Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-ın nüvə silahlarına xərcləri 22 faiz artıb

Cəmiyyət 10 İyun 2026, 08:00

204

ABŞ-ın nüvə silahlarına ayırdığı vəsait 2025-ci ildə əvvəlki illə müqayisədə 22 faiz artaraq 69,2 milyard dollara çatıb.

APA xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatında bildirilir.

“ABŞ yenidən nüvə silahına malik bütün digər dövlətlərin birlikdə xərclədiyindən daha çox vəsait sərf edib – 69,2 milyard dollar”, - hesabatda qeyd olunur.

Sənədə əsasən, nüvə silahlarına ən çox vəsait ayıran ölkələr arasında ikinci yerdə Çin (13,5 milyard dollar), üçüncü yerdə Böyük Britaniya (12,6 milyard dollar), dördüncü yerdə isə Rusiya (9,5 milyard dollar) qərarlaşıb.

ICAN ekspertlərinin hesablamalarına görə, hesabatda yer alan doqquz nüvə dövlətinin ümumi xərcləri təxminən 119 milyard dollar təşkil edib.

Qeyd edək ki, ICAN 2007-ci ildə Avstraliyanın Melburn şəhərində yaradılmış qeyri-hökumət təşkilatları koalisiyasıdır və nüvə silahlarının tam ləğvini hədəfləyir. Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı təsdiqlənib 

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

10 İyun 2026, 10:00

Xəzərdə zəlzələ olub 

Xəzərdə zəlzələ olub.Bu barədə Citypost.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.3 maqnitudalı yeraltı təkan yerli vaxtla 08:55-də, 48 km dərinlikdə baş verib.

10 İyun 2026, 09:20

Yasamal və Nizami rayonlarında işıq kəsiləcək

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 10-da Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi...

10 İyun 2026, 09:10

Şəhid Fəti Fətizadənin xatirəsi anılıb

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Fəti Fətizadənin xatirəsi Beyləqan rayonunda anılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Beyləqan Rayon İcra Hakimiyyətinin və Beyləqan Gənclər Evinin təşkilatçılığı ilə keçirilən anım tədbirində əvvəlcə şəhidlərin xatirəsi ehtiramla yad edilib.Tədbirdə çıxış edən şəhid anası Nüşabə Əliyeva Fəti Fətizadənin həyat və döyüş yolundan, onun yüksək vətənpərvərlik ruhundan, Vətənə bağlılığından və göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıb. Məlumat verilib ki, Fətizadə Fəti Ağamoğlan oğlu 1998-ci il iyun ayının 10-da Beyləqan rayonu Birinci Şahsevən kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Qubadlı, Füzuli,...

10 İyun 2026, 08:55

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Citypost.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib.Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.Daha sonra müqavilə-hüquq...

10 İyun 2026, 08:33

Bakıda bu yollarda sıxlıq var

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;2. Heydər Əliyev prospekti kənar yol, "Koroğlu" metro stansiyası istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;7. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;9. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;10....

10 İyun 2026, 08:20