Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Bayramov Olaf Skuqunla görüşdü

Cəmiyyət 20 May 2026, 17:58

315

Mayın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial diqqətə çatdırılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlar barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Olaf Skuq öz növbəsində işğaldan azad edilmiş ərazilərə səfər təəssüratları ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib 

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gedib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Sankt-Peterburq şəhərinin “Pulkovo 3” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi...

20 May 2026, 18:20

Dörd ayda DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib 

Bu ilin yanvar-aprel aylarında DOST mərkəzlərində 335 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,2 faiz olub.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri olan 162 xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir....

20 May 2026, 17:50

Zakir Həsənov və müavinləri "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.Citypost.azxəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.​Səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və...

20 May 2026, 17:40

WUF13-ə onlayn qeydiyyat uzadıldı 

WUF13-ə onlayn qeydiyyat bərpa edilib.Modern.az xəbər verir ki, buna səbəb çoxsaylı müraciətlərdir.Tədbirə getməzdən öncə onlayn qeydiyyatdan keçmək tövsiyə olunur.Qeydiyyat üçün: events.unhabitat.org

20 May 2026, 17:18

Azərbaycan Taekvondo Federasiyasının rəsmiləri ETU komitələrinə təyin edilib 

Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəsmiləri beynəlxalq qurumun komitələrinə seçiliblər.Bu barədə Citypost.az-a ATF-dən məlumat verilib.Avropa Taekvondo Birliyinin (ETU) prezidenti Sakis Praqalos tərəfindən Azərbaycan Taekvondo Federasiyasının baş katibi Aygül Abdullayeva Hakimlər Komitəsinin üzvü, ATF-nin mətbuat katibi Aysel Sultanova isə Media Komitəsinin vitse-sədri (Vice-Chair) təyin olunub.Təyinatlar ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə olacaq.

20 May 2026, 17:00

Əli Əsədov Tacikistanın Baş nazirinin müavini ilə görüşüb 

Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, bu prosesdə dövlət başçılarının siyasi iradəsinin mühüm rolu qeyd edilib.Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-tranzit və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan Hökumətlərarası Komissiyanın sabah Bakıda keçiriləcək 8-ci iclasının əhəmiyyəti vurğulanıb....

20 May 2026, 16:54