Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı təsdiqlənib
Cəmiyyət 10 İyun 2026, 10:00
470
Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı təsdiq edilib.
Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.Citypost.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:"Kitabxanalar dövlət üçün prioritetdir. Bu...
10 İyun 2026, 12:23
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu bu tarixdə bağlı olacaq
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Baş Konsulluğu 15 iyun tarixində fəaliyyət göstərməyəcək."Report" xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.Qeyd olunub ki, buna səbəb 15 İyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda qeyri-iş günü olmasıdır."Fövqəladə və təcili təxirəsalınmaz hallarda +7 (911) 717-39-99 qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.
10 İyun 2026, 12:07
Zakir Həsənov Serbiyaya səfər edib
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb....
10 İyun 2026, 12:05
İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm"....
10 İyun 2026, 11:42
İran MAQATE sənədini sərt tənqid edib
İran ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edib və bunu “yeni təcavüzü haqlı çıxarmaq cəhdi” kimi qiymətləndirib.Citypost.az-a İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ABŞ-ın MAQAT-nin İdarə Heyətinə təqdim etdiyi sənədə münasibət bildirib.Qeyd olunub ki, ABŞ İranı əməkdaşlıqdan imtina etməkdə ittiham edən “təxribatçı” qətnamənin qəbuluna çalışır. Tehran tərəfi isə bildirir ki, məhz ABŞ-ın addımları səbəbindən İranın nüvə obyektlərinə dəyən ziyanın tam şəkildə yoxlanılması mümkün olmayıb.Bəyanatda vurğulanıb ki, sözügedən təşəbbüs 2025-ci ilin iyun və noyabr aylarında baş verən hadisələr fonunda yeni hərbi və ya siyasi təzyiqlərə bəraət qazandırmaq məqsədi daşıyır.İran tərəfi ABŞ-ın yanaşmasını rədd edərək,...
10 İyun 2026, 11:32
Ali Məhkəmə saxta sənədlərlə daşınmaz əmlak əldə edilməsi halları barədə qərar verib
Ali Məhkəmə daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm qərardad qəbul edib.Bu barədə Citypost.az-a Ali Məhkəmədən bildirilib.Məlumata görə, son illər məhkəmə təcrübəsində tez-tez rast gəlinən hallardan biri daşınmaz əşyanın saxta sənədlər, etibarnamələr əsasında və ya digər hüquqazidd yollarla əsl mülkiyyətçinin əlindən çıxaraq sonradan bir və ya bir neçə şəxsə satılması ilə bağlıdır. Bir müddət sonra həqiqi mülkiyyətçi hüququnun pozulduğunu aşkar edərək mənzilin geri qaytarılmasını tələb edir: Bu zaman məhkəmə qarşısında iki mənafe dayanır- əmlakından iradəsi xaricində məhrum olmuş əsl mülkiyyətçinin mənafeyi, əmlakı əldə edərkən dövlət reyestrinin məlumatlarına etimad etmiş...
10 İyun 2026, 11:23