Bizə yazın

Baku

-°C

USD

-

Karvansaradan muzeyə çevrilən tarixi bina  

Maraqlı 27 May 2026, 10:24

453

Bakının mərkəzində yerləşən və bu gün ölkənin ən möhtəşəm mədəniyyət ocaqlarından biri hesab olunan Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi uzun və maraqlı tarixə malikdir. 

Citypost.az xəbər verir ki, bir çoxlarının sadəcə muzey kimi tanıdığı bu bina əslində XIX əsrin ortalarında karvansara kimi inşa olunub. O dövrdə Bakı ticarət yollarının üzərində yerləşdiyi üçün karvansaralar şəhərin mühüm memarlıq nümunələrindən sayılırdı.

XIX əsrin 60-cı illərində isə bina genişləndirilib. Bakı quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi əsasında tikiliyə ikinci mərtəbə əlavə olunub. Bununla da bina şəhərin ən diqqətçəkən memarlıq nümunələrindən birinə çevrilməyə başlayıb.

Sonrakı illərdə Bakı Ali Cəmiyyəti binanı icarəyə götürərək burada klub fəaliyyət göstərib. Daha sonra isə bina “Metropol” mehmanxanası kimi fəaliyyətini davam etdirib və şəhərin ictimai həyatında mühüm rol oynayıb.

1918–1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu tarixi bina daha mühüm missiya daşıyıb. Belə ki, həmin illərdə bina Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin həm iş yeri, həm də yaşayış məkanı kimi istifadə olunub.

1939-cu ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə binanın ədəbiyyat muzeyinə çevrilməsi barədə qərar qəbul edilib. Məşhur memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında bina əsaslı şəkildə yenidən qurulub. Tikiliyə üçüncü mərtəbə əlavə olunub, dərin lojalar yaradılıb və terrasa hissəsi inşa edilib. Binanın fasadında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin heykəlləri yerləşdirilib ki, bu da muzeyin memarlıq görünüşünə xüsusi əzəmət qazandırıb.

Bu gün muzey təkcə memarlıq baxımından deyil, həm də zəngin ekspozisiyası ilə seçilir.

Burada Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini əhatə edən nadir əlyazmalar, kitablar, sənədlər və eksponatlar qorunur.

2005-ci ildə isə muzey yenidən əsaslı təmir olunaraq müasir görkəm alıb və Bakının ən gözəl muzeylərindən birinə çevrilib.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tofiq Bəhramov adına Respublika Stadionu haqqında maraqlı faktlar  

Bakının ən məşhur idman arenalarından biri olan Tofiq Bəhramov adına Respublika Stadionu ilə bağlı maraqlı tarixi faktlar var. Citypost.az-ın məlumatına görə, bir çox insan bilmir ki, stadionun tikintisində hərbi əsirlər də iştirak edib.Stadionun tikintisinə 1939-cu ildə başlanılıb. Lakin II Dünya Müharibəsinin başlaması səbəbindən layihə uzun illər yarımçıq qalıb. Müharibədən sonrakı dövrdə isə tikinti işlərinə alman hərbi əsirləri də cəlb olunub.Arenanın memarlıq layihəsi də öz dövrü üçün olduqca diqqətçəkən hesab edilirdi. Stadion Kiril əlifbasında İosif Stalin adının ilk hərfi olan “С” formasında layihələndirilmişdi.Stadionun açılış mərasimi böyük təntənə ilə keçirilib. Həmin gün tədbirə 8 mindən çox idmançı, dövlət nümayəndələri və müxtəlif respublikalardan qonaqlar...

27 May 2026, 11:23

Kaşalot balinaları okeanların ən ağıllı canlılarından imiş  

Dəniz biologiyası üzrə mütəxəssislərin fikrincə, kaşalot balinaları okean ekosisteminin ən maraqlı və ən güclü canlılarından biri hesab olunur. Nəhəng ölçüləri, yüksək intellekti və müdafiə instinkti ilə seçilən bu canlılar okeanların əsl nəhəngləri sayılır.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, uzunluğu 20 metrə, çəkisi isə 50 tona çatan kaşalotlar dünyanın ən böyük dişli yırtıcılarıdır. Onlar minlərlə metr dərinliyə enərək nəhəng kalmarlar, müxtəlif balıq növləri və digər dəniz canlıları ilə qidalanırlar.Araşdırmalara görə, kaşalot balinaları nəfəsini bir saata yaxın saxlaya bilir və bu xüsusiyyət onları okeanın ən dözümlü canlılarından birinə çevirir.Alimlər qeyd edir ki, kaşalotların sosial davranışı da olduqca diqqət çəkicidir. Təhlükə hiss...

27 May 2026, 08:26

Qarışqaların sirli “anbar ağılı” alimləri heyrətləndirib  

Qarışqalar haqqında aparılan araşdırmalar göstərir ki, bu kiçik canlılar düşündüyümüzdən qat-qat mürəkkəb davranışlara sahibdirlər. Xüsusilə onların qida toplama və saxlama üsulları elm adamlarının diqqətini çəkən maraqlı mövzulardan biridir.Citypost.az xəbər verir ki, məlum olub ki, bəzi qarışqa növləri torpağın altında topladıqları toxum və taxılların cücərməsinin qarşısını almaq üçün xüsusi üsullardan istifadə edirlər. Araşdırmalar zamanı alimlər müşahidə ediblər ki, qarışqalar topladıqları bəzi toxumları iki hissəyə bölərək saxlayırlar. Bunun nəticəsində toxum torpaqda olsa belə inkişaf edib cücərə bilmir.Lakin ən maraqlı məqam keşniş toxumları ilə bağlı ortaya çıxıb. Alimlər müəyyən ediblər ki, qarışqalar keşniş toxumlarını digər toxumlar kimi sadəcə iki yerə deyil, dörd hissəyə...

26 May 2026, 10:46

Yaşlanmanı geri çevirən canlı – Bioloji olaraq “ölümsüz” sayılan meduza  

Təbiətdə elə bir canlı var ki, alimlər onu “bioloji olaraq ölümsüz” adlandırırlar. Söhbət Turritopsis dohrnii adlı kiçik bir dəniz anasından gedir. Bu canlı digər canlılardan fərqli olaraq yaşlanma prosesini müəyyən mənada geri çevirə bilir.Citypost.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, bu meduza təhlükə, stress, aclıq və ya zədələnmə ilə qarşılaşdıqda öz hüceyrələrini yenidən proqramlaşdırmağa başlayır. Yəni normalda yaşlanaraq ölməli olan yetkin canlı inkişaf prosesini geri qaytararaq yenidən körpə mərhələsinə dönür.Ən maraqlısı isə budur ki, o, daha sonra yenidən böyüyərək həyat dövrünü təkrar davam etdirə bilir.Başqa sözlə, bu canlı nəzəri olaraq bu prosesi sonsuz sayda təkrarlamaq qabiliyyətinə malikdir.Elm dünyasında bu proses...

26 May 2026, 09:53

"Beyni işğal edən” nadir, amma təhlükəli mikroorqanizm  

Çox az insan bilir ki, təbiətdə elə mikroorqanizmlər var ki, çox nadir hallarda da olsa, ciddi və ölümcül infeksiyalara səbəb ola bilər. Bunlardan biri də Naegleria fowleri adlı təkhüceyrəli amöbdür.Bu mikroorqanizm adətən isti və durğun şirin sularda – göllərdə, hovuzlarda və termal su mənbələrində yaşaya bilir. İnfeksiya isə çox nadir hallarda, suyun burun boşluğuna daxil olması ilə baş verə bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, amöb burun boşluğundan qoxu sinirləri vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edə bilir və nəticədə beyinə təsir göstərə bilər. Bu vəziyyət tibbdə çox nadir rast gəlinən və ağır gedişli infeksiya hesab olunur.İnfeksiya yarandıqda orqanizm...

25 May 2026, 10:39

İşıldaböcəklərin sirri: Təbiətin ən gözəl, amma ən amansız işığı  

Gecələr parıldayan işıldaböcəklər çoxlarına romantik və sevimli canlılar kimi görünür. Lakin alimlər bildirirlər ki, bu kiçik canlıların dünyası düşündüyümüzdən qat-qat mürəkkəb, ağıllı və bəzən olduqca amansızdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bəzi dişi işıldaböcəklər başqa növlərin işıq siqnallarını və “cütləşmə çağırışlarını” təqlid edərək erkək işıldaböcəkləri tələyə salır.Erkək böcək qarşısındakı canlının öz növündən olduğunu düşünərək ona yaxınlaşır. Lakin bir çox hallarda bu qarşılaşma onun sonu olur.Alimlər qeyd edirlər ki, bəzi dişi növlər aldatdıqları erkək işıldaböcəkləri ovlayaraq yeyir və onların bədənindəki müdafiəvi kimyəvi maddələri özlərini qorumaq üçün istifadə edirlər.Bu səbəbdən işıldaböcəklər təbiətdə həm ən heyranedici, həm də ən hiyləgər canlılardan biri...

25 May 2026, 09:50