Bizə yazın

Baku

-°C

USD

-

“Uşağı mənə göstərmirlər, aliment ödəməyə bilərəm?” – Qanun nə deyir?  

Hüquq 21 May 2026, 10:22

354

Boşanmadan sonra valideynlər arasında ən çox yaranan problemlərdən biri də uşaqlarla görüş və aliment məsələsidir. Bəzi hallarda atalardan biri bildirir ki, qarşı tərəf uşağı göstərmir və buna görə aliment ödəməkdən imtina edir. Lakin hüquqşünaslar xəbərdarlıq edirlər ki, bu iki məsələ qanun qarşısında bir-birindən tam fərqli hüquqi öhdəliklər hesab olunur.

Citypost.az xəbər verir ki, kütəxəssislərin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı məsuliyyət birbaşa aliment ödəməli olan şəxsin üzərindədir və uşağın göstərilib-göstərilməməsi bu öhdəliyi aradan qaldırmır.

Hüquqşünaslar bildirirlər ki, uşaqla görüş məsələsi ayrıca məhkəmə qətnaməsi ilə tənzimlənir. Əgər məhkəmə qərarında uşağın ata ilə görüş hüququ müəyyən edilibsə, həmin qərarın icrasına cavabdeh şəxs uşağın yanında yaşayan tərəf – əksər hallarda ana olur.

Bu səbəbdən qarşı tərəf uşağın görüşünə mane olursa, valideyn aliment ödəməkdən imtina etməməli, məsələ ilə bağlı icra məmuruna müraciət etməlidir.

Mütəxəssislərin sözlərinə görə, icra məmuru məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün tədbirlər görə və uşağın digər valideynlə görüşdürülməsini tələb edə bilər.

Lakin alimentin qəsdən ödənilməməsi əlavə hüquqi məsuliyyət yaradır. Hüquqşünaslar bildirirlər ki, aliment öhdəliyindən yayınan şəxslə bağlı məcburi icra tədbirləri tətbiq oluna bilər.

Qanunvericiliyə əsasən, alimentin ödənilməməsinə görə inzibati məsuliyyət də nəzərdə tutulur. Bu hallarda şəxs barəsində inzibati protokol tərtib edilə və müəyyən müddətə inzibati həbs qərarı verilə bilər.

Mütəxəssislər vurğulayırlar ki, valideynlər şəxsi münasibətlərdəki problemləri uşağın hüquqları ilə qarışdırmamalıdır. Çünki aliment birbaşa uşağın saxlanılması və təminatı üçün nəzərdə tutulur.

Hüquqşünaslar belə hallarda emosional qərarlar vermək əvəzinə hüquqi yolla müraciət etməyi və məhkəmə qərarlarının icrasını qanuni qaydada tələb etməyi tövsiyə edirlər.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Boşanma zamanı qadın hansı halda evdən pay ala bilər?  

Boşanma zamanı ən çox mübahisə yaradan məsələlərdən biri də ev və digər əmlak bölgüsüdür. Bir çox insan düşünür ki, nikahdan sonra istifadə olunan hər bir əmlak avtomatik olaraq hər iki tərəfə məxsus sayılır. Lakin qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, nikah dövründə əldə olunan əmlak birgə mülkiyyət hesab edilir. Bu o deməkdir ki, ər və arvad ailə qurduqdan sonra alınan ev, avtomobil və digər əmlaklar hər iki tərəfin ortaq mülkiyyəti sayılır və boşanma zamanı bölüşdürülə bilər.Mütəxəssislər bildirirlər ki, əgər mənzil və ya digər əmlak nikah dövründə alınıbsa, qadının həmin əmlakda pay...

21 May 2026, 11:19

Qonşunun ağacının budaqları həyətinizə keçir? – Qanun nə deyir?  

Fərdi yaşayış evlərində qonşular arasında ən çox rast gəlinən problemlərdən biri də ağac budaqları və köklərlə bağlı yaranan mübahisələrdir. Xüsusilə ağacın budaqları qonşu həyətinə keçdikdə, dam örtüyünə, hasara və ya digər əmlaka ziyan vurduqda tərəflər arasında narazılıq yaranır.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 174-cü maddəsində bu məsələ açıq şəkildə tənzimlənir.Qanunvericiliyə əsasən, ağacın budaqları və ya kökləri qonşunun torpaq sahəsinə keçərək ona maneə yaradırsa və ya zərər vurursa, həmin şəxs bu budaqları və kökləri kəsdirə bilər.Mütəxəssislərin sözlərinə görə, burada əsas şərt budaqların və köklərin qarşı tərəfin istifadəsinə real maneə yaratması və ya ziyan vurmasıdır. Məsələn, ağacın...

21 May 2026, 09:21

Mağazada məhsul qırılarsa, pulu kim ödəməlidir?   

Bəzən mağazada alış-veriş zamanı məhsulun təsadüfən qırılması və ya zədələnməsi ilə bağlı mübahisəli hallar yaranır. Bir çox vətəndaş belə vəziyyətdə məhsulun pulunu ödəməyə məcbur olduğunu düşünsə də, qanunvericilik bu məsələni konkret şəkildə tənzimləyir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, Mülki Məcəllənin müvafiq maddələrinə əsasən, əmlakın təsadüfən məhv olması və ya zədələnməsi riski, əgər qanun və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Yəni məhsulun pulu tam ödənilənədək və alıcıya kassa qəbzi təqdim olunana qədər həmin məhsul mağazanın mülkiyyəti hesab edilir.Bu səbəbdən, əgər məhsul alıcının təqsiri olmadan təsadüfən qırılıbsa və ya zədələnibsə, mağazanın həmin məhsulun dəyərini alıcıdan tələb etməsi...

20 May 2026, 12:37

“Öz xahişimlə işdən çıxıram” ərizəsini düşünmədən imzalamayın – Hüquqşünaslardan xəbərdarlıq  

Əmək münasibətlərində ən çox rast gəlinən problemlərdən biri işçilərin təzyiq altında “öz xahişi ilə işdən çıxma” ərizəsi yazmağa məcbur edilməsidir. Bir çox hallarda işəgötürənlər işçini könüllü şəkildə işdən çıxırmış kimi göstərməyə çalışır və bu da sonradan işçinin hüquqlarını ciddi şəkildə məhdudlaşdıra bilir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, işçi əslində işdən çıxmaq istəmədiyi halda belə ərizəni imzalaması gələcəkdə kompensasiya, məhkəmə müdafiəsi və digər hüquqların itirilməsinə səbəb ola bilər.Hüquqşünasların sözlərinə görə, bir çox vətəndaş iş yerində təzyiqlə qarşılaşdıqda qorxuya düşür. İnsanlar düşünür ki, ərizəni yazmasalar, əmək kitabçasına mənfi qeyd salınacaq və ya “maddə ilə” işdən çıxarılacaqlar. Lakin hər bir hal qanun...

20 May 2026, 10:39

Sürücülük vəsiqəsinin təhvil verilməsi qaydası necə həyata keçirilir?  

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ilə bağlı ən çox verilən suallardan biri sürücülük vəsiqəsinin hansı hallarda və hansı qaydada təhvil verilməsi ilə əlaqədardır.Citypost.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, sürücülük hüququ məhdudlaşdırıldıqda və ya ləğv edildikdə vətəndaş sürücülük vəsiqəsini müvafiq dövlət orqanına təhvil verməlidir. Bunun üçün vətəndaş Yol Polisi İdarəsinə müraciət edərək ərizə yazır və vəsiqənin təhvil verilməsi rəsmi şəkildə qeydə alınır.Ərizədə sürücülük vəsiqəsinin təhvil verildiyi tarix mütləq şəkildə göstərilməlidir. Bu, gələcəkdə sənədin geri qaytarılması və ya hüquqi prosedurlar zamanı yarana biləcək anlaşılmazlıqların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.Mütəxəssislərin bildirdiyinə görə, ərizənin bir nüsxəsinin vətəndaşda saxlanılması da tövsiyə olunur....

19 May 2026, 11:52

Əmək Məcəlləsində əlavə məzuniyyət hüquqları kimlərə şamil olunur?  

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən, işçilərin müəyyən kateqoriyalarına əsas məzuniyyətdən əlavə olaraq əlavə məzuniyyət günləri verilir. Bu norma işçinin sosial vəziyyəti, təhsil fəaliyyəti və xidmət keçmişi kimi amillərə görə fərqli müddətlərdə tətbiq olunur.Citypost.az-ın məlumatına görə, qanunvericiliyə görə, bəzi işçilər 1 təqvim ayınadək əlavə məzuniyyət hüququ əldə edə bilirlər. Bu kateqoriyaya sağlamlıq imkanları məhdud olan və orqanizm funksiyalarının pozulması müəyyən edilmiş işçilər, eləcə də doktorantura təhsili alan şəxslər aid edilir.Digər bir qrup işçilərə isə 7 təqvim gününədək əlavə məzuniyyət verilir. Buraya ailə və sosial vəziyyətlə bağlı müəyyən ehtiyacları olan şəxslər, orta ixtisas və ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak...

19 May 2026, 11:05