Bizə yazın

Baku

-°C

USD

-

BMT qeyri-qanuni silah dövriyyəsinin yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

Dünya 05 İyun 2026, 09:28

476

Silahlı münaqişələr başa çatdıqdan illər sonra belə, həmin münaqişələr zamanı istifadə olunmuş silahlar çox vaxt dövriyyədə qalır, dövlət sərhədlərini keçir, cinayətkarlığı “qidalandırır” və sülhün möhkəmləndirilməsi istiqamətində səylərə zərbə vurur.

AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bu həftə keçirilən müzakirələrdə səsləndirilib.

Müzakirələrin əsas mövzularından biri qeyri-qanuni odlu silahların yayılması və müasir texnologiyaların inkişafı ilə bağlı ortaya çıxan yeni çağırışlar olub. Ekspertlər xəbərdarlıq ediblər ki, 3D çap texnologiyası vasitəsilə hazırlanan silahların meydana çıxması, eləcə də qaçaqmalçılıq şəbəkələrinin təkmilləşməsi hüquq-mühafizə orqanlarının və dövlət qurumlarının işini xeyli çətinləşdirir.

BMT-nin silahsızlanma məsələləri üzrə ali nümayəndəsi İzumi Nakamitsu bildirib ki, müharibənin başa çatması silah dövriyyəsinin dayanması demək deyil. Onun sözlərinə görə, münaqişələr zamanı istifadə edilmiş silahlar çox vaxt nəzarətdən kənarda qalır, illərlə gizli yerlərdə saxlanılır və tez-tez sərhədlərdən keçirilərək əhali üçün təhlükə yaratmaqda davam edir.

Xüsusi narahatlıq doğuran məsələlərdən biri ayrı-ayrı hissələrdən yığılan və seriya nömrələri olmayan “kölgə silahlar”dır. Bu səbəbdən hüquq-mühafizə orqanları həmin silahların mənşəyini və hərəkət marşrutunu izləməkdə ciddi çətinliklərlə üzləşirlər. Ənənəvi istehsal və nəzarət sistemlərindən kənarda ayrı-ayrı komponentlərin, bəzi hallarda isə tam işlək silahların hazırlanmasına imkan verən 3D çap texnologiyalarının inkişafı da əlavə çətinliklər yaradır. Ekspertlərin fikrincə, bu texnologiyaların əlçatan olması qeyri-qanuni silahların daha geniş yayılma riskini artırır.

Müzakirələr zamanı qeyd olunub ki, tapança, revolver və avtomatlar DA daxil olmaqla atıcı silahlar bir nəfər tərəfindən istifadə edilə bilər. Qumbaraatanlar, pulemyotlar, daşınan zenit və ya tank əleyhinə komplekslər də daxil olmaqla yüngül silahlar isə kiçik heyətlər tərəfindən idarə olunur. Nisbətən ucuz, uzunömürlü və istifadəsi sadə olduğuna görə bu cür silahlar onilliklər ərzində dövriyyədə qala bilir.

Müzakirə iştirakçıları ən bariz nümunələrdən biri kimi Liviyadakı vəziyyəti göstəriblər. 2011-ci il münaqişəsindən sonra talan edilmiş arsenalardan çıxan silahlar Sahel regionu ölkələrinə, o cümlədən Nigerə, Burkina Fasoya və Nigeriyaya yayılıb. Həmin silahların əhəmiyyətli hissəsi sonradan ekstremist qruplaşmaların əlinə keçib.

İdzumi Nakamitsunun sözlərinə görə, silahlar münaqişələr başa çatdıqdan sonra da insanlara zərər vurmağa davam edir. Latın Amerikası və Karib hövzəsində qeyri-qanuni odlu silahlar mütəşəkkil cinayətkarlıq və yüksək qətl göstəriciləri ilə sıx bağlıdır. BMT-nin qiymətləndirmələrinə əsasən, regionun bəzi hissələrində zorakılıq nəticəsində baş verən bütün ölümlərin 70-80 faizi odlu silahların payına düşür.

Səhranın cənubunda yerləşən Afrika ölkələrində də atıcı silahların yayılması ciddi problem olaraq qalır. Münaqişələrin aktiv mərhələsi başa çatdıqdan illər sonra belə, silahlı qrupların və özünümüdafiə dəstələrinin silaha malik olması zorakılığın yenidən alovlanması riskini yaradır.

BMT-də vurğulanıb ki, qeyri-qanuni silah dövriyyəsinin nəticələri silahlı münaqişələrin hüdudlarını xeyli aşır. Bu hal insan hüquqlarının pozulmasına, terrorizmin yayılmasına, həmçinin seksual və gender əsaslı zorakılığa şərait yaradır.

Bu təhdidlərə qarşı mübarizə məqsədilə BMT-yə üzv dövlətlər 2001-ci ildə milli qanunvericiliyin gücləndirilməsini, silah anbarlarının təhlükəsizliyinin artırılmasını, qeyri-qanuni silah dövriyyəsinə qarşı mübarizəni və beynəlxalq əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Fəaliyyət Proqramını qəbul ediblər.

2005-ci ildə qəbul olunmuş beynəlxalq monitorinq mexanizmi də bu istiqamətdə mühüm addımlardan biri olub. Həmin mexanizm qeyri-qanuni silahların markalanması, qeydiyyatı və izlənməsi üzrə qlobal standartlar müəyyən edib. Bu sistem silahların mənşəyini və onların qeyri-qanuni bazarlara hansı yollarla düşdüyünü müəyyən etməyə imkan verir.

BMT-də xatırladılıb ki, təşkilatın keçmiş Baş katibi Kofi Annan atıcı silahları onların istifadəsi nəticəsində həlak olan və yaralanan insanların sayının çoxluğunu nəzərə alaraq “əsl kütləvi qırğın silahı” adlandırmışdı.

İdzumi Nakamitsunun fikrincə, qeyri-qanuni silah dövriyyəsinin miqyasının azaldılması dünyanın bir çox ölkəsində təhlükəsizliyin güclənməsinə kömək edərdi. O, bu sahədə səmərəli nəzarət və tənzimləmənin vacibliyini vurğulayaraq bildirib ki, belə tədbirlər insanların həyatını daha təhlükəsiz və daha sakit edə bilərdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Serbiya kəşfiyyatı Vuçiçi Monteneqroya səfərdən çəkindirib  

Serbiyanın təhlükəsizlik strukturları prezident Aleksandar Vuçiçi Monteneqroya planlaşdırılan səfərlə bağlı mümkün təhlükəsizlik riskləri barədə xəbərdar edib.Citypost.az Reuters agentliyinə istinadən xəbər verir ki, xəbərdarlıq iyunun 5-də Tivat şəhərində keçiriləcək Avropa İttifaqı və Qərbi Balkan liderlərinin sammiti ərəfəsində edilib.Serbiyanın Təhlükəsizlik və İnformasiya Agentliyi (BIA) bildirib ki, Monteneqroya səfər prezident üçün “yüksək təhlükəsizlik riski” daşıyır. Səbəb kimi xarici xüsusi xidmət orqanlarının fəaliyyəti və regionda cinayətkar qrupların mövcudluğu göstərilib.Məlumatlara görə, sammitdə Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri  Merz və Avropa Komissiyasının sədri Ursula von der Leyen də daxil olmaqla bir sıra Avropa liderlərinin iştirakı gözlənilir.Bununla yanaşı, Serbiya parlamentinin sədri Ana Brnabić Vuçiçin təhlükəsizlik xəbərdarlığına...

05 İyun 2026, 10:49

Sibiqa: Macarıstanla münasibətlərdə yeni səhifə açılır  

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Macarıstanla münasibətlərdə yeni mərhələnin başlandığını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O, Ukraynanın Avropa İttifaqına qəbul prosesi ilə bağlı irəliləyişə görə Aİ Şurasının Kipr sədrliyinə təşəkkürünü bildirib və bütün üzv dövlətlərin, Avropa Komissiyasının və Aİ institutlarının dəstəyini yüksək qiymətləndirib.Sibiha xüsusilə Macarıstanın prosesdə rolunu vurğulayaraq, Budapeştin son dövrlərdə konstruktiv mövqe sərgilədiyini qeyd edib.“Biz Ukrayna–Macarıstan münasibətlərində qarşılıqlı hörmət, etimad və ortaq Avropa gələcəyi üzərində qurulan yeni bir səhifə açırıq”, – deyə nazir bildirib.Məlumata əsasən, iyunun 4-də Aİ üzv dövlətləri Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilkin mərhələsinə...

05 İyun 2026, 10:46

Bolqarıstan dairəvi iqtisadiyyatı milli prioritet elan edib  

Bolqarıstan dairəvi iqtisadiyyatın inkişafını uzunmüddətli milli prioritet kimi müəyyən edib.Citypost.az Bolqarıstanın BTA agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın ətraf mühit və su ehtiyatları naziri Rositsa Karamfilova Yaşıl Keçid Forumu 6.0 çərçivəsində keçirilən panel müzakirəsində bildirib.Nazir qeyd edib ki, dairəvi iqtisadiyyat, iqlim dəyişikliyi ilə mübarizə və su ehtiyatlarının dayanıqlılığı Avropa ölkələrinin iqtisadiyyatı, təhlükəsizliyi və ictimai sağlamlığı üçün strateji əhəmiyyət daşıyır.Onun sözlərinə görə, hökumət davamlı biznesin inkişafı ilə ətraf mühitin qorunması arasında balans yaratmağı, həmçinin yeni çağırışları imkanlara çevirməyi hədəfləyir.Rositsa Karamfilova vurğulayıb ki, Bolqarıstan təkrar emalın genişləndirilməsi, tullantıların idarə olunması, resurslardan səmərəli istifadə və təmiz texnologiyaların inkişafını prioritet istiqamətlər kimi...

05 İyun 2026, 10:44

Cənubi Koreya və Çin hava nəqliyyatı hüquqlarını genişləndirib  

Cənubi Koreya və Çin yeddi ildən sonra ilk dəfə hava nəqliyyatı hüquqlarının genişləndirilməsi barədə razılığa gəliblər.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,tərəflər arasında həftəlik uçuşların sayının artırılması ilə bağlı anlaşma əldə olunub. Bu addım iki Asiya ölkəsi arasında münasibətlərin istiləşməsi kimi qiymətləndirilir.Razılaşma 27–28 may tarixlərində Seulda keçirilən ikitərəfli aviasiya danışıqları zamanı imzalanıb.Yeni sənədə əsasən, sərnişin daşımaları üzrə həftəlik uçuş hüquqları 56 artırılaraq 608-dən 664-ə yüksəldilib. Yük daşımaları üzrə isə həftəlik kvota 14 artırılaraq 54-dən 68-ə çatdırılıb.Saziş həmçinin Cənubi Koreyanın Busan və digər regional hava limanlarından Çinin 10 şəhərinə uçuş imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bu şəhərlər arasında Quançjou, Çendu, Şençjen, Çunçin...

05 İyun 2026, 10:41

Rusiya Qarabağda sosial proqramların həyata keçirilməsində iştirak edəcəyini açıqlayıb

Rusiya Qarabağda sosial proqramların həyata keçirilməsində iştirak etməyə hazırdır.Citypost.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki,bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya–Azərbaycan” sessiyasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.Qaluzinin sözlərinə görə, hazırda Rusiyanın dəstəyi ilə regionda uşaq bağçasının tikintisi üzrə layihə həyata keçirilir. O, həmçinin rusiyalı iş adamlarının regionda biznes layihələrinə marağının artdığını qeyd edib.Rusiya XİN rəsmisi vurğulayıb ki, bu tendensiya gələcəkdə Rusiya və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin daha da güclənməsi üçün əlverişli zəmin yarada bilər.Onun sözlərinə görə, Rusiya sahibkarlarının regionda müxtəlif investisiya layihələrinə marağının artması əməkdaşlığın inkişafına yeni imkanlar açır.Əli...

05 İyun 2026, 10:37

Paşinyan Ermənistanın KTMT-dən çıxmasını istisna etməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan zərurət yaranacağı təqdirdə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bildirib.Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.Paşinyan seçkiqabağı debatlar zamanı Ermənistanın KTMT-də üzvlüyü məsələsinə münasibət bildirib. "Güclü Ermənistan" Partiyasının nümayəndəsi Narek Karapetyan təşkilatda iştirakın "dondurulması" anlayışının nə demək olduğunu və Yerevanın tənqidlərinə baxmayaraq niyə hələ də blokdan çıxmadığını soruşub.Baş nazir cavabında bildirib ki, müvafiq qərar ehtiyac yaranarsa qəbul ediləcək.“Qərar verəcəyik və çıxacağıq. Lazım olsa, çıxacağıq. Mən demişəm ki, geri qayıtmayacağıq”, – deyə Paşinyan vurğulayıb.Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanın Rusiya ilə münasibətləri qırmaq kursu...

05 İyun 2026, 09:43