Dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycan bütün sahələrdə zəngin təcrübəsi ilə diqqətdədir. Daim irəliyə baxmağa, əldə edilən uğurlarla kifayətlənməməyə çağırışlar edən Azərbaycan hər günü tarixinə mühüm uğurlar yazmağı hədəfləyir və buna yüksək səviyyədə nail olur. Bu baxımdan Prezident İlham Əliyev  çıxışında tədbir iştirakçılarına  “Mən, həmçinin Bakının bələdçisi kimi danışa bilərəm, lakin düşünürəm ki, sizin üçün onları öz gözünüzlə görsəniz daha yaxşı olar” çağırışını etdi.

Vüqar Rəhimzadə qeyd edib ki, Forum çərçivəsində Prezident İlham Əliyevin  bu və ya digər ölkələrin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşləri də Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatıdır. Həmin görüşlərdə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimində və Forum çərçivəsində keçirilən Liderlər Sammitindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yüksək qiymətləndirildi. Bu məqam da xüsusi vurğulandı ki, Bakı elə bir məkana çevrilib ki, burada hər kəs gələcəkdən bəhs edir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elxan Şahinoğlu: Rusiya-Çin münasibətləri getdikcə birtərəfli xarakter alır

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri başlayıb. Kreml sahibi səfərdən bir gün əvvəl videomüraciət formasında açıqlama verərək iki ölkə arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib. Putinin Pekinə səfəri ABŞ Prezidenti Donald Trampın Çinə səfərindən bir neçə gün sonraya təsadüf etdiyinə görə, Rusiya Prezidenti açıqlamasında zəruri əlavəsini də unutmayıb: “Rusiya-Çin dostluq münasibətləri hər hansı bir ölkəyə qarşı yönəlməyib”. Rusiya Prezidenti, iki ölkə arasında iqtisadi əməkdaşlığı ön plana çəkərək ikitərəfli ticarət dövriyyəsinin 200 milyard dolları keçdyini və hesablaşmaların rubl və yuanla həyata keçirildiyini xatırladıb. Vladimir Putin iki ölkə arasındakı əlaqələrin qarşılıqlı anlaşma və etimada, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla bir-birinin əsas...

19 May 2026, 11:44

Vüsal Məmmədov: İran böhranı artıq normaya çevrilir

Vüsal Məmmədov beynəlxalq siyasi proseslər və Yaxın Şərqdə gərginliklə bağlı sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan zərbələrin Qətər və BƏƏ rəhbərlərinin xahişi ilə təxirə salındığı barədə açıqlamaları müharibə və hərbi əməliyyatların həssaslığını bir daha gündəmə gətirir. O qeyd edib ki, hərbi qərarlar “mən ölüm – sən öl” məntiqi ilə deyil, daha geniş geosiyasi və diplomatik amillərlə qiymətləndirilir.Vüsal Məmmədov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putinin də oxşar şəkildə qoşunların Kiyev ətrafından geri çəkilməsi ilə bağlı əvvəlki bəyanatları olmuşdu.Jurnalist Körfəz regionu ölkələrinin İrana qarşı hərbi əməliyyatlara ehtiyatlı yanaşdığını, bunun səbəbinin isə mümkün...

19 May 2026, 11:18

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın artan beynəlxalq nüfuzunu göstərir

Mayın 18-də Bakıda BMT-nin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi təntənəli şəkildə keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu mühüm beynəlxalq tədbirdə iştirak etdilər.Belə bir forumun məhz Azərbaycanda keçirilməsi dərin mənaya malikdir. Son illərdə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən geniş miqyaslı quruculuq layihələri və şəhərsalma sahəsindəki müasir yanaşmalar Azərbaycanın artıq yalnız regional deyil, qlobal miqyasda da etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını açıq şəkildə nümayiş etdirir.Müasir dünya sürətlə dəyişməkdədir. Urbanizasiya prosesləri, iqlim dəyişiklikləri, əhali artımı, miqrasiya axınları və yeni iqtisadi çağırışlar şəhər inkişafına tamamilə...

19 May 2026, 09:31

Sabiq nazir ermənilərin yazdığı şərhlərə cavab verdi

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında Ermənistan tərəfdən ünvanlanan şərhlərə cavab olaraq geniş açıqlama yayıb.Citypost.az xəbər verir ki, O, erməni şərhçilərdən birinə cavabında bildirib:“Artur Osipyan “Mənə elə gəlir ki, siz müzakirənin mövzusunu dəyişmək istəyirsiniz.Əgər mənim süni intellektə istinad edən ilkin paylaşımıma baxsanız, aydın görünür ki, mən oxucuların diqqətini 1920–1989-cu illər ərzində Azərbaycan SSR və Ermənistan SSR arasında inzibati sərhədlərin dəyişmə dinamikasına yönəltmək istəyirəm. Çünki sərhədlərin müəyyənləşdirilməsi üçün əsas kimi Alma-Ata Bəyannaməsi təklif olunur (orada “mövcud sərhədlər”dən bəhs edilir).Bizim aramızda isə 1989-cu ildən sonra de-fakto və de-yure sərhədlər mövcud olmayıb. Çünki Ermənistan parlamenti müstəqillik bəyannaməsi və Konstitusiyaya...

18 May 2026, 10:33

Yusuf Tekinay: İlham Əliyevin bu çağırışı həm də gənc nəsilin qarşısında mühüm vəzifələr qoyur  

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır” fikrini səsləndirmişdi. Bu dəfə isə Türkistanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev bəyan edib ki, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Bu çağırış türk dünyasında geniş əks-səda doğurub.Öz növbəsində mövzu ilə bağlı Citypost.az-a açıqlama verən Şimali Kiprdə fəaliyyət göstərən Gənc İş İnsanları Dərnəyinin (GİAD) sədri Yusuf Tekinay öncə onu deyib ki, cənab Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” ifadəsi çox güclü və dərin məna daşıyan mesajdır: “Çünki “ailə” anlayışı yalnız siyasi yaxınlığı deyil, eyni...

18 May 2026, 09:28

Tural İrfan: ABŞ özünü supergüc hesab edir, lakin...

Lütf içində qəhr, qəhr içində lütf əta etmək ilahi hikmətdəndir. Dini inanca görə ilkin mənada yağış rəhmətdir. Lakin bəzən bu rəhmətin içində lənət də gələ bilir. Necə ki, Nuh tufanı da rəhmət adlandırdığımız yağışla başladı. Yaxud xəbərdarlıq, ibrət, ilahi mesaj təbiət hadisələri vasitəsilə əyan olub bəyan edilir.İnsan bəzən hər şeyə qadir olduğunu düşünür, eqosu yerə - göyə sığmır. Amma evini sel basanda çarəsizcə boynunu bükür. Bu, ilahi mesajdır. Nüvə bombası atmadan, silah işlətmədən Yerin sahibi suyun miqdarını bir azca artırır.ABŞ özünü supergüc hesab edir. Lakin tsunamilər, zəlzələlər qarşısında Fələstin körpələrindən daha aciz duruma düşür. Lut qövmü dövrünün bütün nailiyyətlərinə sahib...

18 May 2026, 08:12