Bizə yazın

Baku

-°C

USD

-

Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib 

Cəmiyyət 09 Sentyabr 2026, 16:43

309

Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.

Citypost.az xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.

Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.

Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.

Bundan əvvəl Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini Stefanie Stallmeister icra edib. O, səlahiyyət müddətinin başa çatması ilə əlaqədar iyulun 1-dən vəzifədən ayrılıb.

Saşa Bakes bundan əvvəl IFC-də İstehsal, Aqrobiznes və Xidmətlər üzrə Avropa komandasında baş investisiya mütəxəssisi kimi çalışıb. O, IFC-də 17 ildən artıq fəaliyyət göstərib, həmçinin Afrika regionunda layihələrin idarə edilməsində iştirak edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır 

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir....

09 Sentyabr 2026, 16:50

FHN-dən “Şəki Yaylası”dakı faciə ilə bağlı açıqlama YAYDI

Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Citypost.az xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb.Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.

09 Sentyabr 2026, 16:35

Xocavənddə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbiri keçirilib 

Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri onların sosial müdafiəsinin səmərəli təşkilidir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına əsasən, doğma yurda geri dönən keçmiş məcburi köçkünlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir.“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma,...

09 Sentyabr 2026, 16:30

Gömrükçülər "bitum" yükündə 45 kiloqramdan çox metamfetamin aşkarlayıb 

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.Citypost.az komitəyə istinadən xəbər verir ki, "Culfa" gömrük postunda İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "don halda bitum" yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb. Keçirilən gömrük nəzarəti tədbirləri zamanı yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 53 ədəd kərpic formalı qablaşdırmada xalis təmiz çəkisi 45 kiloqram 201,395 qram olan xüsusilə külli miqdarda psixotrop maddə...

09 Sentyabr 2026, 16:12

Xalq artisti Aleksandr Şarovski dəfn edilib 

Azərbaycanın Xalq artisti Aleksandr Şarovski dəfn edilib.Citypost.az xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

09 Sentyabr 2026, 15:49

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlandı

Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb. Citypost.az anews.az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub.Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub.1999-cu ildə vəfat edib.2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur....

09 Sentyabr 2026, 15:26