ADY Çin limanları ilə Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir
Cəmiyyət 09 Sentyabr 2026, 17:38
215
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Çindən olan tərəfdaşlar arasında Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığın yeni imkanları müzakirə olunub.
Citypost.az ADY-yə istinadən xəbər verir ki, Bakıda keçirilən AGEM (CICA) Liman Rəhbərləri Konfransı çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çin Xalq Respublikasının aparıcı liman və texnologiya qurumlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Çin arasında nəqliyyat-logistika əlaqələrinin inkişafı, Orta Dəhliz üzrə yük axınlarının artırılması, eləcə də liman və dəmir yolu əməliyyatlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub.
Rövşən Rüstəmov “Şanxay Beynəlxalq Liman Qrupu” şirkəti (SIPG) və “NIZE Tech” texnologiya şirkətinin nümayəndələri ilə keçirilən görüşdə Orta Dəhliz vasitəsilə müntəzəm konteyner daşımalarının artırılması imkanlarını müzakirə edib. Şanxaydan Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşına biləcək yüklərin müəyyənləşdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.
Görüşdə liman əməliyyatlarının rəqəmsallaşdırılması və smart-liman həllərinin tətbiqi məsələləri də müzakirə olunub. Terminal idarəetmə sistemləri, intellektual yük girişi və hesablanması həlləri, yük meydançalarının idarə edilməsi, məlumat inteqrasiyası, eləcə də liman və dəmir yolu əməliyyatları arasında rəqəmsal koordinasiya mümkün əməkdaşlıq istiqamətləri kimi nəzərdən keçirilib.
ADY, SIPG və “NIZE Tech” arasında Orta Dəhliz üzrə əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub və bu istiqamətdə atıla biləcək birgə addımlar barədə fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
ADY sədri həmçinin “Lyanyunqan Limanı” ASC-nin nümayəndə heyəti ilə görüşdə Lyanyunqan–Bakı marşrutunun inkişaf etdirilməsi, Orta Dəhliz üzrə blok-qatarların təşkilinin genişləndirilməsi və Avropa istiqamətində daha çox yük axınının cəlb olunması məsələlərini müzakirə edib.
Görüş zamanı ADY və Lyanyunqan Limanı arasında mövcud əməkdaşlığın əhəmiyyəti və açdığı yeni imkanlar nəzərə çatdırılıb. Tərəflər yük axınları, qatarların hərəkət cədvəlləri və logistika tələbləri üzrə məlumat mübadiləsinin gücləndirilməsinin Lyanyunqan–Bakı marşrutunun səmərəliliyinə, tranzit müddətlərinin optimallaşdırılmasına və marşrutun rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyini qeyd ediblər.
Görüşlərin yekununda tərəflər Orta Dəhlizin inkişafı, Çin–Azərbaycan–Avropa istiqamətində yük axınlarının artırılması, logistika proseslərinin təkmilləşdirilməsi və yeni texnoloji həllərin tətbiqi üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük baş tutacaq.Citypost.az xəbər verir ki, qonşu ölkəyə 20 vaqon arpa və 21 vaqon buğda göndəriləcək.Yük qatarı sabah "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.
09 Sentyabr 2026, 17:46
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən və Səxavət Sərdər oğlu Qaragözova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib....
09 Sentyabr 2026, 17:30
Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır! - Zahid Oruc
Ali məktəbə qəbul olunan gənclərin uğurunu dövlətimiz tərəfindən təntənə ilə qeyd edilməsi təkcə on minlərlə tələbənin sevincini bölüşmək hadisəsi kimi qəbul edilməlidir, daha çox gələcəyimizi birlikdə quracağımız yeni nəslə xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, yaratdıqları zəngin irsi, arzu və istəklərini çatdırmaq deməkdir. Lakin ikiqat qürur doğuran hadisə tələbə adını qazanan oğul və qızlarımızın içərisində şəhid ailə övladlarının xüsusi yer tutmasıdır. Çünki müqəddəs şəhidlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın azad və qalib ölkədə yaşaması naminə canlarından keçərək ən uca zirvələrə yüksəliblər. Onlar torpaqlarımızı azad etməklə gələcək nəsillərin bütöv bir Vətəndə yaşayacağı uğrunda döyüşürdülər.Bunu Xətai rayon icra hakimiyyətində şəhid övladları tələbə və məktəblilərlə görüşündə...
09 Sentyabr 2026, 17:15
Azərbaycanda kursant vəfat edib
Bakı Hərbi Kollecinin kursantı məzuniyyətdə olduğu zaman vəfat edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, kursant Oruc Qasımov dünyasını dəyişib.Mərhum ötən gün dəfn edilib.
09 Sentyabr 2026, 17:15
Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edib.Citypost.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Samux və Göygöl rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşlarla görüşüb.Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.Qəbul zamanı müraciətlər dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib....
09 Sentyabr 2026, 17:15
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir....
09 Sentyabr 2026, 16:50