"Zirə" 5 futbolçu ilə müqavilə müddətini uzadıb
İdman 11 İyun 2026, 12:30
530
"Zirə" 5 futbolçu ilə müqavilə müddətini uzadıb.
Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.
Bakı təmsilçisi Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov və Elçin Əlicanovla 2 illik yeni müqavilə bağlayıb.
Həmçinin oxuyun
Həmçinin 2025/2026 mövsümünün əvvəlində "1+1" illik müqavilə imzalanan Enrike Kustodionun anlaşmasındakı 1 illik bənd qüvvəyə minib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ozobiç “Turan Tovuz”dan ayrıldı
“Turan Tovuz” Filip Ozobiçlə yollarını ayırıb.Citypost.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Futbolçunun başa çatan müqaviləsi yenilənməyib.Qeyd edək ki, Filip Ozobiç Premyer Liqada 2025/2026-cı illər mövsümündə “Turan Tovuz”un heyətində 27 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb
11 İyun 2026, 09:45
"Qəbələ" yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb
"Qəbələ" komandası təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.Bu barədə "Report"un sorğusuna cavab olaraq "qırmızı-qaralar"ın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.O, hazırlıq prosesinin Qəbələdə baş tutacağını söyləyib:"Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Qəbələyə təlim-məşq toplanışına gələcək komandalardan biri ilə qarşılaşacağıq. Ümumilikdə 6 yoxlama matçı nəzərdə tutulub".Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.
09 İyun 2026, 14:19
Hollandiya millisinin üzvü zədə səbəbindən 2026-cı il dünya çempionatını buraxacaq
Hollandiya millisinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiəçi Jurien Timber qasıq zədəsi səbəbindən Dünya Kubokunu buraxacaq.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə çempionu "Arsenal"ın 24 yaşlı oyunçusu 14 martda Premyer Liqada "Everton"la oyunda aldığı zədədən sonra sağalmağa vaxt tapmayıb.Özbəkistanla yoldaşlıq oyunundan (2:1) sonra Timber Hollandiya millisinin düşərgəsini tərk etdi.Onun yerinə İngiltərənin "Sanderlend" klubunun müdafiəçisi Lutşarel Gertrude təyin edildi.Dünya Kubokunun qrup mərhələsində Hollandiyanın rəqibləri İsveç, Yaponiya və Tunis olacaq....
09 İyun 2026, 11:29
Perez: Dünyanın ən yaxşı məşqçilərindən birini "Real Madrid"ə qaytarmaqdan qürur duyuruq
79 yaşlı Florentino Perez yenidən "Real Madrid"in prezidenti seçildikdən sonra portuqaliyalı məşqçi Joze Mourinyonun "Kral" komandasının baş məşqçisi vəzifəsinə qayıtmasını təsdiqləyib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Perez "Dünyanın ən yaxşı məşqçilərindən birini "Real Madrid"ə qaytarmaqdan qürur duyuruq. Joze Mourinyo əsl Madridistdir" deyib.Perez klubun prezident seçkilərində ispaniyalı Enrike Rikelmeni məğlub etdi və 2030-cu ilə qədər bu vəzifədə çalışacaq.Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər "Real Madrid"ə rəhbərlik edib və İspaniya çempionatı, kuboku və superkubok titullarını qazanıb....
08 İyun 2026, 10:59
Azərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə "Prezident Kuboku"nda Sabir Zeynalov (58 kiloqram) növbəti uğura imza atıb.Citypost.az xəbər verir ki, 20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli Hamza Tarhanın, finalda isə rusiyalı Asxat Akmatovun üzərində qələbə qazanaraq qızıl medala sahib olub.Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma şəhərində təşkil olunan Roma Qran-prisində də qızıl medal qazanmışdı.
08 İyun 2026, 08:55
"Sabah"ın futbolçusu Cəfər Cəfərzadə U-17-nin düşərgəsindən ayrılıb
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.Citypost.az AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan İBARƏT komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq....
05 İyun 2026, 17:48