Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb
Cəmiyyət 11 İyun 2026, 13:25
442
Azərbaycan ilə İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimlərini hazırlayaraq təsdiq edib.
Citypost.az bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Bu barədə razılıq iyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclasında əldə olunub.
İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.
Həmçinin oxuyun
Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji" ASC-nin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bahadur Rzayev müavini təyin edildi
Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müavini təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Məlumat üçün bildirək ki, yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.Qeyd edək ki, B.Rzayev "Yüksəliş" müsabiqəsinin finalçısı olub.2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində "Səhiyyə siyasəti və idarəolunması" ixtisası üzrə təhsilini proqram birincisi kimi başa vuran Bahadur Rzayev Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində təşkilatların idarəolunması üzrə magistr təhsili alıb.O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və...
11 İyun 2026, 15:27
Bakıda bu dönərxa qapadıldı
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 45 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Ənvər Ağa Rəhim oğluna məxsus “Le Beirut” ictimai iaşə müəssisəsində yoxlama aparılıb.Citypost.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlama zamanı qida təhlükəsizliyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi çıxarışı olmadan dönər məhsulları istehsal etdiyi, ət məhsullarının minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin olmadığı, etiket məlumatları olmayan xammallardan istifadə edildiyi aşkarlanıb. Həmçinin soyuq qəlyanaltıların saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, mətbəxdə texnoloji ardıcıllığın pozulduğu, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən olunub.Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib....
11 İyun 2026, 15:07
Bu ölkədə "Flaminqo inqilabı" baş verir
Albaniyada son iki həftədir davam edən kütləvi etiraz aksiyaları ölkənin siyasi gündəmini dəyişib.Citypost.az xəbər verir bu barədə "Bloomberg" nəşri məlumat yayıb.Nəşrin məlumatına görə, paytaxt Tiranda minlərlə insan əvvəlcə Sazan adası və Zverneç yarımadasında elit kurortların tikintisinə qarşı etiraz etsə də, aksiyalar sonradan hakimiyyətin dəyişdirilməsi tələbləri ilə müşayiət olunan geniş ictimai hərəkat xarakteri alıb.Etirazçılar hesab edirlər ki, hökumət iri investisiya layihələri naminə ölkənin təbii sərvətlərini və ekoloji tarazlığını təhlükə altına atır.Məlumata görə, narazılığa səbəb olan layihələrdən biri ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin 5 milyard dollar dəyərində investisiya layihəsidir. Layihə Sazan adası və Zverneç yarımadasında turizm obyektlərinin inşasını nəzərdə tutur....
11 İyun 2026, 14:56
Bruney-Darüssalamın Sultanı Prezident İlham Əliyevi təbrik edib
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.Zati-aliləri.Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.Bruney-Darüssəlam ilə Azərbaycan Respublikası arasında otuz ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə ümidvaram.Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu"....
11 İyun 2026, 14:40
İmtahana gedən tələbə universitetin yaxınlığında xəndəyə düşdü
19 yaşlı tələbə Əsgər Cabbarov imtahan verməyə gedən zaman universitetin qapısının bir neçə addımlığında qazılan xəndəyə düşüb.Citypost.az Real TV-ə istinadla xəbər verir ki, onu huşsuz vəziyyətdə tələbə yoldaşları tapıblar.Əsgər Cabbarov müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.Əməliyyat olunandan sonra ambulator müalicə üçün evə buraxılıb.Hadisənin ən ağrılı tərəfi isə bundan sonra baş verib. Zərərçəkən şəxsin anası Gülsarə Cabbarovanın sözlərinə görə, hadisənin səbəbkarı olan və ərazidə təmir-tikinti işləri aparan "Caspian Construction" şirkəti oğlunun vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayıb.Kəllə-beyin travması alan və bir neçə əməliyyat keçirən gəncə kompensasiya da ödənilməyib....
11 İyun 2026, 14:38
Azərbaycanla İran arasında nəqliyyat sahəsində əməkdaşlığa dair protokol imzalanıb
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin dəmiryol administrasiyasının rəhbəri Cabbar Əli Zakeri ilə birlikdə Astara Terminalında aparılan tikinti işləri ilə tanış olub.ADY-dən Citypost.az-a verilən məlumata görə, terminala baxış zamanı layihənin icra vəziyyəti, görülən işlər və növbəti mərhələlər barədə ətraflı məlumat təqdim edilib. Bildirilib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas infrastruktur elementlərindən olan Astara Terminalında tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.Görüş zamanı tərəflər Azərbaycan və İranın dəmir yolları arasında əməkdaşlığın cari vəziyyətini, Şimal-Cənub dəhlizi üzrə yükdaşımaların inkişaf perspektivlərini və yük həcmlərinin artırılması imkanlarını müzakirə ediblər. Qeyd olunub ki, Astara Terminalı...
11 İyun 2026, 14:20