Bizə yazın

Baku

-°C

USD

-

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib 

Cəmiyyət 21 May 2026, 12:28

218

Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib.

Citypost.az xəbər verir ki,Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah bu ərazilərdə yağış yağacaq 

Mayın 22-də gözlənilən hava şəraiti açqılanıb.Bakıda və Abşeron yarımadasında gözlənilən havaMilli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.Sabah Azəbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi...

21 May 2026, 12:53

Ukraynada 10 gündə 6 azərbaycanlı həlak olub

Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı həlak olub.Modern.az-ın əldə etdiyi məlumata görə, son 10 gün ərzində döyüşlərdə daha 6 həmyerlimiz həyatını itirib.Həlak olan şəxslərin siyahısını təqdim edirik:- Məmmədov Roman Musa oğlu – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb. - Abbasov Namiq Məhərrəm oğlu – 23.12.1969-cu il təvəllüdlü, Arxangelsk vilayətinin Koryajma şəhərində yaşayıb.- Qanbarlı Vüsal Allahverdi oğlu – 21.02.1993-cü il təvəllüdlü, Yekaterinburq şəhərində yaşayıb.- Qurbanov Tofiq Oktay oğlu – 09.05.1995-ci il təvəllüdlü.- Manafov İlkin İntiqam oğlu – 01.10.1989-cu il təvəllüdlü, Altay diyarının Xlopunovo kəndində yaşayıb.- Rüstəmov Xanəhməd Qəhrəman oğlu – 20.01.1993-cü il təvəllüdlü, Yaroslavl vilayətinin Rostov...

21 May 2026, 12:44

WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb 

WUF13-ə 175 ölkədən 38 mindən çox iştirakçı qatılıb.“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən gündəlik media brifinqində UN-Habitat-ın Kommunikasiyalar şöbəsinin rəhbəri Yekaterina Mizqaçina deyib.O bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ilk dörd günü ərzində tədbirdə 175-dən çox ölkədən 38 mindən artıq iştirakçı iştirak edib.Yekaterina Mizqaçinanın sözlərinə görə, forumu işıqlandırmaq üçün 800-dən çox media nümayəndəsi akkreditasiyadan keçib.UN-Habitat rəsmisi qeyd edib ki, forumun dördüncü günü mənzil siyasəti, iqlim dayanıqlılığı və inklüziv şəhər inkişafı mövzularına həsr olunub.O vurğulayıb ki, sessiyalarda şəhərlərin iqlim risklərinə uyğunlaşması, qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası və heç kimin kənarda qalmadığı mənzil həlləri müzakirə edilib.Yekaterina Mizqaçina əlavə edib ki, müzakirələr...

21 May 2026, 12:16

WUF13-də "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib 

WUF13 çərçivəsində "Şəhərlər üçün izahlı lüğət"in təqdimat mərasimi keçirilib.APA xəbər verir ki, lüğət “Şəhər planlaşdırması və lahiyələndirmə”, “Urbanizasiya və məskunlaşma nümunələri”, “Mənzil və torpaq fondu”, “İqlim və Ətraf Mühit”, “Yaşıl və mavi infrastruktur, “Mobillik və nəqliyyat”, “İnklüziv və davamlı Şəhərlər”, “Ağıllı Şəhərlər”, “İdarəetmə, siyasət və maliyyə” mövzularını və “BMT Çərçivələri”ni əhatə edir.Kitabın tərtibatçılarından biri Şücaət Əhmədzadə deyib ki, bu kitabın əsas auditoriyası vətəndaşlardır: “Yəni hər hansı mövzu ilə maraqlanan insanlar bu kitaba baxaraq deyə bilərlər ki, bunlar şəhər mühiti ilə bağlı tətbiq olunan terminlərdir. Biz anlayırıq ki, bu kitab insanlara qanunların daha yaxşı olması üçün təşəbbüs göstərməyə və şəhər mərkəzlərində...

21 May 2026, 12:00

Qabiliyyət imtahanlarına qeydiyyat başlayır 

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 21-dən iyun ayının 1-dək abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaqdır.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.Qabiliyyət imtahanı idman, təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti üzrə keçiriləcək.Qeyd edilib ki, abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər."Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə “Abituriyent” jurnalının...

21 May 2026, 11:43

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər 

Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndiriliblər.Citypost.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağdam şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr üçün bununla bağlı tədbir keçirilib.Tədbirdə keçmiş məcburi köçkünlərə sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan müddətləri barədə məlumat verilib. Bildirilib ki, daimi yaşayış yerinə qayıdan şəxslər üçün müavinətin ödənilməsi üç illik müddət başa çatdıqdan sonra dayandırılır.Görüşdə, həmçinin mina təhlükəsinə dair hazırlanmış videoçarxlar nümayiş etdirilib, sakinlər təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.Qeyd olunub ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində...

21 May 2026, 11:26