Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

Cəmiyyət 10 İyun 2026, 08:33

383

Vilnüs şəhərində Azərbaycan və Litva Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Citypost.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Litva nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Audra Plepite rəhbərlik edib.

Məsləhətləşmələr zamanı Azərbaycan ilə Litva arasında mövcud siyasi münasibətlərin cari vəziyyəti geniş şəkildə müzakirə olunub və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin davamlı xarakter daşımasının əhəmiyyəti vurğulanıb. Həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri kontekstində əməkdaşlığın gələcək perspektivləri dəyərləndirilib.

Daha sonra müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində mövcud planlar ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin və qarşılıqlı fəaliyyətin davam etdirilməsi və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərinə diqqət yönəldilib.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə olunub.

Səfər çərçivəsində F.Rzayev, həmçinin Litvanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib, eləcə də elmi-tədqiqat mərkəzində deyirmi masa müzakirələrində iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sosioloq: Geyimin inkişafla əlaqəsi yoxdur

Sosioloq Elnar Bulud cəmiyyətdə vaxtaşırı müzakirə olunan geyim və inkişaf mövzusuna münasibət bildirib.Citypost.az xəbər verir ki, Elnar Bulud qeyd edib ki, şortik və ya digər açıq geyim formaları ilə ölkələrin inkişaf səviyyəsi arasında hər hansı səbəb-nəticə əlaqəsi mövcud deyil. Sosioloqun fikrincə, inkişaf iqtisadi, siyasi, sosial və institusional amillərin təsiri altında formalaşan mürəkkəb prosesdir və onu geyim seçimi ilə əlaqələndirmək elmi əsaslara söykənmir.E.Bulud bildirib ki, inkişaf nəzəriyyələri və akademik ədəbiyyatda heç bir ciddi tədqiqatçı hər hansı xalqın inkişafını geyim tərzi ilə izah etmir. Onun sözlərinə görə, bu mövzuda aparılan müzakirələr çox vaxt elmi yanaşmadan uzaq olur.Sosioloq vurğulayıb ki, Qərb ölkələrinin inkişafı...

10 İyun 2026, 11:02

Fərhad Mehdiyevdən valideynlərə çağırış

Hüquqşünas Fərhad Mehdiyev valideynlərə yeniyetmə övladlarının psixoloji vəziyyətinə qarşı daha diqqətli olmağı tövsiyə edib.Citypost.az xəbər verir ki, hüquqşünas bildirib ki, yeniyetməlik və gənclik dövründə uşaqlar müxtəlif səbəblərdən özlərini tənha, anlaşılmamış və təzyiq altında hiss edə bilərlər. Bu səbəbdən valideynlərin övladları ilə açıq ünsiyyət qurması və onların problemlərinə həssas yanaşması vacibdir.F.Mehdiyevin sözlərinə görə, valideynlər övladlarında narahatlıq, qapanıqlıq və ya davranış dəyişiklikləri müşahidə etdikdə onlarla səmimi söhbət etməli, hər hansı çətinliklə üzləşdikləri halda tək olmadıqlarını hiss etdirməlidirlər.Hüquqşünas qeyd edib ki, yeniyetmələr məktəbdə bullinqə məruz qala, dost çevrəsində problemlər yaşaya, təhsil göstəricilərinə görə narahatlıq keçirə və ya müxtəlif istismar halları ilə qarşılaşa bilərlər....

10 İyun 2026, 10:53

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.Bu barədəCitypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Məlumata əsasən, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək: "Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz"....

10 İyun 2026, 10:52

Xanım jurnalist yaşadığı yol insidentini açıqladı

Tanınmış jurnalist, REAL TV-nin əməkdaşı Ülviyyə Hüseynova yol hərəkəti zamanı qarşılaşdığı insidentlə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, hadisə iki gün əvvəl 8 Noyabr prospektində baş verib. Onun sözlərinə görə, avtobus zolağının qüvvədə olmadığı saatda sağ zolaqla hərəkət etdiyi zaman arxadan gələn taksi sürücüsü davamlı olaraq işıq siqnalları verərək yol tələb edib. Ü.Hüseynova qeyd edib ki, ötmə üçün sol zolaq boş olsa da, sürücü ara məsafəsini saxlamadan bir neçə dəqiqə bu hərəkətini davam etdirib.Jurnalistin sözlərinə görə, sağa dönmək niyyətində olduğu üçün zolağını dəyişməyib və nəticədə tərəflər arasında mübahisə yaranıb. O iddia edib ki, taksi sürücüsü ona qarşı...

10 İyun 2026, 10:34

Azərbaycan XİN Portuqaliyanı təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Portuqaliyanı bu ölkənin Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib."Portuqaliya Hökumətini və xalqını Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik", - deyə paylaşımda qeyd edilib.

10 İyun 2026, 10:27

Yasamalda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırlıb

Bakıda yanğın təhlükəli mebel sexinin fəaliyyəti dayandırlıb.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Mövcud vəziyyətin obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyi qənaətinə gəlinib.Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub....

10 İyun 2026, 10:22