Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verdi

Cəmiyyət 20 May 2026, 13:43

332

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib.

Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanında dəyişiklik edib.

Fərmana əsasən, Dövlət Xidməti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla göstərdiyi xidmətlər üçün yeni tarifləri təsdiq edəcək. Bu müddətdə Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.

Eyni zamanda, bu səlahiyyət Tarif (qiymət) Şurasından alınaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə verilib.

Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mikayıl Cabbarov omanlı nazir ilə görüşdü

Azərbaycan və Oman Sultanlığı arasında iitərəfli iqtisadi münasibətlər müzakirə olunub.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.Məlumata görə, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Oman Sultanlığının mənzil inşaatı və şəhərsalma naziri Dr. Xəlfan Əl-Şuaili ilə görüş keçirilib."İkitərəfli iqtisadi münasibətlərin cari vəziyyəti, biznes əlaqələrinin şaxələndirilməsi imkanlarından istifadə, ticarət, investisiya və infrastruktur sahələrində qarşılıqlı fəaliyyətin təşviqi, potensial layihələrdə iştirak barədə fikirlərimizi bölüşdük", - deyə M. Cabbarov bildirib.....

20 May 2026, 14:55

Ölkə üzrə mayın pensiya ödənişləri yekunlaşdırılıb 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb.Bu barədə Citypost.az-a Nazirlikdən məlumat verilib.Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

20 May 2026, 14:47

ADY əməkdaşları gürcüstanlı həmkarlarına təlim keçir 

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin (GDY) əməkdaşlarına təlim keçir.Bu barədə Citypost.az ADY-dən məlumat verilib.Məlumata görə, praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünəcək.Onu da qeyd edək ki, Gürcüstan Dəmir...

20 May 2026, 14:41

Yasamalın icra başçısı növbəti dəfə sakinlərlə görüşdü 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib.Citypost.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna...

20 May 2026, 14:25

120 müharibə veteranı üçün kiçik bizneslər qurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.Özünüməşğulluq proqramına cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir....

20 May 2026, 14:20

Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb 

Bu ilin yanvar–aprel aylarında ictimai nəqliyyatda sərnişin axınında artım qeydə alınıb.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.Metrodan istifadə edən sərnişinlərin sayı isə 0,9% artaraq 74 milyon 18,3 min nəfərə çatıb.Taksi xidmətlərindən istiafdə edən sərnişinlərin sayı 26 milyon 993,8 min təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 3,3% artaraq 1 milyon 218,9 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 20,8% artaraq 3 milyon 597,9 min nəfərə yüksəlib....

20 May 2026, 14:16