Bizə yazın

Baku

-°C

USD

-

ABŞ Kuba Prezidentinə qarşı sanksiyalar tətbiq edib

Dünya 05 İyun 2026, 09:06

322

ABŞ Maliyyə Nazirliyi Kuba Prezidenti Migel Dias-Kanelə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, onun adı məhdudlaşdırıcı tədbirlərin şamil olunduğu beş nəfərin yer aldığı siyahıya daxil edilib.

Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bir sıra Kuba şirkətləri və dövlət qurumlarını, o cümlədən Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyini də sanksiyalar siyahısına əlavə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sibiqa: Macarıstanla münasibətlərdə yeni səhifə açılır  

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstanla münasibətlərdə yeni mərhələnin başlandığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, Ukraynanın Avropa İttifaqına qəbul prosesi ilə bağlı irəliləyişə görə Aİ Şurasının Kipr sədrliyinə təşəkkürünü bildirib və bütün üzv dövlətlərin, Avropa Komissiyasının və Aİ institutlarının dəstəyini yüksək qiymətləndirib.Sibiha xüsusilə Macarıstanın prosesdə rolunu vurğulayaraq, Budapeştin son dövrlərdə konstruktiv mövqe sərgilədiyini qeyd edib.“Biz Ukrayna–Macarıstan münasibətlərində qarşılıqlı hörmət, etimad və ortaq Avropa gələcəyi üzərində qurulan yeni bir səhifə açırıq”, – deyə nazir bildirib.Məlumata əsasən, iyunun 4-də Aİ üzv dövlətləri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilkin mərhələsinə...

05 İyun 2026, 10:46

Bolqarıstan dairəvi iqtisadiyyatı milli prioritet elan edib  

Bolqarıstan dairəvi iqtisadiyyatın inkişafını uzunmüddətli milli prioritet kimi müəyyən edib.Citypost.az Bolqarıstanın BTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri Rositsa Karamfilova Yaşıl Keçid Forumu 6.0 çərçivəsində keçirilən panel müzakirəsində bildirib.Nazir qeyd edib ki, dairəvi iqtisadiyyat, iqlim dəyişikliyi ilə mübarizə və su ehtiyatlarının dayanıqlılığı Avropa ölkələrinin iqtisadiyyatı, təhlükəsizliyi və ictimai sağlamlığı üçün strateji əhəmiyyət daşıyır.Onun sözlərinə görə, hökumət davamlı biznesin inkişafı ilə ətraf mühitin qorunması arasında balans yaratmağı, həmçinin yeni çağırışları imkanlara çevirməyi hədəfləyir.Rositsa Karamfilova vurğulayıb ki, Bolqarıstan təkrar emalın genişləndirilməsi, tullantıların idarə olunması, resurslardan səmərəli istifadə və təmiz texnologiyaların inkişafını prioritet istiqamətlər kimi...

05 İyun 2026, 10:44

Cənubi Koreya və Çin hava nəqliyyatı hüquqlarını genişləndirib  

Cənubi Koreya və Çin yeddi ildən sonra ilk dəfə hava nəqliyyatı hüquqlarının genişləndirilməsi barədə razılığa gəliblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,tərəflər arasında həftəlik uçuşların sayının artırılması ilə bağlı anlaşma əldə olunub. Bu addım iki Asiya ölkəsi arasında münasibətlərin istiləşməsi kimi qiymətləndirilir.Razılaşma 27–28 may tarixlərində Seulda keçirilən ikitərəfli aviasiya danışıqları zamanı imzalanıb.Yeni sənədə əsasən, sərnişin daşımaları üzrə həftəlik uçuş hüquqları 56 artırılaraq 608-dən 664-ə yüksəldilib. Yük daşımaları üzrə isə həftəlik kvota 14 artırılaraq 54-dən 68-ə çatdırılıb.Saziş həmçinin Cənubi Koreyanın Busan və digər regional hava limanlarından Çinin 10 şəhərinə uçuş imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bu şəhərlər arasında Quançjou, Çendu, Şençjen, Çunçin...

05 İyun 2026, 10:41

Rusiya Qarabağda sosial proqramların həyata keçirilməsində iştirak edəcəyini açıqlayıb

Rusiya Qarabağda sosial proqramların həyata keçirilməsində iştirak etməyə hazırdır.Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki,bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya–Azərbaycan” sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.Qaluzinin sözlərinə görə, hazırda Rusiyanın dəstəyi ilə regionda uşaq bağçasının tikintisi üzrə layihə həyata keçirilir. O, həmçinin rusiyalı iş adamlarının regionda biznes layihələrinə marağının artdığını qeyd edib.Rusiya XİN rəsmisi vurğulayıb ki, bu tendensiya gələcəkdə Rusiya və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin daha da güclənməsi üçün əlverişli zəmin yarada bilər.Onun sözlərinə görə, Rusiya sahibkarlarının regionda müxtəlif investisiya layihələrinə marağının artması əməkdaşlığın inkişafına yeni imkanlar açır.Əli...

05 İyun 2026, 10:37

Paşinyan Ermənistanın KTMT-dən çıxmasını istisna etməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan zərurət yaranacağı təqdirdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Paşinyan seçkiqabağı debatlar zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinə münasibət bildirib. "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyan təşkilatda iştirakın "dondurulması" anlayışının nə demək olduğunu və Yerevanın tənqidlərinə baxmayaraq niyə hələ də blokdan çıxmadığını soruşub.Baş nazir cavabında bildirib ki, müvafiq qərar ehtiyac yaranarsa qəbul ediləcək.“Qərar verəcəyik və çıxacağıq. Lazım olsa, çıxacağıq. Mən demişəm ki, geri qayıtmayacağıq”, – deyə Paşinyan vurğulayıb.Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanın Rusiya ilə münasibətləri qırmaq kursu...

05 İyun 2026, 09:43

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

Silahlı münaqişələr başa çatdıqdan illər sonra belə, həmin münaqişələr zamanı istifadə olunmuş silahlar çox vaxt dövriyyədə qalır, dövlət sərhədlərini keçir, cinayətkarlığı “qidalandırır” və sülhün möhkəmləndirilməsi istiqamətində səylərə zərbə vurur.AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bu həftə keçirilən müzakirələrdə səsləndirilib.Müzakirələrin əsas mövzularından biri qeyri-qanuni odlu silahların yayılması və müasir texnologiyaların inkişafı ilə bağlı ortaya çıxan yeni çağırışlar olub. Ekspertlər xəbərdarlıq ediblər ki, 3D çap texnologiyası vasitəsilə hazırlanan silahların meydana çıxması, eləcə də qaçaqmalçılıq şəbəkələrinin təkmilləşməsi hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının işini xeyli çətinləşdirir.BMT-nin silahsızlanma məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu bildirib ki, müharibənin başa çatması silah dövriyyəsinin...

05 İyun 2026, 09:28