Bizə yazın

Baku

-°C

USD

-

Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib 

Cəmiyyət 21 May 2026, 11:00

300

Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.

Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.

O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:

“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa təsir göstərir”.

Muxtar Babayev vurğulayıb ki, dayanıqlı təcrübələrin tətbiqi dayanıqlılıq anlayışını nəzəriyyədən praktiki fəaliyyətə çevirir, resurslardan daha səmərəli istifadəni təmin edir və hesabatlılığı artırır.

O həmçinin Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanmasını mühüm addım kimi qiymətləndirib:

“Dayanıqlı inkişaf yalnız strategiya və bəyanatlarla məhdudlaşmamalı, planlaşdırma proseslərinə və gündəlik institusional fəaliyyətə inteqrasiya edilməlidir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər 

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndiriliblər.Citypost.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün bununla bağlı tədbir keçirilib.Tədbirdə keçmiş məcburi köçkünlərə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan müddətləri barədə məlumat verilib. Bildirilib ki, daimi yaşayış yerinə qayıdan şəxslər üçün müavinətin ödənilməsi üç illik müddət başa çatdıqdan sonra dayandırılır.Görüşdə, həmçinin mina təhlükəsinə dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində...

21 May 2026, 11:26

Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir 

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır.İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlərQəbul imtahanında 2 və ya...

21 May 2026, 11:05

13 mindən çox şəxs proaktiv qaydada yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb.Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.

21 May 2026, 10:53

Müşfiq Abbasov: “Gücünüz çatmayan telefonu almayın!”

Tanınmış hüquqşünas, sabiq müstəntiq sosial şəbəkədə etdiyi paylaşımda vətəndaşların kredit borcları ilə bağlı üzləşdiyi problemlərdən danışıb.Citypost.az xəbər verir ki, hüquqşünas bildirib ki, son iki ay ərzində “TikTok” platformasında hər gün canlı yayım açaraq insanların hüquqi problemlərinin həllinə kömək etməyə çalışır. Hüquqşünasın sözlərinə görə, müraciət edən şəxslərin əksəriyyəti bahalı telefonların kreditlə alınması səbəbindən ciddi maliyyə çətinlikləri yaşayır.Müşfiq Abbasov qeyd edib ki, aylıq gəliri aşağı olan bəzi şəxslər dəyəri minlərlə manat olan telefonları kreditlə əldə edir, lakin sonradan ödənişləri edə bilmədikləri üçün məhkəmə çəkişmələri və icra problemləri ilə üz-üzə qalırlar.“Adam bir bahalı telefonun cənginə keçir. Pulunu ödəməyə gücün çatmayan telefona görə niyə...

21 May 2026, 10:38

FHN əməkdaşları Türkiyə-Azərbaycan-Gürcüstan SAR təlimində iştirak edib 

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan SAR Təlimi-2026” təlimində iştirak edib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, təlimin əsas məqsədi dost ölkələrin axtarış-xilasetmə bölmələri və şəxsi heyəti arasında birgə işləmək vərdişlərini artırmaq, qarşılıqlı təcrübə mübadiləsini təşkil etmək və axtarış-xilasetmə sahəsində ən müasir yanaşmalarla tanışlıq olub.Təlim zamanı şərti olaraq zəlzələ baş vermiş ərazidə dağıntılar altında qalmış “zərərçəkmişlərin” axtarışı və xilasetmə işlərinin təşkili əməliyyatı yerinə yetirilib.Uğurla keçən təlimin sonunda FHN-in xilasedicilərinə təşkilatçılar tərəfindən müvafiq sertifikatlar təqdim olunub....

21 May 2026, 10:25

Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənddə texnologiyaya əsaslanan icmalar formalaşdırılır 

Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir.APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində keçirilən “Böhrandan sonra bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı tədbirdəki çıxışında deyib.Emin Hüseynov deyib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər sıfırdan yenidən qurulur: "Bu proses uzunmüddətli davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Yanaşmamız bir əsas prinsipə söykənir: mənzil ilk yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və etibar hissini qaytarır.Ailələr təhlükəsiz evlərə qayıtdıqda məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını...

21 May 2026, 10:07