Bizə yazın

Baku

-°C

USD

-

İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir

Dünya 05 İyun 2026, 08:33

345

İran bütün mülki gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsini istəyir.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçinin "Telegram" kanalında "Al Mayadeen" telekanalına dünənki müsahibəsinin təfərrüatı barədə paylaşımında qeyd olunub.

"Hörmüzün sahilyanı ölkələri olaraq İran ilə Oman boğazın idarə edilməsi və oradan keçidə nəzarət barədə bir-biri ilə məsləhətləşmək üçün təbii hüquqa malikdir və bizim də etdiyimiz budur", - o bildirib. Nazir əlavəı edib ki, hazırda səylər Hörmüz boğazının idarə edilməsi üçün atılan addımların beynəlxalq hüquqa tam uyğun olmasına yönəlib.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paşinyan Ermənistanın KTMT-dən çıxmasını istisna etməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan zərurət yaranacağı təqdirdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Paşinyan seçkiqabağı debatlar zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinə münasibət bildirib. "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyan təşkilatda iştirakın "dondurulması" anlayışının nə demək olduğunu və Yerevanın tənqidlərinə baxmayaraq niyə hələ də blokdan çıxmadığını soruşub.Baş nazir cavabında bildirib ki, müvafiq qərar ehtiyac yaranarsa qəbul ediləcək.“Qərar verəcəyik və çıxacağıq. Lazım olsa, çıxacağıq. Mən demişəm ki, geri qayıtmayacağıq”, – deyə Paşinyan vurğulayıb.Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanın Rusiya ilə münasibətləri qırmaq kursu...

05 İyun 2026, 09:43

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

Silahlı münaqişələr başa çatdıqdan illər sonra belə, həmin münaqişələr zamanı istifadə olunmuş silahlar çox vaxt dövriyyədə qalır, dövlət sərhədlərini keçir, cinayətkarlığı “qidalandırır” və sülhün möhkəmləndirilməsi istiqamətində səylərə zərbə vurur.AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bu həftə keçirilən müzakirələrdə səsləndirilib.Müzakirələrin əsas mövzularından biri qeyri-qanuni odlu silahların yayılması və müasir texnologiyaların inkişafı ilə bağlı ortaya çıxan yeni çağırışlar olub. Ekspertlər xəbərdarlıq ediblər ki, 3D çap texnologiyası vasitəsilə hazırlanan silahların meydana çıxması, eləcə də qaçaqmalçılıq şəbəkələrinin təkmilləşməsi hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının işini xeyli çətinləşdirir.BMT-nin silahsızlanma məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu bildirib ki, müharibənin başa çatması silah dövriyyəsinin...

05 İyun 2026, 09:28

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

ABŞ hakimiyyəti Haitidən gəldiyi ehtimal olunan və 240 qanunsuz miqrantı daşıyan qayığı saxlayıb.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Mühafizəsi komissarı Rodney Skot məlumat verib.Onun sözlərinə görə, hava patrulu əməkdaşları bu həftə dəniz yolu ilə ABŞ-yə qanunsuz daxil olmağa çalışan 240 Haiti vətəndaşını daşıyan gəmini aşkar ediblər.Komissar bildirib ki, həddindən artıq yüklənmiş qayığın batmaq təhlükəsi var idi. O vurğulayıb ki, qanunsuz miqrasiya cəhdləri təhlükəlidir və ABŞ-yə giriş zəmanəti vermir.Daha əvvəl ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsindən bildirilmişdi ki, 2025-ci ilin yanvarından bəri ölkədən 900 mindən çox qanunsuz miqrant deportasiya olunub....

05 İyun 2026, 09:17

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanelə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, onun adı məhdudlaşdırıcı tədbirlərin şamil olunduğu beş nəfərin yer aldığı siyahıya daxil edilib.Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bir sıra Kuba şirkətləri və dövlət qurumlarını, o cümlədən Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyini də sanksiyalar siyahısına əlavə edib.

05 İyun 2026, 09:06

Tramp Milli Kəşfiyyat direktoru axtarışını davam etdirir

ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın direktoru vəzifəsinə yeni namizəd axtarışının davam etdiyini və Uilyam Pultenin bu vəzifəni daimi tutmayacağını açıqlayıb.APA xəbər verir ki, bu ayın əvvəlində Tramp Mənzil Maliyyə Administrasiyasının rəhbəri olan Pulteni Milli Kəşfiyyatın direktoru vəzifəsinin icraçısı üçün təyin etdiyini elan edib.Bir çox siyasi rəqib bu qərarı tənqid edərək, Pultenin bu vəzifə üçün tələb olunan təcrübəyə malik olmadığını və hər iki rolu eyni vaxtda yerinə yetirməkdə çətinlik çəkəcəyini vurğulayıb.“Bu, müvəqqəti icra olunan vəzifədir. Pulte bu postu daimi əsasda tutmayacaq. Çünki düşünmürəm ki, o özü də bu vəzifəni daimi olaraq tutmaq istəyir”, - Tramp deyib....

05 İyun 2026, 08:00

Tokayev və Laytstoun TRIPP təşəbbüsünü müzakirə ediblər 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Sülh Şurasının baş müşaviri Arye Laytstoun Astanada keçirilən görüş zamanı TRIPP (Tramp Marşrutu) təşəbbüsünü müzakirə ediblər."Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb."Həmsöhbətlər nəqliyyat-logistika sahəsində əməkdaşlığın perspektivlərini, o cümlədən TRIPP təşəbbüsünü və Orta Dəhliz çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər. Qazaxıstanın regionlararası qarşılıqlı əlaqələrin gücləndirilməsində və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlı olduğu vurğulanıb", - məlumatda bildirilib.Arye Laytstoun Qazaxıstanın Sülh Şurasının işində və digər beynəlxalq təşəbbüslərdə fəal iştirakını, o cümlədən İbrahim sazişlərinə qoşulmaq qərarını yüksək qiymətləndirib.Görüşün yekunlarına əsasən, geniş spektrli məsələlər üzrə əməkdaşlığın daha da genişləndirilməsinə hazırlıq təsdiqlənib....

04 İyun 2026, 18:00