Bizə yazın

Baku

-°C

USD

-

Sosioloq: Geyimin inkişafla əlaqəsi yoxdur

Cəmiyyət 10 İyun 2026, 11:02

344

Sosioloq Elnar Bulud cəmiyyətdə vaxtaşırı müzakirə olunan geyim və inkişaf mövzusuna münasibət bildirib.

Citypost.az xəbər verir ki, Elnar Bulud qeyd edib ki, şortik və ya digər açıq geyim formaları ilə ölkələrin inkişaf səviyyəsi arasında hər hansı səbəb-nəticə əlaqəsi mövcud deyil. Sosioloqun fikrincə, inkişaf iqtisadi, siyasi, sosial və institusional amillərin təsiri altında formalaşan mürəkkəb prosesdir və onu geyim seçimi ilə əlaqələndirmək elmi əsaslara söykənmir.

E.Bulud bildirib ki, inkişaf nəzəriyyələri və akademik ədəbiyyatda heç bir ciddi tədqiqatçı hər hansı xalqın inkişafını geyim tərzi ilə izah etmir. Onun sözlərinə görə, bu mövzuda aparılan müzakirələr çox vaxt elmi yanaşmadan uzaq olur.

Sosioloq vurğulayıb ki, Qərb ölkələrinin inkişafı da geyim azadlığı və ya açıq geyim mədəniyyəti ilə bağlı deyil. O hesab edir ki, qısa və açıq geyimlərin yayılması daha çox sonrakı dövrlərdə baş verən sosial-mədəni dəyişikliklərin, o cümlədən seksual inqilabın və moda sənayesinin inkişafının nəticəsidir.

Elnar Buludun fikrincə, cəmiyyətlərdə inkişaf məsələləri müzakirə olunarkən diqqət əsasən təhsil, elm, iqtisadiyyat, idarəetmə və institutların fəaliyyətinə yönəldilməlidir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah 33 dərəcə isti olacaq 

İyunun 11-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava proqnozuBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-21° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə...

10 İyun 2026, 12:33

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib 

Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.Citypost.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:"Kitabxanalar dövlət üçün prioritetdir. Bu...

10 İyun 2026, 12:23

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu bu tarixdə bağlı olacaq

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Baş Konsulluğu 15 iyun tarixində fəaliyyət göstərməyəcək."Report" xəbər verir ki, bu barədə konsulluq məlumat yayıb.Qeyd olunub ki, buna səbəb 15 İyun Milli Qurtuluş Günü münasibətilə Azərbaycanda qeyri-iş günü olmasıdır."Fövqəladə və təcili təxirəsalınmaz hallarda +7 (911) 717-39-99 qaynar xətti ilə əlaqə saxlamağınız tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.

10 İyun 2026, 12:07

Zakir Həsənov Serbiyaya səfər edib 

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb....

10 İyun 2026, 12:05

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Antoniu Joze Sequrunu bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.İnanıram ki, qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Portuqaliya əlaqələrinin inkişafı və əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah və firavanlıq diləyirəm"....

10 İyun 2026, 11:42

İran MAQATE sənədini sərt tənqid edib

İran ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) təqdim etdiyi qətnamə layihəsini kəskin tənqid edib və bunu “yeni təcavüzü haqlı çıxarmaq cəhdi” kimi qiymətləndirib.Citypost.az-a İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi ABŞ-ın MAQAT-nin İdarə Heyətinə təqdim etdiyi sənədə münasibət bildirib.Qeyd olunub ki, ABŞ İranı əməkdaşlıqdan imtina etməkdə ittiham edən “təxribatçı” qətnamənin qəbuluna çalışır. Tehran tərəfi isə bildirir ki, məhz ABŞ-ın addımları səbəbindən İranın nüvə obyektlərinə dəyən ziyanın tam şəkildə yoxlanılması mümkün olmayıb.Bəyanatda vurğulanıb ki, sözügedən təşəbbüs 2025-ci ilin iyun və noyabr aylarında baş verən hadisələr fonunda yeni hərbi və ya siyasi təzyiqlərə bəraət qazandırmaq məqsədi daşıyır.İran tərəfi ABŞ-ın yanaşmasını rədd edərək,...

10 İyun 2026, 11:32