İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi
Cəmiyyət 20 May 2026, 13:39
384
Azərbaycan Prezidenti İlham Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Citypost.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə aşağıdakı şəxslər təltif ediliblər:
Bayramov Elnur Üzeyir oğlu
Bayramov Rasim Əhməd oğlu
Əzizov Əziz Məhəmməd oğlu
Həsənov Ramiz Qaroğlan oğlu
Həmçinin oxuyun
Qurbanov Azər Tengiz oğlu
Musayeva Şəhla Ziyəddin qızı
Osmanov Çingiz Məsim oğlu
Şirinov Namiq Paşa oğlu
Şirinova Mehriban Ramiz qızı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yasamalın icra başçısı növbəti dəfə sakinlərlə görüşdü
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün may ayı üzrə növbəti səyyar qəbul keçirilib.Citypost.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə görüşü rayondakı 31 nömrəli tam orta məktəbin akt zalında baş tutdu. Tədbirdə həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də iştirak ediblər. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı məlumat verməyi xahiş edib. Öncə söz alan Yasamal rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna...
20 May 2026, 14:25
120 müharibə veteranı üçün kiçik bizneslər qurulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı çərçivəsində bu il daha 120 nəfər müharibə veteranını biznes planlarına uyğun aktivlərlə təmin edib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı sahələri üzrə kiçik ailə bizneslərini yaradıblar.Özünüməşğulluq proqramına cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra onlara seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə mal və materiallar formasında aktivlər verilir....
20 May 2026, 14:20
Avtobusdan istifadə edən sərnişinlərin sayı artıb
Bu ilin yanvar–aprel aylarında ictimai nəqliyyatda sərnişin axınında artım qeydə alınıb.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.Metrodan istifadə edən sərnişinlərin sayı isə 0,9% artaraq 74 milyon 18,3 min nəfərə çatıb.Taksi xidmətlərindən istiafdə edən sərnişinlərin sayı 26 milyon 993,8 min təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 3,3% artaraq 1 milyon 218,9 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 20,8% artaraq 3 milyon 597,9 min nəfərə yüksəlib....
20 May 2026, 14:16
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib
Energetika naziri Pərviz Şahbazovla inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Baş katibi Sohail Mahmud arasında görüş keçirilib.Citypost.az xəbər verir ki, bu barədə nazirin "X" hesabında paylaşım edilib.Görüş zamanı enerji sahəsində əməkdaşlığın inkişafı, Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması, eləcə də Bakı Enerji Həftəsi çərçivəsində D-8 ölkələrinin enerji nazirlərinin ilk iclasının təşkili məsələləri müzakirə olunub.
20 May 2026, 13:56
Putin və Cinpin birgə bəyanat imzaladılar
Pekindəki Xalq Nümayəndələri Sarayındə Rusiya–Çin birgə sənədlərinin rəsmi imzalanma mərasimi keçirilib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin, xüsusilə, iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsi, mehriban qonşuluq, dostluq və əməkdaşlığın dərinləşdirilməsi barədə bəyanat imzalayıblar.Vladimir Putin və Si Cinpin arasında Çində keçirilən səfər çərçivəsində əməkdaşlıq sənədləri ilə bağlı açıqlamalar verilib.Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, imzalanan sənəd proqram xarakteri daşıyır və orada Rusiya–Çin ikitərəfli münasibətlərinin inkişafının əsas istiqamətləri, eləcə də beynəlxalq gündəlik üzrə ümumi baxış müəyyən edilir.Bundan əlavə, Vladimir Putin və Si Cinpin çoxqütblü dünya nizamının formalaşmasına dair bəyannamə...
20 May 2026, 13:45
İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verdi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə yeni səlahiyyət verilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsinin təkmilləşdirilməsi və "Feldyeger rabitəsi haqqında" qanunun tətbiq edilməsi barədə" fərmanında dəyişiklik edib.Fərmana əsasən, Dövlət Xidməti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla göstərdiyi xidmətlər üçün yeni tarifləri təsdiq edəcək. Bu müddətdə Dövlət Xidmətinin göstərdiyi xidmətlər üçün mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.Eyni zamanda, bu səlahiyyət Tarif (qiymət) Şurasından alınaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə verilib.Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiqləyib Azərbaycan Prezidentinə məlumat verməlidir....
20 May 2026, 13:43