Zahid Oruc: "Yaddaş unutqanlığa qarşı mübarizə silahıdır”
Cəmiyyət 12 İyun 2026, 10:09
2320
Repressiya qurbanları hər bir xalqın tarixində ağır və faciəli yer tutur.
Sovetlər Birliyinin qurulmasının ilk illərində baş verən kütləvi insan qətlləri bolşevizmin ideya banilərinin bəşəri ideallarını ifşa edən ən böyük salnamədir.
Azərbaycan müstəqillik qazandıqdan sonra tarixinin qanlı səhifələrinə hüquqi-siyasi qiymət verdi, lakin Ulu öndər Heydər Əliyevin hələ sovet illərində böyük Hüseyn Cavidi uzaq Sibirin adsız məzarlıqlarından xalqına və doğma torpağına qaytararaq, millətimizin keçmişi və gələcəyinə misilsiz töhfə verdi.
Təqdimatına toplaşdığımız "Maqadan. Sonuncu dayanacaq" əsərinin müəllifi Binnət Əsgər 100 il əvvələ qayıdaraq, qəlbindən, ruhundan və canından keçirdiyi əsərlə əbədi bir abidə yaradıb. Kitabın birinci səhifəsindən son sətirlərinə qədər xalqımızın özünə qaytarılan yaddaşıdır.
Azərbaycanlı yazıçı o dövrü müstəqillik və azadlıq ruhu ilə yaradıb, qardaş və bacılarının faciələrinə işıq salıb, kiçik torpaq sahəsini qurban verib ki, özü dediyi kimi qurbanların yolu ilə Uzaq Sibirin buzlu, qanlı, sümüklərdən ibarət düşərgələrinə yetə bilsin.
Binnət Əsgərin görüşdüyü və köklü sənədlərlə əks etdirdiyi hər bir azərbaycanlının xatirələri - repressiya dövründə həbs olunan ataların uşaqları, Kolımadan xilas edilən nadir sağ qalan şahidlər o qanlı dövrün havasını bir daha duymaq və geri qayıtmamaq üçün iradə divarı çəkiblər Müəllif əsəri Maqadanın Sovet coğrafiyasının uzaq bir nöqtəsi kimi Azərbaycan tarixinin də qanlı xəritəsində olduğunu sübut edir. Bir əsr əvvəl insan ləyaqətinin qırmızı komissarlar və səhra komandirlərinin zorakılığı qarşısında necə tapdalanması rəngsiz və boyasız şəkildə, ağ - qara rənglərlə əksini tapır. Maqadan, Kolıma, uzaq Sibir - xəritədə XX yüz ilin ən böyük insan faciələrindən birinin - QULAQ sisteminin, kütləvi sürgünlərin, güllələnmələrin, hüquqsuzluğun simvoludur.
Sovet məcburi əmək düşərgələri sistemi 1919-cu ildən formalaşmağa başladı. 1930-cu ildən "QULAQ" adı ilə xüsusi idarəçilik sisteminə çevrildi. Dövlət terroru- NKVD kabusu hər yerdə dolaşdığı illərdə gənc imperiyanın qorxu mexanizmi işləyirdi. 1940-cı ildə sistemin 53 düşərgə direktorluğu və 423 əmək koloniyası var idi. QULAQ insanları yalnız həbs etmirdi; o, adamların adını, peşəsini, ailəsini, xatirəsini, hətta məzar yerlərini belə əlindən alırdı.
Maqadan faciənin ən ağır ünvanlarından biri idi. Gələcək şəhərin daşını, yolunu, limanını, qiymətli metalları çıxaran, özləri isə kölə durumunda mədənləri tikənlər azad vətəndaşlar yox - günahsız məhkumlar, siyasi məhbuslar, "xalq düşməni" damğası vurulmuş insanlar qurdu. Totalitar rejim əvvəlcə dili dəyişir. Dünən qonşu olan adam sabah "xalq düşməni"nə çevrilir, müəllim "casus" adlandırılır, ailə başçısı naməlum istiqamətə aparılır və geri qayıtmır. Sonra hüquq dəyişir. NKVD troykaları - üç nəfərlik xüsusi komissiyalar hakimsiz, prokurorsuz, vəkilsiz, məhkumun iştirakı olmadan, 20 dəqiqəyə ölüm hökmü çıxarırlar. Qazandığı Şota Rustaveli tərcümə mükafatından cəmi bir neçə ay sonra 2 Əhməd Cavadın ölüm hökmü belə verildi. Mikayıl Müşfiqin isə 20 dəqiqəlik "məhkəməsi" gecə yarısı keçirildi – səhər dan yeri söküləndə o artıq yox idi. Sonra isə insanı fiziki və mənəvi məhv edir. Sistem ölümdən sonra da bitmir - qurbanın adı silinir, kitabları toplama məntəqəsinə aparılır, şəkilləri fotolardan kəsilir, ailə üzvləri "xalq düşməni" damğası ilə ölkənin ucqar güşələrinə sürgün edilir. Lakin xalq gizlində susmur, adamlar pıçıltı ilə, ədəbiyyat isə qələmlə danışır. Aleksandr Soljenitsın "QULAQ Arxipelaqı" ifşa hökmüdür.
Varlam Şalamov isə sistemi içindən dağıdırdı. Hər iki əsər bir həqiqəti ortaya qoyur: tarix susanda, ədəbiyyat danışır.
Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" kitabı da tarixi ideala və milli əqidəyə sadiq qalır - azərbaycanlı müəllif öz xalqının yaddaşını şəxsi fədakarlığı ilə yenidən bərpa edir. Təkcə 1936-cı il oktyabrın 1-dən 1938-ci il iyulun 1-dək Azərbaycan SSR-də 25 222 insan həbs edildi, onların 13 356 nəfəri azərbaycanlı oldu. Ailə üzvləri də nəzərə alındıqda, yalnız 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 mindən çox göstərilir.
Adlar Azərbaycanın kəsilmiş intellektual damarlarının siyahısıdır. Əhməd Cavadın adı son 30 illik işğal dövründə milli səfərbərlikdə, uşaqlarımızın öyrəndiyi ilk müqəddəs sözdür, sonra ordumuzun silahıdır, Vətən və Qurtuluş savaşımızda birləşdirici ruhdur, Qələbəmizin paradıdır, hər gün səslənən müstəqillik marşıdır. Himnimizi oxuyanda uşaqlarından ayırılaraq Sibir əmək düşərgəsində 8 il cəzaya məhkum edilən həyat yoldaşı Şükriyyə xanımı və müəllifinin taleyini xatırlamağa borcluyuq. Mikayıl Müşfiq 30 yaşında güllələndi. 1937-ci il iyunun 4-də gecə yarısı evindən apardılar. 1938-ci il yanvarın 5-də 20 dəqiqəlik hərbi məhkəmə hökmü verildi - yanvarın 6-da isə hökmü icra olundu.
Həmçinin oxuyun
Hüseyn Cavid - totalitarizmin ən qaranlıq dövründə sosialist təbliğatçısı olmaqdan imtina etdi. 1937-ci ildə "Sovet hakimiyyətini devirməyə hazırlaşan əksinqilabi qrupun qurucusu" kimi ittiham edildi. Sovet hökuməti onu Uzaq Şərqə - Maqadana sürgün etdi.
O şair ki, Cənubi Azərbaycana nəğmə və "Ana" şeirini yazmışdı, "Şeyx Sənan"ı yaratmışdı - 1941-ci il dekabrın 5-də Sibirin donmuş torpaqlarında dünyasını dəyişdi. Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb – repressiya qurbanlarının bir nəsildir. Bir fikir məktəbidir. Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, teatrının, elminin bir qoludur. Hər biri bir gecədə "düşmən" elan edildi, güllələndi, ya Sibirə göndərildi. Ziya Bünyadovun "Qırmızı Terror" əsəri KQB arxivləri əsasında repressiyaları ifşa edir.
Murtuz Sadıxlının "Qan Yaddaşı" Naxçıvan kəndlərindən ailələrin kütləvi deportasiyasını təsvir edir. Və indi - Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" əsəri. Kitabın Qərbi Azərbaycan adlı məkanda təqdim edilməsi bir simvoldur.
Dövlətimiz kitabı Qayıdış proqramına, yaddaş layihələrinə daxil edə, məktəblərə, universitetlərə, 3 muzey rəflərinə göndərə bilər. Kitabın müəllifi - öz evini satıb xalqının yaddaşını qaytarmağa gedən bir insan - şərəfli dövlət dəstəyinə layiqdir. Avropa Şurasının, Praqa Bəyannaməsinin, Rafael Lemkin və digər institutların verdikləri hüquqi qətnamələrin hamısı siyasi mənfəət və sovetlərlə müharibənin bir hissəsidir. Onlara inanmayın və əsla xalqımızın yanında dayanmaq kimi qəbul etməyin. Binnət Əsgərin əsəri yaddaşın unutqanlığa qarşı mübarizəsidir. Onun əsasında memorial qurmaq olar.
Çünki unutqanlıq ikinci repressiyadır. Azərbaycan Respublikasında 1996-cı ildə "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanun qəbul edilib. Lakin indi ərazi bütövlüyü və tam suverenliyimizdən sonra həmin qanunu yeni tarixi mərhələnin tələbləri ilə gücləndirməliyik. Bəraət verməklə yanaşı, hər bir ailəyə arxiv həqiqətlərini çatdırmaq lazımdır. Əsərləri məktəblərə, universitetlərə, parlament müzakirələrinə qaytarmaq lazımdır.
Birinci: vahid Dövlət Reyestri. Azərbaycanda 1920-1953-cü illər arası repressiyalara məruz qalmış bütün şəxslərin vahid açıq Dövlət Reyestri yaradılması vacibdir.
İkinci: arxivlər açılması vacibdir. Milli Arxiv İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, AMEA Tarix İnstitutu və Milli Məclisin müvafiq komitələrinin iştirakı ilə "Repressiya Arxivlərinin Açılması və Rəqəmsallaşdırılması üzrə Dövlət Proqramı" qəbul edilə bilər. Məqsəd yalnız sənədləri qorumaq yox - xalqın yaddaşını bərpa etməkdir.
Üçüncü: Təhsil Proqramı. Məktəb və universitet proqramlarında "Sovet siyasi repressiyaları və Azərbaycan" adlı ayrıca bölmə yaradıla bilər. Binnət Əsgərin "Maqadan. Sonuncu Dayanacaq" kitabı kimi əsərlər məktəb kitabxanalarına daxil edilməsi məqsədəuyğun olar.
Dördüncü: İcma və Cəmiyyət. Repressiya qurbanlarının ailə üzvlərinin müəyyən icma və cəmiyyətlər yaratması üçün dəstək verilə bilər.
Beşinci: Yaddaş Məkanları. Bakıda və regionlarda repressiya qurbanlarının xatirə məkanları gücləndirilə bilər.
Xüsusilə - Hüseyn Cavidin heykəlinin ətrafında repressiya qurbanlarının memorial kompleksi qurula bilər. Lövhədə böyük ədiblə yanaşı, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli və digər şəhidlərin adları əbədiləşdirilməlidir. Bundan başqa, azad edilmiş torpaqlarda - Qarabağda - repressiya qurbanlarının xatirəsinə ayrıca bir xatirə guşəsi yaradıla bilər. Çünki qurbanların ideallarından biri - Azərbaycanın bütövlüyü idi. Biz azadıq, müstəqilik. Elmi seminarlar Türk Dövlətləri Təşkilatında repressiya qurbanı olmuş xalqların ortaq yaddaşı kimi keçirilə bilər. Maqadanın buzlu yollarında, Kolımanın qızıl mədənlərinin dərinliyində, Sibirin adsız məzarlıqlarında qalan insanların ruhu bizdən yalnız bir şey istəyir: adlarımızı unutmayın. İnanırıq ki, 4 Vətən müharibəsi uzaq Sibirdə uyuyan azərbaycanlılar Qələbəmizi ruhən duyur, repressiyalardan və işgəncələrdən keçən azadlığımıza və bütövlüyümüzə görə əbədi dinclik tapırlar. Əhməd Cavad bizimlə indiki salonda olsaydı, Qalibiyyət marşını özü oxuyardı.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ləman Ələşrəfqızı Space TV-də veriliş aparacaq
Əməkdar jurnalist Ləman Ələşrəfqızı yaxın vaxtlarda Spase TV-də efirə çıxacaq "Qırmızı xətt" verilişinə aparıcılıq edəcək .Citypost.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib:"Veriliş dostların xahişi və etimadı ilə mənə həvalə edilib. Həftədə bir gün LAF TV-nin işini axsatmamaq şərtilə bu proqramda aparıcılıq edəcəm... Nə qədər maraqlı olacaq, bunu zaman göstərəcək. Hər halda, əlimdən gələni etməyə çalışacam'.Ləman Ələşrəfqızı LAF TV internet televiziyasıının rəhbəri və aparıcısıdır....
09 Sentyabr 2026, 22:17
Bakıda ana qolları olmayan körpəsindən imtina etdi
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. Citypost.az xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib.Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi saytımıza təsdiqləyib."Anası tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək", - Agentliyin məlumatında qeyd olunub. Qeyd edək ki, körpənin və ananın şəxsi...
09 Sentyabr 2026, 22:08
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları" keçirilib.Citypost.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında keçirilən görüşlərin iki ordu arasında təcrübə mübadiləsinə böyük töhfə verdiyi qeyd olunub.Görüşdə "Azərbaycan Respublikası MN və Özbəkistan Respublikası MN arasında 2027-ci il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı"nın layihəsi müzakirə edilib....
09 Sentyabr 2026, 21:41
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
Azərbaycan Dövlət Teleradiosunda müxtəlif məsul vəzifələrdə çalışmış veteran jurnalist, Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı 88 yaşında vəfat edib.Bu barədə APA-ya Xalq artisti Əli Məhəmmədoğlu məlumat verib.Qeyd edək ki, Zöhrab Zeynallı 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Zöhrab Zeynallı 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışıb. O, “Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.Xatırladaq ki, Zöhrab Zeynallı görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor Fərhad Zeynalovun qardaşıdır....
09 Sentyabr 2026, 21:00
DİN-in yeni vəzifəsi müəyyənləşib
Daxili İşlər Nazirliyinin yeni vəzifəsi müəyyənləşib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edib.Qərara əsasən, Daxili İşlər Nazirliyi Maliyyə Monitorinqi Xidmətinin elektron qaydada sorğu əsasında mopedlər barədə məlumatları (nəqliyyat vasitəsinin növü, markası, modeli, tipi, dövlət qeydiyyat nömrəsi, sahibinin soyadı, adı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN-i) təxirə salınmadan almasını təmin etməlidir....
09 Sentyabr 2026, 20:02
İsmayıllıda kütləvi zəhərlənmənin səbəbi məlum oldu
İsmayıllı rayonu Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin...
09 Sentyabr 2026, 19:38