Bizə yazın

Baku

-°C

USD

-

İordaniya İrandan atılmış 20 raketi məhv edib 

Cəmiyyət 11 İyun 2026, 13:19

475

İordaniya Silahlı Qüvvələri İrandan krallıq ərazisi istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.

"Report" xəbər verir ki, bu barədə İordaniyanın dövlət televiziyası Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Rəsmi hərbi mənbənin məlumatına əsasən, İordaniya Kral Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sistemləri və təyyarələri bu gün İrandan Zərqa vilayətindəki Əzraq rayonu istiqamətində atılmış 20 raketi ələ keçirərək məhv edib.

Raket qalıqlarının yerə düşməsi insan tələfatına və maddi ziyana səbəb olmayıb.

"Ordunun mühəndis bölmələri partlayıcı maddələrin olmadığına əmin olmaq üçün raket qalıqlarını zərərsizləşdirib", - bəyanatda deyilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib 

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.Zati-aliləri.Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.Bruney-Darüssəlam ilə Azərbaycan Respublikası arasında otuz ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə ümidvaram.Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu"....

11 İyun 2026, 14:40

İmtahana gedən tələbə universitetin yaxınlığında xəndəyə düşdü 

19 yaşlı tələbə Əsgər Cabbarov imtahan verməyə gedən zaman universitetin qapısının bir neçə addımlığında qazılan xəndəyə düşüb.Citypost.az Real TV-ə istinadla xəbər verir ki, onu huşsuz vəziyyətdə tələbə yoldaşları tapıblar.Əsgər Cabbarov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.Əməliyyat olunandan sonra ambulator müalicə üçün evə buraxılıb.Hadisənin ən ağrılı tərəfi isə bundan sonra baş verib. Zərərçəkən şəxsin anası Gülsarə Cabbarovanın sözlərinə görə, hadisənin səbəbkarı olan və ərazidə təmir-tikinti işləri aparan "Caspian Construction" şirkəti oğlunun vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayıb.Kəllə-beyin travması alan və bir neçə əməliyyat keçirən gəncə kompensasiya da ödənilməyib....

11 İyun 2026, 14:38

Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığa dair protokol imzalanıb 

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.ADY-dən Citypost.az-a  verilən məlumata görə, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Astara Terminalı...

11 İyun 2026, 14:20

Azov dənizində dron hücumunda həlak olan Məhəmməd Əliyev Zaqatalada dəfn olunub

Azov dənizində yük gəmisinə dron hücumu nəticəsində həlak olan gəmi kapitanının köməkçisi Məhəmməd Əliyev dəfn olunub.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 29 yaşlı Məhəmməd Əliyevin nəşi doğulduğu Zaqatala rayonu Aşağı Tala kəndinə gətirilib.Onunla vida mərasimi keçirilib.Vida mərasimindən sonra Məhəmməd Əliyev doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.

11 İyun 2026, 14:09

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb 

Azərbaycanda Məhərrəm ayı iyunun 16-na, Aşura günü isə 25 iyuna təsadüf edəcək.Citypost.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar ölkə müsəlmanlarına müraciətində qeyd edilib.Qazılar Şurası dindarlara xatırladır ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir:"Eyni zamanda, qazılar və imamlar "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirməlidirlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi...

11 İyun 2026, 13:45

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb 

Azərbaycan ilə İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimlərini hazırlayaraq təsdiq edib.Citypost.az bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.Bu barədə razılıq iyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclasında əldə olunub.İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və...

11 İyun 2026, 13:25