Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığa dair protokol imzalanıb
Cəmiyyət 11 İyun 2026, 14:20
361
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.
ADY-dən Citypost.az-a verilən məlumata görə, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.
Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Astara Terminalı tam istifadəyə verildikdən sonra illik 3,5-4 milyon ton yükötürmə qabiliyyəti ilə yük əməliyyatlarının daha səmərəli təşkilinə və regionun tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verəcək. İki ölkə arasında nəqliyyat-logistika əməkdaşlığının strateji komponentlərindən biri olan Astara Terminalının fəaliyyəti qarşılıqlı yük dövriyyəsinin artırılmasına, beynəlxalq yükdaşımaların sürətləndirilməsinə və Şimal-Cənub dəhlizinin rəqabətqabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.
Həmçinin oxuyun
Sonda Astara Terminalının tikintisinin tamamlanması və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb.
Qeyd edək ki, 2026-cı ilin 5 ayında Astara terminalında 345 min tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 26 faiz çoxdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Naxçıvanda vətəndaşları qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təminolunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.Nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb....
11 İyun 2026, 16:40
14 min manatlıq qızıl oğurlayanlar saxlanıldı
Bakının Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.Araşdırmalar davam etdirilir.
11 İyun 2026, 16:23
İlham Əliyev bu şəxslərə yüksək vəzifə verdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.İndiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.
11 İyun 2026, 16:13
Bahadur Rzayev müavini təyin edildi
Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Məlumat üçün bildirək ki, yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.Qeyd edək ki, B.Rzayev "Yüksəliş" müsabiqəsinin finalçısı olub.2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Rzayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb.O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və...
11 İyun 2026, 15:27
Bakıda bu dönərxa qapadıldı
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ənvər Ağa Rəhim oğluna məxsus “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.Citypost.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlama zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb. Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib....
11 İyun 2026, 15:07
Bu ölkədə "Flaminqo inqilabı" baş verir
Albaniyada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkənin siyasi gündəmini dəyişib.Citypost.az xəbər verir bu barədə "Bloomberg" nəşri məlumat yayıb.Nəşrin məlumatına görə, paytaxt Tiranda minlərlə insan əvvəlcə Sazan adası və Zverneç yarımadasında elit kurortların tikintisinə qarşı etiraz etsə də, aksiyalar sonradan hakimiyyətin dəyişdirilməsi tələbləri ilə müşayiət olunan geniş ictimai hərəkat xarakteri alıb.Etirazçılar hesab edirlər ki, hökumət iri investisiya layihələri naminə ölkənin təbii sərvətlərini və ekoloji tarazlığını təhlükə altına atır.Məlumata görə, narazılığa səbəb olan layihələrdən biri ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin 5 milyard dollar dəyərində investisiya layihəsidir. Layihə Sazan adası və Zverneç yarımadasında turizm obyektlərinin inşasını nəzərdə tutur....
11 İyun 2026, 14:56