Bizə yazın

Baku

-°C

USD

-

Xanım jurnalist yaşadığı yol insidentini açıqladı

Cəmiyyət 10 İyun 2026, 10:34

389

Tanınmış jurnalist, REAL TV-nin əməkdaşı Ülviyyə Hüseynova yol hərəkəti zamanı qarşılaşdığı insidentlə bağlı paylaşım edib.

Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, hadisə iki gün əvvəl 8 Noyabr prospektində baş verib. Onun sözlərinə görə, avtobus zolağının qüvvədə olmadığı saatda sağ zolaqla hərəkət etdiyi zaman arxadan gələn taksi sürücüsü davamlı olaraq işıq siqnalları verərək yol tələb edib. Ü.Hüseynova qeyd edib ki, ötmə üçün sol zolaq boş olsa da, sürücü ara məsafəsini saxlamadan bir neçə dəqiqə bu hərəkətini davam etdirib.

Jurnalistin sözlərinə görə, sağa dönmək niyyətində olduğu üçün zolağını dəyişməyib və nəticədə tərəflər arasında mübahisə yaranıb. O iddia edib ki, taksi sürücüsü ona qarşı nalayiq ifadələr işlədərək təhqirə yol verib.

Baş verən hadisədən sonra Ülviyyə Hüseynova Daxili İşlər Nazirliyinin 102 Xidmətinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini bildirib. Onun sözlərinə görə, müraciətə operativ baxılıb və sürücü polis bölməsinə dəvət olunub.

Jurnalist qeyd edib ki, sürücü etdiyi hərəkətə görə üzr istəyib. Taksi sürücüsü davranışını avtomobildə olan sərnişinlərin, xüsusilə uşaqların yaratdığı gərginliklə əlaqələndirib.

Ülviyyə Hüseynova müraciətinə operativ reaksiya göstərən Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü ifadə edib. O, vətəndaşları hüquqlarını qorumağa, sürücüləri isə yollarda təmkinli və qarşılıqlı hörmət çərçivəsində davranmağa çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah 33 dərəcə isti olacaq 

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozuBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə...

10 İyun 2026, 12:33

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib 

Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.Citypost.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:"Kitabxanalar dövlət üçün prioritetdir. Bu...

10 İyun 2026, 12:23

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu bu tarixdə bağlı olacaq

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Baş Konsulluğu 15 iyun tarixində fəaliyyət göstərməyəcək."Report" xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.Qeyd olunub ki, buna səbəb 15 İyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda qeyri-iş günü olmasıdır."Fövqəladə və təcili təxirəsalınmaz hallarda +7 (911) 717-39-99 qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.

10 İyun 2026, 12:07

Zakir Həsənov Serbiyaya səfər edib 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb....

10 İyun 2026, 12:05

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm"....

10 İyun 2026, 11:42

İran MAQATE sənədini sərt tənqid edib

İran ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edib və bunu “yeni təcavüzü haqlı çıxarmaq cəhdi” kimi qiymətləndirib.Citypost.az-a İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ABŞ-ın MAQAT-nin İdarə Heyətinə təqdim etdiyi sənədə münasibət bildirib.Qeyd olunub ki, ABŞ İranı əməkdaşlıqdan imtina etməkdə ittiham edən “təxribatçı” qətnamənin qəbuluna çalışır. Tehran tərəfi isə bildirir ki, məhz ABŞ-ın addımları səbəbindən İranın nüvə obyektlərinə dəyən ziyanın tam şəkildə yoxlanılması mümkün olmayıb.Bəyanatda vurğulanıb ki, sözügedən təşəbbüs 2025-ci ilin iyun və noyabr aylarında baş verən hadisələr fonunda yeni hərbi və ya siyasi təzyiqlərə bəraət qazandırmaq məqsədi daşıyır.İran tərəfi ABŞ-ın yanaşmasını rədd edərək,...

10 İyun 2026, 11:32