Bizə yazın

Baku

-°C

USD

-

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər 

Cəmiyyət 21 May 2026, 11:26

344

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndiriliblər.

Citypost.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün bununla bağlı tədbir keçirilib.

Tədbirdə keçmiş məcburi köçkünlərə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan müddətləri barədə məlumat verilib. Bildirilib ki, daimi yaşayış yerinə qayıdan şəxslər üçün müavinətin ödənilməsi üç illik müddət başa çatdıqdan sonra dayandırılır.

Görüşdə, həmçinin mina təhlükəsinə dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.

Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində məcburi köçkünlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir, məlumat kitabçaları və broşürlər təqdim olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib 

WUF13 çərçivəsində "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib.APA xəbər verir ki, lüğət “Şəhər planlaşdırması və lahiyələndirmə”, “Urbanizasiya və məskunlaşma nümunələri”, “Mənzil və torpaq fondu”, “İqlim və Ətraf Mühit”, “Yaşıl və mavi infrastruktur, “Mobillik və nəqliyyat”, “İnklüziv və davamlı Şəhərlər”, “Ağıllı Şəhərlər”, “İdarəetmə, siyasət və maliyyə” mövzularını və “BMT Çərçivələri”ni əhatə edir.Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə deyib ki, bu kitabın əsas auditoriyası vətəndaşlardır: “Yəni hər hansı mövzu ilə maraqlanan insanlar bu kitaba baxaraq deyə bilərlər ki, bunlar şəhər mühiti ilə bağlı tətbiq olunan terminlərdir. Biz anlayırıq ki, bu kitab insanlara qanunların daha yaxşı olması üçün təşəbbüs göstərməyə və şəhər mərkəzlərində...

21 May 2026, 12:00

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır 

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.Qeyd edilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər."Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının...

21 May 2026, 11:43

Magistraturaya qəbul imtahanında təkrar iştirak üçün qeydiyyat elan edilir 

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak üçün qeydiyyat elan edilir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bakalavrların ərizə qəbulu 23 may saat 23:59-dək internet vasitəsilə aparılır.İmtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək. Bu imtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlərQəbul imtahanında 2 və ya...

21 May 2026, 11:05

Muxtar Babayev: Azərbaycan beynəlxalq iqlim əməkdaşlığına sadiqliyini nümayiş etdirib 

Bakıda COP29-un uğurla keçirilməsi Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına və praktiki iqlim fəaliyyətinə sadiqliyini bir daha nümayiş etdirib.APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən WUF13 çərçivəsində təşkil edilən "Azərbaycanın ilk milli davamlılıq standartının hazırlanması: Davamlı Təcrübələr Standartı (SPS)" tədbirində çıxışı zamanı deyib.Muxtar Babayev tədbirində çıxışı zamanı hazırda şəhərlərin iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.O qeyd edib ki, iqlim dəyişikliyi nəticəsində şəhərlər daşqınlar, isti hava dalğaları, quraqlıqlar, qasırğalar və infrastruktur problemləri ilə daha çox qarşılaşır:“Bu çağırışlar artıq gələcəyin deyil, bu günün reallığıdır. Dünya miqyasında iqtisadiyyata, ictimai sağlamlığa və milyonlarla insanın gündəlik həyatına birbaşa...

21 May 2026, 11:00

13 mindən çox şəxs proaktiv qaydada yaşa görə əmək pensiyasına çıxıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 13 348 şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) məlumat yayıb.Məlumata görə, onların 60,5 %-ni kişilər, 39,5 %-ni isə qadınlar təşkil edib.

21 May 2026, 10:53

Müşfiq Abbasov: “Gücünüz çatmayan telefonu almayın!”

Tanınmış hüquqşünas, sabiq müstəntiq sosial şəbəkədə etdiyi paylaşımda vətəndaşların kredit borcları ilə bağlı üzləşdiyi problemlərdən danışıb.Citypost.az xəbər verir ki, hüquqşünas bildirib ki, son iki ay ərzində “TikTok” platformasında hər gün canlı yayım açaraq insanların hüquqi problemlərinin həllinə kömək etməyə çalışır. Hüquqşünasın sözlərinə görə, müraciət edən şəxslərin əksəriyyəti bahalı telefonların kreditlə alınması səbəbindən ciddi maliyyə çətinlikləri yaşayır.Müşfiq Abbasov qeyd edib ki, aylıq gəliri aşağı olan bəzi şəxslər dəyəri minlərlə manat olan telefonları kreditlə əldə edir, lakin sonradan ödənişləri edə bilmədikləri üçün məhkəmə çəkişmələri və icra problemləri ilə üz-üzə qalırlar.“Adam bir bahalı telefonun cənginə keçir. Pulunu ödəməyə gücün çatmayan telefona görə niyə...

21 May 2026, 10:38