Macarıstan Ukrayna üçün AB fondundan 6,6 milyard avronun verilməsinə qoyulan qadağanı ləğv edib
Cəmiyyət 05 İyun 2026, 08:18
370
Macarıstanın yeni hökuməti, Viktor Orbanın dövründə əvvəlki hökumət tərəfindən tətbiq edilən qadağanı aradan qaldıraraq, Avropa Sülh Fondundan Ukraynaya hərbi yardım üçün istifadə etməyə razılıq verib.
Citypost.az xəbər verir ki, bu barədə “Nepszava” qəzeti məlumat yayıb.
Qəzet təxminən 6,6 milyard avro məbləğində bloklanmamış vəsaitin Ukrayna ordusu üçün hava hücumundan müdafiə sistemlərinin alınmasına istifadə olunacağını qeyd edib.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Qeyd edək ki, Macarıstan 2024-cü ildən bəri Avropa Sülh Fondundan Ukraynaya təxminən 6,6 milyard avroluq hərbi yardımın ayrılmasını bloklamışdı. (APA)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanlı blogerlər Tailandda ağır qəzaya düşdü
Tanınmış blogerlər Həsti Həsənova və onun həyat yoldaşı Vahid Həsənov Tailandda qəzaya düşüb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Həsti Həsənova özü məlumat yayıb."Bir anda necə hər şey alt üst ola bilər, bir daha öyrəndik bunu. Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım.Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki, moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmir. Həmin an ürəyim dayanacaq kimi hiss etdim.Ambulans gəldi,...
05 İyun 2026, 08:55
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur....
05 İyun 2026, 08:22
Hicran Hüseynova vəfat etdi
"Ulduz" jurnalının əməkdaşı, yazıçı publisist Hicran Hüseynova vəfat edib.CityPost.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.Qeyd edək ki, H.Hüseynova uzun sürən xəstəlikdən dünyasını dəyişib.
04 İyun 2026, 23:45
Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyunun 16-da saat 10:00-da Şuşa şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a dövlət komitəsindən məlumat verilib.Bildirilib ki, qəbul Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidmətinin inzibati binasında baş tutacaq.
04 İyun 2026, 18:01
Qaradağda həbs olunan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslər Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev və Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.Məhkəmə prosesi 12 iyunda davam etdiriləcək.Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.İdarədə Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb.İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə...
04 İyun 2026, 17:55
"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib."Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.Dördüncü...
04 İyun 2026, 17:48