Bizə yazın

Baku

-°C

USD

-

Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib 

Cəmiyyət 09 Sentyabr 2026, 17:15

249

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edib.

Citypost.az  komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Samux və Göygöl rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşlarla görüşüb.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı müraciətlər dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən və Səxavət Sərdər oğlu Qaragözova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib....

09 Sentyabr 2026, 17:30

Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır! - Zahid Oruc

Ali məktəbə qəbul olunan gənclərin uğurunu dövlətimiz tərəfindən təntənə ilə qeyd edilməsi təkcə on minlərlə tələbənin sevincini bölüşmək hadisəsi kimi qəbul edilməlidir, daha çox gələcəyimizi birlikdə quracağımız yeni nəslə xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, yaratdıqları zəngin irsi, arzu və istəklərini çatdırmaq deməkdir. Lakin ikiqat qürur doğuran hadisə tələbə adını qazanan oğul və qızlarımızın içərisində şəhid ailə övladlarının xüsusi yer tutmasıdır. Çünki müqəddəs şəhidlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın azad və qalib ölkədə yaşaması naminə canlarından keçərək ən uca zirvələrə yüksəliblər. Onlar torpaqlarımızı azad etməklə gələcək nəsillərin bütöv bir Vətəndə yaşayacağı uğrunda döyüşürdülər.Bunu  Xətai rayon icra hakimiyyətində şəhid övladları tələbə və məktəblilərlə görüşündə...

09 Sentyabr 2026, 17:15

Azərbaycanda kursant vəfat edib

Bakı Hərbi Kollecinin kursantı məzuniyyətdə olduğu zaman vəfat edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, kursant Oruc Qasımov dünyasını dəyişib.Mərhum ötən gün dəfn edilib.

09 Sentyabr 2026, 17:15

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır 

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir....

09 Sentyabr 2026, 16:50

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib 

Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.Citypost.az xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.Bundan əvvəl...

09 Sentyabr 2026, 16:43

FHN-dən “Şəki Yaylası”dakı faciə ilə bağlı açıqlama YAYDI

Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Citypost.az xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb.Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.

09 Sentyabr 2026, 16:35