Ceyhun Bayramov Sohail Mahmud ilə görüşdü
Cəmiyyət 20 May 2026, 16:45
313
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi Sohail Mahmud ilə görüşüb.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Baş katib iştirakçısı olduğu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF-13) yüksək səviyyədə təşkilinə və bu çərçivədə faydalı müzakirələrə görə təşəkkür edib.
Görüş zamanı Azərbaycan ilə D-8 arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və logistika sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Azərbaycanın D-8 üzvlüyünə qəbul edilməsindən sonra keçən qısa müddət ərzində təşkilat daxilində apardığı aktiv fəaliyyət yüksək qiymətləndirilib, 2025-ci ilin oktyabr ayında Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsinin təşkili, bu çərçivədə D-8 Enerji və İqlim Mərkəzi, D-8 Media Mükəmməllik Mərkəzi və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin Azərbaycanda yaradılması ilə bağlı atılan əməli addımlar məmnunluqla xatırlanıb. Bu istiqamətdə görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
Ümumilikdə, siyasi və iqtisadi cəhətdən mühüm ölkələri, 1,3 milyarda yaxın əhalini və 5 trilyon ÜDM-i birləşdirən D-8-nin nüfuzunun daha da artırılması istoqamətində birgə səylərin vacibliyi vurğulanıb.
Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçirilib, Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin möhkəmləndirilməsi, sabitliyin təmin olunmasının vacibliyi qeyd edilib.
Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi...
20 May 2026, 18:20
Ceyhun Bayramov Olaf Skuqunla görüşdü
Mayın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi...
20 May 2026, 17:58
Dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib
Bu ilin yanvar-aprel aylarında DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri olan 162 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir....
20 May 2026, 17:50
Zakir Həsənov və müavinləri "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.Citypost.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və...
20 May 2026, 17:40
WUF13-ə onlayn qeydiyyat uzadıldı
WUF13-ə onlayn qeydiyyat bərpa edilib.Modern.az xəbər verir ki, buna səbəb çoxsaylı müraciətlərdir.Tədbirə getməzdən öncə onlayn qeydiyyatdan keçmək tövsiyə olunur.Qeydiyyat üçün: events.unhabitat.org
20 May 2026, 17:18
Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri ETU komitələrinə təyin edilib
Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər.Bu barədə Citypost.az-a ATF-dən məlumat verilib.Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-nin mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.
20 May 2026, 17:00