Bizə yazın

Baku

-°C

USD

-

Hindistan səfiri Lənkəran və Lerikdə muzeylərdə olub

Cəmiyyət 11 İyun 2026, 10:41

286

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran və Lerik rayonlarında bir sıra görüşlər keçirib.

Səfirlikdən Citypost.az-a verilən xəbərə görə, səfərin məqsədi Hindistan və Azərbaycan arasında mədəniyyət, sağlamlıq, kənd təsərrüfatı və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olub.

Səfir əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Muzeyin direktoru Leyla Məcidova ilə görüş zamanı ona bölgənin zəngin tarixi-mədəni irsi və muzeyin bu irsin qorunmasındakı rolu barədə məlumat verilib.

Səfər çərçivəsində Yenee Wellness Centerdə olan diplomat mərkəzin baş həkimi Emil Hidayətli ilə görüşüb. Tərəflər Azərbaycanda ayurveda, yoqa və holistik sağlamlıq təcrübələrinin təşviqi imkanlarını müzakirə ediblər. Görüşdə Beynəlxalq Yoqa Günü ərəfəsində sağlam həyat tərzinin təşviqinin əhəmiyyəti vurğulanıb.

Abhay Kumar Lənkərandakı yaşıl çay plantasiyasını da ziyarət edərək müəssisənin sahibi və direktoru Araz Yaqubov ilə görüşüb. Görüş zamanı bölgənin çayçılıq ənənələri, müasir becərmə üsulları və çay istehsalının yerli kənd təsərrüfatındakı rolu barədə fikir mübadiləsi aparılıb. Tərəflər Hindistan və Azərbaycanın ortaq çay mədəniyyətini vurğulayaraq bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Səfir həmçinin Hirkan Milli Parkı və Xanbulan gölünü ziyarət edərək bölgənin bioloji müxtəlifliyi və təbii irsi ilə tanış olub. Səfər zamanı ərazinin ekoloji əhəmiyyəti və təbiətin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Lerik rayonunda isə diplomat Uzunömürlülük Muzeyini ziyarət edib. Muzeyin baş kuratoru Mətanət Quliyeva qonağa muzeyin eksponatları və Lerikin uzunömürlülük ənənələri barədə məlumat verib. Talış dağlarında yerləşən rayonun beynəlxalq səviyyədə “Uzunömürlülər Diyarı” kimi tanındığı qeyd olunub.

Səfərin yekununda Abhay Kumar göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, mədəniyyət, sağlamlıq, dayanıqlı kənd təsərrüfatı, ekoturizm və ətraf mühitin mühafizəsi sahələrində Hindistan ilə Azərbaycan arasında əməkdaşlığın və insanlararası əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 

İyunun 12-də Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

11 İyun 2026, 11:50

Nigar Sabirqızı DİN-ə müraciət etdi: “Avant” qanunu heçə sayır

Tanınmış teleaparıcı Nigar Sabirqızı “Avant”la bağlı növbəti dəfə narazılığını ifadə edib.Citypost.az xəbər verir ki, aparıcı  sosial şəbəkə hesabında paylaşdığı statusda gecə saatlarında aparılan işlərin ətrafda yaşayan sakinlərin istirahətinə mane olduğunu bildirib.Aparıcının sözlərinə görə, gecə saat 3 radələrində belə ərazidə səs-küylü işlər davam etdirilir və bu, insanların rahatlığını pozur.“Gecə saat 3 və yenə “Avant” sakinlərə yatmağa imkan vermir. Bu işi bir az sakit görmək olmaz? Əlbəttə, olar. Amma bunlara elə şərait yaradıblar ki, heç kimi düşünmürlər. Ətrafdakıları düşünmək üçün ən başlıcası insanlıq lazımdır. Bunlarda nə insanlıq var, nə mədəniyyət, nə də qanuna hörmət”, – deyə Nigar Sabirqızı qeyd edib.Teleaparıcı paylaşımında məsələ...

11 İyun 2026, 10:19

Bəzi rayonlara leysan yağır - FAKTİKİ HAVA 

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 11-i saat 10:00-a olan məlumatında qeyd edilib.Düşən yağıntının miqdarı Daşkəsəndə 22, Şəmkirdə 14, Gədəbəydə 13, Tovuz, Kişçayda (Şəki) 11, Goranboyda 8, Göygöldə 6, Qax, Yevlaxda 5, Oğuzda 4, Şahbuz, Mingəçevir, Ağstafa, Zaqatala, Zərdab,Tərtər, Yardımlıda 3, Ordubad, Ağdam, Balakəndə 2, Sədərək, Şərur, Culfa, Bərdə, Gəncə, İmişli, Qəbələ, Şahdağ, Xınalıq, Qusar, Qrız, Göyçay, Naftalan, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək qeydə alınır.İyunun 10-da saat 20:10 radələrində Kəlbəcər rayonuna, saat 21:23-21:30 radələrində Gədəbəy rayonuna...

11 İyun 2026, 10:15

Tural İrfan: Kitaba xor baxmaq tarixə xor baxmaqdır

Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural İrfan kitabxanaların fəaliyyətinin məhdudlaşdırılması və onların cəmiyyətdəki rolunun zəiflədilməsi cəhdlərini tənqid edib.O, Citypost.az-a açıqlamasında bildirib ki, kitabxanalar cəmiyyət üçün ən müqəddəs məkanlardan biridir və onların əhəmiyyətini heç bir müasir texnoloji resurs əvəz edə bilməz.Tural İrfanın sözlərinə görə, kitabxana yalnız kitabların toplandığı yer deyil, həm də mənəvi dəyərlərin, bilik və mədəniyyətin qorunduğu bir məbəddir:“Kitabxanalar məscidlər qədər müqəddəsdir. Kitab ətri, kitabxana qoxusu, onun yaratdığı nostalji hisslər insanın mənəvi, psixoloji tərbiyəsinə, əxlaqına, etik və estetik dünyagörüşünə təsir göstərir. Müasir texnologiyalar inkişaf etsə də, kitabın və kitabxananın yerini tam şəkildə verə bilmir”.Dinşünas vurğulayıb ki,...

11 İyun 2026, 10:05

Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar Ucar stansiyasında hər iki istiqamətdə dayanacaq 

Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul 2026-cı il tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək.Bu barədə Citypost.az "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, hərəkət cədvəli ilə saytımızda və ya “ADY Mobile” tətbiqində tanış olmaq mümkündür.

11 İyun 2026, 09:55

Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib

Laçın Rayon Polis Şöbəsinin rəhbərliyi, Dövlət Yol Polisi Bölməsi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində işğaldan azad olunmuş Laçın şəhərində yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirilir.Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Citypost.az-a verilən məlumata görə, layihə çərçivəsində şəhər ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə bir sıra tədbirlər görülüb. Belə ki, nəqliyyat vasitələrinin və piyadaların rahat, təhlükəsiz və nizamlı hərəkətini təmin etmək üçün çatışmayan yol nişanları quraşdırılıb, istismar müddəti başa çatmış yol nişanlanma xətləri yenidən çəkilərək bərpa olunub.Həmçinin yol infrastrukturunun müasir standartlara...

11 İyun 2026, 09:30