Trampdan Paşinyana dəstək: “Ermənistanı güclü və təhlükəsiz ölkəyə çevirir”
Dünya 28 May 2026, 08:43
353
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsini güclü, çiçəklənən və təhlükəsiz dövlətə çevirdiyini bildirib.
Citypost.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
Tramp qeyd edib ki, Paşinyan Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu ilə bağlı sülh və rifah vizyonunu bölüşür. ABŞ Prezidenti yazıb ki, Ermənistanın Baş naziri ölkəsinin inkişafı istiqamətində mühüm addımlar atır və regionda sabitliyin təmin olunmasına töhfə verir.
Ağ Ev rəhbəri ABŞ dövlət katibi Marko Rubio ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında imzalanan sənədlərin əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, bu razılaşmalar ABŞ və Ermənistan arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Donald Tramp həmçinin ABŞ və Ermənistanın gələcəkdə Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni iqtisadi və enerji layihələrinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəyini bildirib.
Həmçinin oxuyun
ABŞ Prezidenti paylaşımında qarşıdan gələn seçkilərlə bağlı Nikol Paşinyana dəstəyini də ifadə edərək, onun yenidən seçilməsini tam şəkildə dəstəklədiyini qeyd edib.
Qeyd edək ki, Trampın bu açıqlaması Ermənistan-ABŞ münasibətlərinin inkişafı və regionda yeni əməkdaşlıq perspektivləri fonunda diqqət çəkib.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İsveç Ukraynaya bir neçə qırıcı təyyarə təhvil verəcək
İsveç Ukraynaya bir neçə “Jas 39 C/D Gripen” qırıcı təyyarəsi təhvil vermək niyyətindədir.APA xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti mənbələrə istinadən məlumat yayıb.Məlumatda eyni zamanda, gələcəkdə Kiyevə əlavə olaraq “Jas 39E” təyyarələrinin satışı ilə bağlı danışıqlara başlanılacağı da deyilir.Qəzetin məlumatına görə, Ukrayna qırıcı təyyarələrin pulunu Aİ krediti ilə ödəyəcək.
28 May 2026, 11:40
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün səhər saatlarında ABŞ ordusunun İranın Bəndər-Abbas hava limanının yaxınlığına hücumundan sonra ABŞ-a məxsus hava bazası hədəf alınıb.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.Məlumatda qeyd olunub ki, hücumun edildiyi hərbi baza atəşə tutulub.Qeyd edilib ki, bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır və təcavüzün cavabsız qalmayacağını göstərir.Bildirilib ki, hücum təkrarlanarsa, İranın cavabı daha qəti olacaq.SEPAH vurğulayıb ki, bütün məsuliyyət ABŞ-ın üzərindədir."Tasnim” agentliyi isə hərbi mənbəyə istinadən bir neçə saat əvvəl ABŞ-a məxsus bir tankerin Hörmüz boğazından radar sistemini söndürərək keçməyə cəhd etdiyini, lakin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin sürətli və qəti müdaxiləsi və atəşi...
28 May 2026, 11:20
Braziliyanın aşağı palatası iş həftəsinin 40 saata endirilməsini təsdiqləyib
Braziliya parlamentinin aşağı palatası iş həftəsinin 40 saata endirilməsini nəzərdə tutan konstitusiya düzəlişini təsdiqləyib. Eyni zamanda, ölkədə beş günlük iş rejimi saxlanılacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər veirr ki, prezident Luiz İnasio Lula da Silva təşəbbüsü dəstəkləyib. Dəyişiklik altıncı iş gününü ləğv edir və işçilər üçün həftədə iki ardıcıl istirahət gününü təsbit edir.Hazırda Braziliyada iş həftəsi 44 saatdır və bu, beş səkkiz saatlıq iş günü və əlavə altıncı qısaldılmış iş günündən ibarətdir.Parlamentdə hökumət nümayəndəsi Paulo Pimenta bildirib ki, dəyişiklik xüsusilə aşağı maaşlı və həftədə altı gün işləyən işçilər üçün “ədalətin bərpası” məqsədi daşıyır.Yeni qaydaya əsasən, işəgötürənlər üçün 14 aylıq keçid dövrü...
28 May 2026, 10:46
ABŞ Trampa qarşı iddia qaldıran Elizabet Kerrolla bağlı araşdırmaya başlayıb
ABŞ Ədliyyə Nazirliyi ABŞ prezidenti Donald Trampı cinsi təcavüzdə ittiham edən jurnalist və yazıçı Elizabet Cin Kerrol haqqında cinayət işi açıb. Citypost.az CNN News-ə istinadən xəbər verir ki, mayın 28-də öz mənbəyinə istinadən məlumat yayıb.Media orqanının məlumatına görə, istintaq Kerrolun Trampa qarşı iki məhkəmə iddiası üzrə məhkəmə prosesi zamanı verdiyi ifadənin doğruluğunu müəyyən etməyə yönəlib. Qeyd olunur ki, ABŞ prezidenti hər iki məhkəmə iddiasını uduzub. O, yazıçıya 2023-cü ildə 5 milyon dollar, 2024-cü ilin yanvarında isə daha 83,3 milyon dollar ödəməli olub.Media orqanı əlavə edir ki, Ədliyyə Nazirliyinin yeni araşdırması Kerrolun 2022-ci ildəki ifadəsinə əsaslanır. O zaman o, iddia qaldırmaq...
28 May 2026, 10:44
Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxma prosesini dayandırdı
Macarıstanın yeni parlamenti əvvəlki hökumət tərəfindən başladılan Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxma prosesinin dayandırılması barədə qərar qəbul edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermədə 133 deputat lehinə, 37 əleyhinə, 5 nəfər isə bitərəf qalıb. Qərarı parlamentin sədri Aqnes Forstöfer canlı yayımlanan iclas zamanı açıqlayıb.Məlumata əsasən, BCM-dən çıxma təşəbbüsü əvvəlki hökumət – Baş nazir Viktor Orbanın rəhbərliyi dövründə irəli sürülmüşdü. Lakin 12 aprel seçkilərindən sonra formalaşan yeni hökumət bu prosesi dayandırmaq qərarına gəlib.Müzakirələr zamanı ədliyyə naziri Peter Bodis çıxış edərək Beynəlxalq Cinayət Məhkəməsinin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını vurğulayıb.O qeyd edib ki, BCM ciddi beynəlxalq...
28 May 2026, 10:41
Belçika diplomatlarını Kiyevdən təxliyə etməyəcək
Belçika Rusiyanın xəbərdarlıqlarına baxmayaraq, diplomatlarını Ukraynanın paytaxtı Kiyevdən təxliyə etməyəcəyini bəyan edib.Citypost.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın xarici işlər naziri Maksim Prevost sosial şəbəkədəki paylaşımında məlumat verib.“Belçikalılar heç yerə getmirlər. Onlar Kiyevdə qalacaqlar”, – deyə nazir bildirib.Prevost həmçinin qeyd edib ki, diplomatlara qarşı təhdidləri qəbuledilməz hesab etdiyini bildirmək üçün Rusiyanın Belçikadakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.Belçikalı nazir Rusiyanın diplomatik nümayəndəlik əməkdaşlarını və xarici vətəndaşları Kiyevi tərk etməyə çağıran bəyanatını beynəlxalq hüquqa zidd addım kimi qiymətləndirib.“Bu cür çağırışlar qəbuledilməzdir və beynəlxalq normaların, eləcə də Vyana Konvensiyasının pozulması kimi dəyərləndirilə bilər”, – deyə Prevost vurğulayıb.Qeyd edək ki, son...
28 May 2026, 10:39