Bizə yazın

Baku

-°C

USD

-

Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub  

Dünya 21 May 2026, 11:36

322

Ermənistan Respublikası müdafiə nazirinin müavini Arman Sarkisyan Niderland Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marike Monroy-Vinteri və yeni təyin olunmuş müdafiə işləri üzrə attaşe, leytenant-polkovnik Aalert Gerald Haiubrechtsi qəbul edib.

Citypost.az erməni KİV-lərinə istinadən xəbər verir ki, nazir müavini Müdafiə Attaşesini təyinatı münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Görüşdə Ermənistan və Niderland arasında müdafiə sahəsində və NATO və Aİ ilə çoxtərəfli formatda ikitərəfli əməkdaşlığın prosesi və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsrail HƏMAS üzvləri üçün gizli “ov qrupu” yaradıb 

İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunda iştirak edən şəxslərin axtarışı və zərərsizləşdirilməsi üçün xüsusi gizli qrup yaradıb.Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.Məlumata görə, “NILI” adlanan xüsusi struktur HƏMAS-ın İsrailə hücumunda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və izlənilməsi ilə məşğuldur.Qrup üz tanıma texnologiyaları, telefon məlumatlarının izlənməsi, video görüntülər və agentura kəşfiyyatından istifadə edir.Bildirilir ki, əməliyyatların hədəfində yalnız HƏMAS komandirləri deyil, hücum və girov götürülməsi hadisələrində iştirak etmiş aşağı səviyyəli üzvlər də var.“The Wall Street Journal” yazır ki, əməliyyatlar təkcə Qəzza zolağında deyil, Livan və İran da daxil olmaqla digər ərazilərdə də həyata keçirilir.Qeyd edək ki,...

21 May 2026, 11:51

Avropa ölkələri İsrailin milli təhlükəsizlik nazirinə sərt cəza tələb edir

Bir sıra Avropa ölkələri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin davranışlarına etiraz edərək onun sanksiyaya məruz qalmasını tələb ediblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, etirazlara səbəb Qəzzaya yardım aparan “Sumud” donanmasında saxlanılan fəallarla bağlı yayılan video olub.Görüntülərdə İsrail təhlükəsizlik qüvvələrinin fəallara qarşı sərt davranışı əks olunur, arxa planda isə İsrail dövlət himninin səsləndiyi bildirilir. Nazir İtamar Ben-Qvir isə saxlanılan şəxsləri “terrorizm tərəfdarları” adlandırıb.Hadisə ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyi İsrailə etiraz notası göndərib, beynəlxalq humanitar hüquqa riayət olunmasını və yunan vətəndaşlarının dərhal azad edilməsini tələb edib.İspaniya Baş naziri Pedro Sançez Aİ səviyyəsində sanksiyaların tətbiqini təklif edib, Polşa xarici işlər...

21 May 2026, 11:31

Almaniya kansleri Ukraynanı Aİ-nin "assosiativ üzvü" etməyi təklif edir

Almaniya kansleri Fridrix Merts Ukraynanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı yeni təklif irəli sürüb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Merts Ukraynanın səsvermə hüququ olmadan Aİ-nin “assosiativ üzvü” statusu almasını təklif edib. Plan ötən ay ilk dəfə Aİ tərəfdaşlarına təqdim olunub.Təklifə görə, Ukrayna lideri Aİ sammitlərində iştirak edə biləcək, lakin səsvermə hüququna malik olmayacaq. Eyni zamanda, Kiyevin Avropa Komissiyasının rəhbər strukturlarında nümayəndə ilə təmsil olunması nəzərdə tutulur.Məktubda həmçinin qeyd olunur ki, Aİ-nin qarşılıqlı yardım maddəsi Ukraynaya şamil edilə bilər və ölkə Avropa İttifaqı büdcəsindən müəyyən maliyyə vəsaiti ala bilər.ƏliMerts vurğulayıb ki, mövcud siyasi və hüquqi maneələr fonunda Ukraynanın tam...

21 May 2026, 11:29

İranda "terror təşkilatına üzvlük" ittihamı ilə iki nəfər edam edilib

İranın Tasnim  xəbər agentliyinin məlumatına görə, ölkədə iki nəfər edam edilib.Citypost.az agentliyə istinadən xəbər verir ki, məlumata əsasən, Ramin Zaleh və Kərim Marufpour “ölkənin təhlükəsizliyini pozmaq üçün qrup yaratmaq və terror təşkilatına üzv olmaq” ittihamı ilə edam olunublar.Hadisə ilə bağlı əlavə məlumat verilməyib.Yusif

21 May 2026, 11:27

Tramp lideri ittiham etdikdən sonra Kubaya təyyarədaşıyan zərbə qrupu göndərir  

ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən təyyarədaşıyan gəmisi USS Nimitz-in rəhbərlik etdiyi zərbə qrupu Karib dənizinə daxil olub. Citypost.az ABŞ KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat verib. Təyyarədaşıyan gəmiyə Carrier Air Wing 17, USS Gridley esminesi və yanacaqdoldurma tankeri USNS Patuxent müşayiət edib. Komandanlıq bu qüvvələrin "döyüş qabiliyyətinin zirvəsini, misilsiz məsafəni və strateji üstünlüyü" təcəssüm etdirdiyini vurğulayıb. Bəyanatda deyilir: "USS Nimitz, Tayvan boğazından Fars körfəzinə qədər sabitliyin qorunmasında və demokratik dəyərlərin qorunmasında əsas rol oynayaraq, dünyada döyüş potensialını bir daha təsdiqləyib".ABŞ Cənub Komandanlığının bəyanatı Donald Tramp administrasiyası tərəfindən Kubanın keçmiş...

21 May 2026, 11:10

Ukraynanın Rusiyanın Sızran şəhərinə dron zərbələri nəticəsində iki nəfər ölüb 

Ukraynanın Rusiyanın Samara vilayətinin Sızran şəhərinə dron zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.Rusiya mətbuatının məlumatına görə, bu barədə vilayətinin qubernatoru Vyaçeslav Fedorişev bildirib.Regional əməliyyat qrupunun məlumatına görə, Belqorod vilayətindəki Şebekino da gecə hücumuna məruz qalıb, üç nəfər yaralanıb.Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində hava hücumundan müdafiə qüvvələrinin Rostov, Samara və Saratov vilayətləri, Kalmık Respublikası və Xəzər dənizi üzərində 121 Ukrayna dronunun vurulduğu barədə məlumat yayıb. (APA)...

21 May 2026, 09:56